21/03/2023
  Öz xəstəliyinizdən şəfa tapmaq üçün dua edirsiniz, eyni zamanda həkimə də müraciət edirsiniz və Uca Allah da bu dualarınızı qəbul edir. Allahdan müsbət mənada dəyişiklik diləyirik, amma özümüzün də çalışmağımız gərəklidir. Bizim çalışmağımızın sayəsində Uca Allah öz nemətlərini bizim halımıza şamil edir və bu istəyi yerinə yetirir.
21/03/2023
  Allaha dua, yalvarış və ondan istəmək o zaman qəbul olur ki, adətən, insan Allahdan istədiyi şey yolunda addım atsın.     Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
21/03/2023
Mənəviyyat nəsimi Mübarək Ramazan ayında hər kəsin halına şamildir və biz öz qəlblərimizi bu ilahi və ətirli nəsimin ixtiyarına təslim edək.     Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
21/03/2023
  İran xalqının ayrı-ayrılıqda hər bir üzvünü, xüsusilə də şəhid ailələrini, qazilərini, müharibə veteranlarını və insanların həyatına xidmət edənləri, eləcə də Novruz bayramını əziz bilib qayğı göstərən digər xalqları təbrik edirəm.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
13/03/2023
  ABŞ-ın sanksiyasına məruz qalan ölkələr bir-biri ilə əməkdaşlıq etməli, sanksiya taktikasını aradan qaldırmaq üçün birgə qrup yaratmalıdırlar və bu, mümkün olan bir işdir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
13/03/2023
  Şiddətli sanksiyalar İranı öz daxili imkanları və qüvvələri barədə diqqət ayırmağa yönəltdi və bu arada sanksiyalar İran üçün bir çox inkişaflara zəmin yaratdı.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
13/03/2023
  Sanksiyalar şəraitində İran müxtəlif sahələrdə, o cümlədən “elm və texnologiya”, “tibb və bioloji”, “hava-kosmos”, “nüvə” və “nano” sahələrində heyrətamiz irəliləyiş əldə edə bildi.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
13/03/2023
  Müasir dünyanın mənəviyyata ehtiyacı var. Mənəviyyat xalqlar üçün hərəkətverici amil ola bilər.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
13/03/2023
  Şimal-Cənub tranzit xəttinin yaradılması İran və Belarusun, eləcə də Rusiyanın və regionun marağındadır və hər iki tərəf onun həyat keçməsi üçün çalışmalıdır.     Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
06/03/2023
Fidanların əkilməsi, ətraf mühitin qorunması məsələsi təkcə bizim ölkəmizə aid olmayan ən mühüm məsələlərdəndir. İnşallah, xalqın səyi və qurumların köməyi ilə "Hər bir iranlı üç ağac fidanı əksin" şüarı hər il gerçəkləşsə, qarşıdakı 4 ildə bir milyard fidan əkilmiş olar.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 06.03.2023
02/03/2023
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei: "Ölkə sərhədlərini aşaraq İran kino sənətini başqa xalqların gözündə şərəf və ehtiram mənbəyinə çevirən bu sadiq sənətkarın məşhur və həmişəyaşar əsərləri, şübhəsiz ki, onun qoyub getdiyi xeyirxah əməllər içərisində ilahi mükafata çatmasına və xalq arasında onun gözəl adla xatırlanmasına səbəb olacaqdır".   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 27.02.201627.02.2016
24/02/2023
İbadət, təvəssül və münacat ayı olan Şaban ayına daxil olduq. Bu ayın duasında belə oxuyuruq: " Mənim səsimi eşit, o zaman ki sənə dua edirəm, eşit mənim fəryadımı, o zaman ki səni səsləyirəm". Bu ay Uca Allaha dua mövsümü, bu pak qəlbləri əzəmət mədəninə, nur mədəninə bağlama mövsümüdür. Bunun qədrini bilmək lazımdır.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 12.06.2013
24/02/2023
1990-cı ildə— İmam Xomeyninin vəfatından bir il sonra bir qrup İranın məhv olmaq üzrə olduğunu elan etdi. Necə ki, 1990-cı ildə belə idi, indi də bəziləri öz kimlikləri məhv olmaq üzrə olduğu üçün vəziyyəti bu cür görürlər.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 23.02.2023
24/02/2023
Əgər sanksiyalar olmasaydı, biz bu sənaye və texniki nailiyyətlərə yiyələnməzdik. Müdafiə, sənaye və tibb sahələrində yeni imkanlar əldə edə bilməzdik. Onlar avadanlıq satmırdılar, elm və texnologiyanın bizim əlimizə çatmasına imkan vermirdilər. Çarəsiz özümüz hərəkət keçməli olduq.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 23.02.2023
24/02/2023
İslam Respublikası ərsəyə gələndə azadlıq və xalqa söykənməyi də özü ilə gətirir, lakin bunların kənarında din qeydini də gətirir. Liberal demokratiya liderlərinin dünyaya hakim olmaq planlarını da alt-üst edir.
23/02/2023
Liberal demokratiyanın liderləri dünyaya hakim olmaq üçün plan cızıblar. Onlar liberalizm və demokratiya bayrağı altında dünyanın sərvətlərini talamaq, ölkələrə və millətlərə hakim olmaq istəyirlər. Təbii ki, İslam buna qarşıdır.
23/02/2023
Cəmiyyət üzvləri arasında mehribanlıq, paklıq və səmimiyyət Besətin insan həyatını rəhmli və mərhəmətli edən başqa bir xəzinəsidir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Əzəmətli peyğəmbərin besəti Allahın bəşəriyyətə verdiyi ən böyük hədiyyədir. Bunun səbəbi isə Besətin axirət aləmindən əvvəl bu dünya həyatında bəşəriyyətin xöşbəxtliyini təmin edə biləcək sonsuz xəzinələrə sahib olmasıdır. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
İslam peyğəmbərinin besətində çox mühüm dərs və xəzinələrdən biri də bədxahlar qarşısında nüfuz olunmaz və sərt olmaqdır. İnsan cəmiyyətləri düşmənlərinin nüfuzları nəticəsində zərbəyə məruz qalırlar. Nüfuzun cəmiyyətdə yayılmasına imkan verməyin. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Məbəs bayramı münasibətilə dünyanın bütün haq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haq ardınca olanlara çatsa əlbəttə onların qəlblərini özünə cəzb edəcək Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
23/02/2023
Müqavimət İslam peyğəmbərinin besətində mövcud olan xəzinələrdən biridir. Müqavimət məqsədə çatmağın sirridir. Siz, istər dünyəvi, istərsə də axirətə aid olan bütün hədəflərinizə müqavimətlə çata bilərsiniz. Müqavimətsiz bunu etmək olmaz. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 18.02.2023
21/02/2023
Həyat yoldaşı rolunu ifa edən qadın ilk növbədə aramlığın təzahürüdür. Quran bu barədə belə buyurur: “Yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən odur”. Bu ayədə aramlığa işarə olunub. Həyat təlatümdən ibarətdir. Kişi bu həyat dəryasında daim təlatüm içərisində və işlə məşğuldur deyə evə qayıdanda aramlığa ehtiyac duyur. Bu aramlığı evdə qadın yaradır. Quran “Yanında rahatlıq tapması üçün” dedikdə, yəni kişinin öz qadını yanında aramlıq hiss etməsini bildirir. Qadın aramlıq yaradan bir amildir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 04.01.2023
18/02/2023
Bu gün vacib məsələlərdən biri də Fələstin məsələsidir. Bir millət, bir ölkə adi deyil, əksinə, vəhşi, alçaq və zalım insanların zülmü altında qaldığı bir halda İslam dünyası sadəcə seyr və tamaşa edir
16/02/2023
İran xalqının bu 22 Bəhmən (11 Fevral) mesajı İslam Respublikasına tam dəstək idi. Sionistlər və amerikalıların əlində olan dünya media imperiyası və düşmənlər öz səsləri ilə İran xalqının səsinə qələbə çalmağa çalışdılar. Amma edə bilmədilər. İran millətinin səsi başqalarının səsinə qalib gəldi. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 15.02.2023
16/02/2023
11 Fevral 2023-cü il yürüşündə geniş və dəyərli iştirakına görə İran xalqı qarşısında baş əyirəm. Mən bunun üçün sizlərə təşəkkür etməyə özümü layiq hesab etmirəm, Allah gərək bu işinizi dəyərləndirsin. İran milləti, Allah səylərinizi qiymətləndirsin. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 15.02.2023
16/02/2023
Bu il 22 Bəhmən (Fevralın 11-i) tarixi bir gün idi. Xalq ölkə boyu dastan yaratdı. Nə düşmənin geniş təbliğat və təhrikləri, nə də ölkənin bəzi bölgələrində sıfır dərəcədən aşağı olan soyuq hava İran xalqının isti hərarətinə müqavimət göstərə bildi. Xalq bu ilki yürüşdə belə bir əzəmətlə iştirak etdi. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 15.02.2023
11/02/2023
Fəcr ongünlüyü əslində İmam Xomeyni və İslamın bu ölkədə bizim üçün təsvir etdiyi imamətin dünyaya gəldiyi gündür. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 01.01.1991
11/02/2023
Bəhmən ayının iyirmi ikisi (11 Fevral) Qədir Xum bayramı hökmündədir. Çünki o gündə vilayət neməti, ilahi nemətin tamamlanması və təkmilləşməsi İran milləti üçün əməli və zahiri bir gerçəkliyə çevrildi. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 24.01.1990
11/02/2023
Fəcr ongünlüyü əslində İran xalqının qurtuluş dövrüdür və keçmişi gələcəkdən ayıran tariximizin bir hissəsidir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 01.01.1991
11/02/2023
22 Bəhmən (11 Fevral) hadisəsi və inqilabın qələbəsi İran millətinin təhqir olunmasının sonu oldu. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 10.02.2002
11/02/2023
22 Bəhmən (11 Fevral) yürüşü dünyada bənzərsiz bir hadisədir. Heç bir ölkənin böyük və kiçik şəhərlərində belə bir cəmiyyət heç bir mərasimdə görülməyib. Bu, sizə məxsusdur. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.02.2004
11/02/2023
İran milləti hər il Bəhmənin 22-də (Fevralın 11-də) öz hərəkəti ilə düşməni öz yerində saymağa və onları geri çəkilməyə məcbur edib. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 07.02.2005
09/02/2023
Zəlzələ bizim də başımıza gəlib. Zəlzələ baş verəndə, ailələrin əzizləri həyatını itirəndə bunun necə ağır və acı olduğunu bilirik. Biz onların ağrılarını hiss edir və Allahdan onlara səbr və qəlb rahatlığı diləyirik. Allaha şükürlər olsun ki, dövlət məmurları Türkiyə və Suriyaya yardım edib və bundan sonra da edəcəklər. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
09/02/2023
Suriya və Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan dünyadan köçənlərinə rəhmət, əza sahiblərinə də səbr diləyirik. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
09/02/2023
İnşallah (xalq) bu il 22 Bəhməndə (Fevral ayının 11-də), inşallah, bu mesajı düşmənə açıq şəkildə çatdıracaqlar ki, düşmənin bu xalqın milli vəhdətini aradan aparmaq cəhdi uğursuz bir cəhddir. Düşmən xalqı bir-birindən və hökumətdən ayıra bilməz. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
09/02/2023
Onların İslam Respublikasını məhv etmək strategiyası nədir? İxtilaf və inamsızlıq yaratmaq. İnsanların bir-birinə inamsızlığı, xalqın hakimiyyətə, hökumətin xalqa inamsızlığı. İnamsızlıq yarananda gələcəyə olan ümid də yox olacaq. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
09/02/2023
Niyə İslam Respublikasını məhv etmək istəyirlər? Bunun müxtəlif səbəbləri var. İslam Respublikası bu mühüm, strateji, faydalı və zəngin təbii mədəni olan məntəqə və insani ehtiyatları onların əlindən alıb. Digər bir səbəb isə İslam Respublikasının dünyada azadlıq çağırışı və bac verməməyi səsini ucaltdı. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023
09/02/2023
Düşmənin məqsədinin İran İslam Respublikası və sistemini diz çökdürməsi olmasına baxmayaraq, bunun əksini deyirlər. ABŞ prezidenti 10-15 il əvvəl mənə yazdığı məktubda bildirmişdi ki, biz sizin hökumətinizi dəyişmək fikrində deyilik. Amma eyni zamanda bizdə xəbərlər var idi ki, onların xüsusi mərkəzlərində İran hökumətini devirməyin planı müzakirə olunur. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 08.02.2023