15/12/2024
İkinci səbəb də təhlükəsizlik məsələsi idi. Rəsmi məsullar çox tez və anında anladılar ki, bu əmniyyətsizliyin qarşısı regionda alınmasa, buraya qədər sirəyət edib böyük ölkəmizi büsbütün şəkildə əhatə edəcəkdir. İŞİD-in əmniyyətsizlik fitnəsi də sadə bir şey deyildi.
15/12/2024
Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.
02/12/2024
Təkfirçi qruplar İslam dünyasının düşmənləri üçün bir müjdədir. İslam ümmətinin bütün diqqətinin Fələstin məsələsinə yönəldiyi bir vaxtda onlar sionist rejimin xəbis həqiqətinə diqqət çəkmək əvəzinə diqqəti başqa yerə yönəldirlər.