Süleymani İslam aləminin böyük hərəmi olan Məscidül-Əqsanı müdafiə etməli idi. Buna görə də o fələstinli rəhbər (cümə) namazından öncəki çıxışında şəhid Süleymanini Qüds şəhidi adlandırdı. (Şəhid) O hərəmi müdafiə edirdi.
Müqəddəs hərəmlərin müdafiəsi Hacı Qasim üçün apardığı bütün mübarizələr sırasında əsas bir prinsip olmuşdur. Məscidül-Əqsanı müdafiə etməli idi, çünki Məscidül-Əqsa İslam dünyasının böyük bir hərəmidir. Məhz buna görə şəhid Haniyə ona Qüds şəhidi deyirdi.
Bu Livan və Fələstin hadisələri də eynilə bizim təhmili döyüş (İran-İraq döyüşü) və Müqəddəs Müdafiə illəri hadisəsi kimidir, bu da Allah yolunda cihaddır. İslami olan bir ölkə, yəni Fələstin dünyanın ən xəbis kafirləri tərəfindən qəsb edilib, Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür.