07/03/2024
Bu gün həm İran millətini istəyənlərin, həm bədxahların və həm də milli və siyasi mötəbər mövqelərə sahib olanların gözü İrandadır və istəyirlər ki, görsünlər, İran milləti bu seçkilərdə nə edir və nəticə nə olacaqdır.​
05/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
27/02/2024
Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
31/08/2023
Qısa müddət ərzində iki mühüm beynəlxalq müqaviləyə (BRICS və Şanxay) üzv olmaq böyük uğur idi. Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, bu beynəlxalq müqavilələrin təsisçilərinin ölkəmizin onların üzvü olmağı üçün meyil və israrları vardır.
31/08/2023
İslam Respublikasında hazırkı dövlətin (Rəisi) qonşularla münaqişələrin həlli, ölkələrlə və qitələrlə, o cümlədən Cənubi Amerika, Şərqi Asiya və Afrika ilə çoxsaylı və müxtəlif əlaqələrlə bağlı siyasəti çox yaxşı və doğru siyasətdir.