İslama ilk iman gətirən Xədicəyi-Kübra olmuşdur. Daha sonra o, bütün var-dövlətini İslama dəvət və təbliğ etmək yolunda xərclədi. Əgər Xədicənin köməyi olmasaydı, İslamın hərəkətində və inkişafında əsaslı bir xələl və durğunluq yarana bilərdi. Daha sonra isə o, Allah Rəsulu və bütün müsəlmanlarla birlikdə Əbu Talib dərəsinə sürgün olundular və elə Əbu Talib dərəsində də haqqın dərgahına qovuşdu.
Həzrət Xədicə, həqiqətən, məzlum idi. Çünki o, Peyğəmbərin zövcəsi olmaq şərəfinə nail olduğu üçün ikiqat dəyərə malikdir. Peyğəmbərin digər zövcələri də Peyğəmbərin zövcəsi olmaq şərəfinə nail olsalar da, onun risalət dövründə düçar olduğu əziyyətləri görmədilər. (Peyğəmbər) 10 il Mədinədə qaldı, təbii ki, o dövrlərə nisbətdə izzət, hörmət və rahat həyat var idi. Xanım Xədicə isə Peyğəmbərin əziyyət və çətinlik dövrlərini gördü və bunlara qatlaşa bildi.
Əslində isə o, on iki imamın anasıdır. O, Əmirəlmöminini öz qucağında, öz ətəyində böyüdüb, bir neçə yaşına qədər öz həyatında onun yetişməsinə yer ayırdı.