Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun.
Allahın izni ilə mümkünsüz hesab edilənlər gerçəyə çevrilir. Əgər sizə desəydilər ki, Qəzza Amerika kimi böyük bir güclə mübarizə aparacaq və ona qalib gələcək, inanardınızmı?! İnanmazdınız, çünki bu, mümkünsüz olan işlərdəndir. Lakin Allahın izni ilə, mümkün oldu.
Quran əbədi möcüzədir. Bu möcüzənin digər möcüzələrdən fərqi ondadır ki, digər möcüzələr yalnız həmin peyğəmbərin dövrünə aid idi. Məsələn, Musa Peyğəmbərin əsasını yalnız o dövrün insanları gördü. Lakin İslam Peyğəmbərinin möcüzəsi olan Quranı insanlar minlərlə il sonra da müşahidə edəcəklər.
Qadın və kişi bir cütlükdür, onlar bir-birilərini tamamlayırlar. Qadınla kişi bir-biriləri üçün yaradılıblar və bu, Quranda açıq-aydın formada bəyan olunub: "Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı...".
بسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
َصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴿۱۳﴾ - صف
Kömək Allah tərəfindəndir və qələbə də yaxındır. Möminlərə müjdə ver. ﴾13﴿
Səf surəsi, ayə 13
Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur.
Builki bezarlıq, Həcc mövsümündən kənara çıxmalı, dünyanın bütün müsəlman yaşayan ölkələrində və şəhərlərində davam etməli, Allah evinin zəvvarlarından kənarda olan insanlara da sirayət etməlidir.
Həcc çox sayda, möhtəşəm və müxtəlif növ insanlardan ibarət xalq kütləsi meydana gətirmiş, bu kütləni və İslamın mənəvi amil gücünü özünə və yadlara nümayiş etdirmişdir.
Bura mələklərin təvaf etdiyi Əli bin Musər-Rzanın (Allahın salamı olsun ona) məzarıdır.
Allahın diqqət mərkəzində olan bir məkandır.
Təmiz qəlblər, sevgi dolu ürəklər, qəlbən bu pak ailəyə bağlananlar öz sevgi dolu qəlbləri ilə Uca Allahla danışırlar.
O məkan səkkizinci İmamın bərəkətindən zikr, (Allaha olan) diqqət və tövhid mərkəzidir.
Hər zaman Həccin əzəmətli yığıncağı və mürəkkəb ayinlərinə dərin düşüncə gözü ilə baxılarsa, (bunlar) müsəlman üçün qəlbin qüvvət tapmasına və güvən əldə etməsinə səbəb olmaqla yanaşı düşmən və bədxah üçün qorxulu və zəhmli olacaqdır.
Allahın əmri ilə bütün insanları bütün dövrlərdə Həcc mövsümündə Kəbə evinə dəvət edən ürəkoxşayan İbrahimi nəğmə bu il də dünyanın hər bir yerindən müsəlmanlardan bir dəstənin qəlbini bu tövhid və vəhdət mərkəzinə cəzb etmişdir.
Öz düşüncə və rəftarınızı Həccin həqiqət və maarifinə yaxınlaşdırın, habelə yenidən ələ gətirilən və bu maariflə qarışan kimliyi evlərinizə qaytarın. Bu, Həcc səfərinizin qiymətli və həqiqi sovqatıdır.
Xalqa xidmət məqsədi ilə çalışmaq saleh əməl, İlahi mükafata səbəb olan yaxşı bir işdir və əməllərinə görə bəndələrinə əcr verən və alim olan Allah onun mükafatını dünya və axirətdə verəcəkdir.
Qəsbkar sionist rejimə Allahın lənəti olsun ki, Ramazan ayında nəinki qadınları, uşaqları və müdafiəsiz xalqı qətliam etməkdən əl çəkdi, əksinə, daha da şiddətləndirdi.
İslam ölkələri rəsmilərinin namünasib əməllərinə və bütün çətinliklərə rəğmən, Quranda buyurulduğu kimi, Allah-təala mömin insanlarladır və Allahın olduğu hər yerdə qələbə olacaqdır.
Rəcəb ayının qədrini bilin. Bu ayda bacardığınız qədər Aləmlərin Rəbbinə təvəssüllərinizi artırın. Allahı xatırlayın və işi Allaha xatir görün. Etdiyiniz bu səy və zəhməti Allah üçün qərar verin.
İlahi bağışlanma xətaları islah etmək anlamında olmaqla bərabər, özümüzə və başqalarına vurduğumuz zərbələri təlafi etmək mənasını daşıyır. Əgər bəşər ciddi surətdə xəta və fəsadları islah etmək ardınca olarsa, Allahın yolu hamar və bəşərin sonu yaxşı olacaqdır. Biz insanların problemi öz səhvimizdən, onu islah etməyin zərurətindən və islah etməyi özümüzdə həyata keçirməkdən qəflət etməyimizidir. Əgər bu qəflətlər aradan gedərsə və bu əzm (bizdə) yaranarsa, hər bir şey islah olar. Birinci mərhələdə (başlanğıc və ən böyük vəzifələrimizdən biri olan mərhələdə) özümüz islah oluruq və əsas olan da budur. Yəni bütün işlər özünü islah etmənin müqəddiməsidir. Bütün işlər özündə İlahi razılığı ələ gətirməyin müqəddiməsidir.
İmam Hadi və digər imamların (əleyhimussəlam) hamısı Allah hakimiyyətini və İlahi qanunları cəmiyyətlər üzərində bərqərar etmək xətti üzrə hərəkət ediblər. (Bu yolda) Səylər göstərildi, cihadlar edildi, əziyyətlər çəkildi. Bu yolda zindanlara, sürgünlərə, səmərəli və mənfəət dolu şəhidliklərə təhəmmül edilmişdir.
Allaha dua, yalvarış və ondan istəmək o zaman qəbul olur ki, adətən, insan Allahdan istədiyi şey yolunda addım atsın.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023