14/09/2025
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
23/03/2024
İslama ilk iman gətirən Xədicəyi-Kübra olmuşdur. Daha sonra o, bütün var-dövlətini İslama dəvət və təbliğ etmək yolunda xərclədi. Əgər Xədicənin köməyi olmasaydı, İslamın hərəkətində və inkişafında əsaslı bir xələl və durğunluq yarana bilərdi. Daha sonra isə o, Allah Rəsulu və bütün müsəlmanlarla birlikdə Əbu Talib dərəsinə sürgün olundular və elə Əbu Talib dərəsində də haqqın dərgahına qovuşdu.​
09/05/2016
Həzrət Xədicə, həqiqətən, məzlum idi. Çünki o, Peyğəmbərin zövcəsi olmaq şərəfinə nail olduğu üçün ikiqat dəyərə malikdir. Peyğəmbərin digər zövcələri də Peyğəmbərin zövcəsi olmaq şərəfinə nail olsalar da, onun risalət dövründə düçar olduğu əziyyətləri görmədilər. (Peyğəmbər) 10 il Mədinədə qaldı, təbii ki, o dövrlərə nisbətdə izzət, hörmət və rahat həyat var idi. Xanım Xədicə isə Peyğəmbərin əziyyət və çətinlik dövrlərini gördü və bunlara qatlaşa bildi.
09/05/2016
Əslində isə o, on iki imamın anasıdır. O, Əmirəlmöminini öz qucağında, öz ətəyində böyüdüb, bir neçə yaşına qədər öz həyatında onun yetişməsinə yer ayırdı.
09/05/2016
Həzrət Xədicənin bu qədər fəzilət, fədakarlıq və ən çətin vəziyyətdə infaq etməsinə baxmayaraq, yenə də məqamı tanınmaz olaraq qalıbdır.