Qurban və Qədir-Xum bayramları münasibətilə İslam İnqilabının Rəhbəri ümumi və inqilab məhkəmələri tərəfindən məhkum edilmiş iki min altı yüz əlli dörd nəfərin əfv olunma, cəzalarının yüngülləşdirilməsi və yaxud cəzalarının (başqa bir yüngül cəzayla) dəyişdirilməsi ilə bağlı Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı və Hökumət Cəza Təşkilatı ilə razılığa gəlib.
Qurban bayramında olan hikmətlərə diqqət yetirsək, üzümüzə bir çox yollar açılmış olar. İnsanın öz canını fəda etməsindən daha üstünü (ağır olanı) bəzi hallarda yaxınlarını fəda etməsidir. Həzrət İbrahim (əleyhissəlam) öz əli ilə Allah yolunda sevdiyi br əzizini qurban edirdi. O (qurbanlıq) da bir ömür intizarını çəkdikdən sonra Allah-təalanın ona verdiyi gənc övladı idi.