19/02/2026
İslam İnqilabı Rəhbərinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət məclisi mübarək Ramazan ayının ilk günündə baş tutdu Qurani-Kərimlə ünsiyyət məclisi İslam İnqilabı Rəhbərinin və Quranın seçilmiş, eləcə də beynəlxalq səviyyəli ustad və qarilərindən bir qrupun iştirakı ilə bu gün axşam tərəfi İmam Xomeyni hüseyniyyəsində keçirildi. Həzrət Ayətullah Xamenei bu Quran məclisində səsləndirilən tilavətlərin yüksək səviyyəsinə görə təşəkkür və minnətdarlığını bildirdi. 19.02.2026
27/12/2025
Hər kəsə Quranla ünsiyyəti unutmamağı tövsiyə edirəm. Mən dəfələrlə demişəm ki, Quranın hər yerindən yarım səhifə olsa belə, hər gün oxuyun. Quranı açın, yarım səhifə, bir səhifə və hər nə qədər rəğbət və meyiliniz var oxuyun. Mənəviyyatla əlaqənizi qoruyun.    Seyid Əli Xamenei    03.11.2025
23/03/2024
Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
19/03/2024
Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".​
13/12/2022
Müqəddəs Ramazan ayının ilk günü İmam Xomeyni hüseyniyyəsində bir qrup Quran fəalı ilə videobağlantı vasitəsilə çıxış