Düşmənin bugünkü taktikası hiylə, təhrif, yalan, vəsvəsə, həqiqətin ziddini göstərmək, xalqları təhqir etmək, millətləri özlərinə qarşı bədbinləşdirmək, millətlərin qabiliyyət, üstünlük və parlaq tərəflərini gizlətməkdən ibarətdir. Düşmənin taktikasını bilməkdə yenilik ələ gətirmək və onu puç etməyin yollarını tapmalıyıq.
On illər öncə sionist rejimin əsas qurucularından biri sayılan Ben Qurion xəbərdarlıq etmişdi ki, onların qabaqlayıcı qüdrəti bitdikdə bu rejim süqut edəcəkdir. Onların qabaqlayıcı qüdrətləri artıq başa çatıb və ya bitmək üzrədir.
Fələstinin daxilində mübarizələrin tərəqqi səbəbi İslama meyildir Bundan əvvəl fələstinli döyüşçülər arasında İslama meyildən söz belə getmirdi və buna görə də müvəffəqiyyət hasil olmurdu. Amma onların arasında İslami meyillərin meydana çıxmasından bu yana mübarizədə olan irəliləyiş bugünkü vəziyyətinə gəlib çıxdı. Düşmən bunu başa düşüb, ona görə də İslamla düşmənçilik edir. Amma bu düşmənçilik nəticə verməyəcək.
أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ» .
"Onlar çalışsalar da, Allah
onların bu çalışmalarını batil edəcək".
Necə olur ki, hökuməti sionist rejimə bağlı olan Avropa ölkələri vətəndaşları Fələstin xalqının xeyrinə və sionist rejimin isə əleyhinə şüarlar səsləndirirlər? Bu, çox mühüm bir məsələdir. Nə üçün belədir? Bu, Fələstin xalqının müqavimətinin bərəkətidir.
Necə olur ki, hökuməti sionist rejimə bağlı olan Avropa ölkələri vətəndaşları Fələstin xalqının xeyrinə və sionist rejimin isə əleyhinə şüarlar səsləndirirlər? Bu, çox mühüm bir məsələdir. Nə üçün belədir? Bu, Fələstin xalqının müqavimətinin bərəkətidir.
Bu gün Allaha şükürlər olsun ki, qəsbkar sionist rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq və tənəzzül sürəti günü-gündən artır. Bu, çox böyük bir fürsətdir.
Bu gün iki milyarda yaxın cəmiyyət olan və dünyanın ən mühüm və həssas coğrafi bölgələrində yerləşən İslam ümməti birləşsəydi, İslam dünyasının problemləri həll olunmağa başlayardı.
Dünya dəyişiklik halındadır. Bu dəyişikliyi kim yaradır? Düşünən beyinlər, fəal insanlar, böyük işlərlə məşğul olanlar bu dəyişikliyi yaradırlar. Siz gənclər sabahın o dəyişikliyini yarada biləcək şəxslərsiniz.
Peyğəmbərlərin yolunun qalib gəlməsi Allahın qəti qanunudur.
Uca Allah Quranda dəfələrlə buyurmuşdur
“كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَ رُسُلي”
Yəni peyğəmbərlərin yolunun qalib gəlməsi Allahın qəti qanunudur.
Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
Qurani-Kərimə görə, daimi müdafiə hazırlığı Allahın əmri, həmçinin Allah və millətin düşmənləri üçün qorxu mənbəyidir. Ölkəyə qarşı təhlükə heç vaxt tam aradan qalxmayacaq, ona görə də Silahlı Qüvvələr bacardıqları qədər hazırlıqlarını artırmalıdırlar.
Bugünkü monqolların, yəni qərblilərin zahiri və çapıb-talamaqları müstəmləkəçilik dövründəki monqollardan fərqlidir. Bununla yanaşı, bizim dövrümüzdə də yeni bir metodla - Səddam kimi quduz itləri hər cür silahlarla, məxsusən kimyəvi silahlarla təchiz edərək İrana qarşı hücuma keçmək və ondan sonra da sanksiyalar vasitəsi ilə qarət etmək və çapıb-talamaq ilə məşğuldurlar.
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir.
Dünya nizamı böyük siyasi dəyişikliyə məruz qalmaqdadır. Bu dəyişikliyin iki xüsusiyyəti var: çox sürətlə həyata keçir və İslam Respublikası düşmənlərinin cəbhəsini zəiflətməyə yönəlib.
Qurana diqqətlə qulaq asmaq adi bir məşğuliyyət deyil. Hər gün Quran oxumağınız gərəklidir. Demirəm ki, məsələn, gündə bir cüz (20 səhifə), ya bir hizb (5 səhifə) oxuyasınız. Gündə yarım ya bir səhifə oxusanız da, gərək bu tilavət tərk olunmasın. İl ərzində elə bir gün olmasın ki, Quranı açıb tilavət etməyəsiniz.
Müşahidə qruplarının mötəbər xəbərlərinə əsaslanaraq, mömin qardaş-bacıların və İranın şərəfli xalqına nəzərinə çatdıraq ki, 23 mart 2023-cü il cümə axşamı günü müqəddəs Ramazan ayının başlanması İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Əl-Üzma Seyid Əli Xamenei üçün təsdiqləndi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
2023-03-22
İran xalqı İranofobiya və inqilaba qarşı fobiya üçün başlatdıqları düşmənin misli görünməmiş media hücumuna qarşı möhkəm dayana bildi. Bu onu göstərir ki, İran millətinin təməli möhkəm bir təməldir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Amerikalılar dedilər ki, bizim İrana iqtisadi təzyiqimiz tarixdə görünməmiş bir təzyiqdir. Bütün yalanları ilə yanaşı, bunu düz dedilər. Məhz belə bir şəraitdə biz elm, texnologiya, nano, biotexnologiya, səhiyyə, nüvə və aerokosmik sahədə irəlilədik.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Ukraynadakı müharibə, əslində, Amerika tərəfindən NATO-nun nüfuzunu genişləndirmək üçün yaradılıb. İndi də Ukraynadakı müharibədən ən çox qazanan tərəf Amerikadır. Ukrayna xalqı bəla içindədir, qazancı Amerika silah zavodları götürür. Ona görə də Amerika Ukraynada müharibənin bitməsinin qarşısını alır.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Biz Ukrayna müharibəsindəki iştirakımızı qəti şəkildə inkar edirik. Onlar yalandan İranın Ukraynadakı müharibədə iştirak etdiyini iddia etdilər. Belə bir şey, ümumiyyətlə, yoxdur. Biz əsla orada iştirak etmirik.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Xalq meydandadır. Əziz xalqımız bunu uzun illər boyu göstərdi. Xalq son iğtişaşlara dəstək verən hər bir kəsə sillə vurdu. Allahın güc və qüvvəsi ilə İran milləti gələcəkdə də öz düşmənlərinə sillə vuracaqdır.
Düşmən deyir ki, rəhbərin sözlərinə qulaq asmayın, rəhbərin sözləri təkrardır. Budur təkrar? İllərdir, düşmən yüksək səslə bəyan edir ki, biz İslam Respublikasını diz çökdürmək istəyirik, amma rəhbər bunun müqabilində buyurur ki, qələt edirsiniz! Bu, təkrar deyil, əzmkarlıqdır.
Mürəkkəb müharibədə düşmən media, mədəni, təhlükəsizlik, iqtisadi və nüfuz faktorlarından istifadə edərək milləti mühasirəyə alır, ümidsizliyə salır və bir millətə öz gücünü unutdurur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Bəzi ölkələr dollardan asılılığını kəsməklə vəziyyətlərini yaxşılaşdırdılar. Qərbin sanksiyasına məruz qalan ölkələrin Qərb mexanizmi olan SWIFT ilə əlaqələri kəsildi, dolları kənara qoyub yerli valyutalarla ticarət etdilər və nəticədə vəziyyətləri yaxşılaşdı. Biz də eynilə belə etməliyik.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Biz Avropayla küsülü deyilik. Amerika siyasətinə kor-koranə tabe olmayan istənilən Avropa ölkəsi və Avropa hökumətləri ilə əməkdaşlıq etməyə hazırıq.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
İslam Respublikası xarici əlaqələr sahəsində də irəliləyiş əldə edibdir. Amerika və Avropa İranı təcrid etmək üçün təzyiq etdilər. Amma baş verənlər əks nəticə verdi. Təbii ki, bizim qərblilərlə əlaqələrimizin zəifləməsinə baxmayaraq, Asiya ilə 100 faiz möhkəmləndi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023
Uzun illər dünyanın ən güclü dövlətlərinin zərbələrinə tab gətirə bilən hansı ölkəni və inqilabı tanıyırsınız? İran xalqı düşmənin ardıcıl planlarına, o cümlədən çevrilişə, embarqoya və sosial media hücumlarına qarşı möhkəm dayana bildi.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
21.03.2023