Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.
Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.
Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.
Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.
Aban ayının on üçü (4 noyabr) və Hegemonlarla Milli Mübarizə və Məktəblilər Günü ərəfəsində ölkə boyu bir qrup məktəb şagirdləri və universitet tələbələri bu gün səhər 03.11.2025 il tarixdə İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Sadiq vədə əməliyyatı hadisəsində Silahlı Qüvvələr öz imkan və qüdrətləri ilə yanaşı, İran millətinin təqdirəlayiq bir çöhrəsini nümayiş etdirdilər və həmçinin İran millətinin iradə qüdrətinin beynəlxalq arenada təzahür etdiyini sübuta yetirdilər.
Silahlı Qüvvələrin son nailiyyətləri dünya xalqlarının və qlobal məsələləri müşahidə edənlərin gözündə İslami İran barədə vüqar və əzəmət hissi yaradıb.
Sadiq vədə əməliyyatında İran milləti və Silahlı Qüvvələrin iradə gücünün beynəlxalq arenada təzahür etməsi sionistlərin qəzəblənməsinə səbəb olmuşdur.
Lakin başdan ayağa xəbis, şər və xətadan ibarət olan rejimin özü öz səhvlərinin üzərinə başqa bir səhv də əlavə etdi və bu səhv də İranın Suriyadakı konsulluğuna hücum idi. Hər bir ölkədə olan konsulluq və səfirlik binası həmin ölkənin torpağı kimidir, səfirlik ona aiddir. Sionist rejim İranın Suriyadakı konsulluğuna hücum etməklə sanki torpağımıza hücum edib. Bu, dünyanın qanunudur. Xəbis rejim bu məsələdə səhv etdi, tənbeh olunmalıdır və olunacaqdır.
Sionist rejimin Qəzzada məğlubiyyəti davamlı olacaqdır. (İsrailin) Suriyada İran konsulluğuna terror hücumu kimi alçaqcasına bihudə cəhdləri onları məğlubiyyətdən xilas edə bilməyəcəkdir. Əlbəttə, bu hərəkətin də silləsini yeyəcəklər.