Tibb bacısı xəstənin mərhəmət mələyidir, bu, tamamilə həqiqi bir ifadədir və bunda heç bir mübaliğə yoxdur.
Tibb bacısı, əslində, xəstənin dərd ortağı, onu oxşayan və ona aramlıq bəxş edən bir şəxsdir, bu, olduqca mühüm roldur.
İslamda şəfqət, həmrəylik və mərhəmət əsas göstərişlərdəndir. Qurani-Kərim belə buyurur “Ruhəmau bəynəhum”, yəni onlar bir-birinə qarşı mehriban və mərhəmətlidirlər,
Tibb bacıları bu iş üçün həm özlərini, həm də ruhiyyələrini hazırlayırlar. Yorulurlar da, çünki bu iş çox yorucudur, lakin buna baxmayaraq dözürlər.
Bu, İslamın ən mühüm dəyərlərindən və tövsiyələrindən biridir. Həqiqətən də, bir insanın ağrısını azaltmaq üçün göstərilən səy insan həyatının ən gözəl mənzərələrindən biridir.
Fədakar Qəzza tibb bacılarına ithaf olunur.
20.12.2020
Əgər fərz etsəydik ki, Kərbəla hadisəsi ümumiyyətlə baş verməmişdi, halbuki biz Zeynəbi-Kübra (s.ə) haqqında dediklərimizi və eşitdiklərimizi, adətən, Kərbəla hadisəsi ilə əlaqələndiririk, yenə də Zeynəbi-Kübra (s.ə) görkəmli bir şəxsiyyət, böyük bir insan və örnək alınıb ardınca gediləsi bir qadın sayılardı.
Seyid Əli Xamenei
04.10.1995
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur.
Seyid Əli Xamenei
04.10.1995
İnqilab Rəhbəri 26.07.2000-ci il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu.
Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi,
Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi.
Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu:
Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi.
Daha sonra bu hissəyə gəlib yetişir:
Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.
Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.
Əgər qadının örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, fədakarlıq və hər şeyin bahasına olsa da, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan və ən gözəl hərəkətləri seçməkdən ibarət olacaqdır.