24/06/2024
Builki bezarlıq, Həcc mövsümündən kənara çıxmalı, dünyanın bütün müsəlman yaşayan ölkələrində və şəhərlərində davam etməli, Allah evinin zəvvarlarından kənarda olan insanlara da sirayət etməlidir.
23/06/2024
Həcc çox sayda, möhtəşəm və müxtəlif növ insanlardan ibarət xalq kütləsi meydana gətirmiş, bu kütləni və İslamın mənəvi amil gücünü özünə və yadlara nümayiş etdirmişdir.
20/06/2024
  Hər zaman Həccin əzəmətli yığıncağı və mürəkkəb ayinlərinə dərin düşüncə gözü ilə baxılarsa, (bunlar) müsəlman üçün qəlbin qüvvət tapmasına və güvən əldə etməsinə səbəb olmaqla yanaşı düşmən və bədxah üçün qorxulu və zəhmli olacaqdır.​
20/06/2024
Allahın əmri ilə bütün insanları bütün dövrlərdə Həcc mövsümündə Kəbə evinə dəvət edən ürəkoxşayan İbrahimi nəğmə bu il də dünyanın hər bir yerindən müsəlmanlardan bir dəstənin qəlbini bu tövhid və vəhdət mərkəzinə cəzb etmişdir. 
19/06/2024
Öz düşüncə və rəftarınızı Həccin həqiqət və maarifinə yaxınlaşdırın, habelə yenidən ələ gətirilən və bu maariflə qarışan kimliyi evlərinizə qaytarın. Bu, Həcc səfərinizin qiymətli və həqiqi sovqatıdır. ​