Qəzzada baş verən bütün bu qırğınlara baxmayaraq, sionist rejim indiyə qədər bu hadisənin həqiqi məğlubudur, çünki öz aradan getmiş abrını geri qaytara bilmədi və gələcəkdə də bu işi görməyə qadir olmayacaqdır.
Amerikalılar Qəzza cinayətlərində sionistlərlə şərikdirlər və əgər onların silah-sursat və siyasi baxımdan köməkləri olmasa, sionist rejim üçün bu işi davam etdirmək mümkün olmayacaqdır.
Amerikalılar Qəzza cinayətlərində sionistlərlə şərikdirlər və əgər onların silah-sursat və siyasi baxımdan köməkləri olmasa, sionist rejim üçün bu işi davam etdirmək mümkün olmayacaqdır.
İraq dövləti regionda bir mühüm dövlət olaraq Qəzza əhalisinin qətliamının dayandırılması üçün Amerika və qəsbkar rejimə təzyiqlərdə xüsüsi rol daşıya bilər. Həmçinin ərəb dünyası və İslam aləmində yeni bir xətt yarada bilər.
Qəzza əhalisi öz səbirləri ilə bəşər vicadınını hərəkətə gətirdi. Hətta Qərb ölkələrində, İngiltərə, Fransa və Amerikanın müxtəlif əyalətlərində cəmiyyət kütləvi şəkildə gəlib İsrail və ABŞ dövləti əleyhinə şüar verirlər. Onların dünyadakı abırları getdi.
Sionist rejim aciz və çaşqın vəziyyətdədir. Öz xalqına da yalan danışır. Onun əsirlərlə bağlı narahatlığı da yalandır. Onların etdiyi bombardmanlar öz əsirlərini də məhv edir.
Qərb siyasətçilərinin həyasızlıqlarından biri budur ki, öz vətənlərini müdafiə edən fələstinlilərə terrorist deyirlər. İkinci Dünya müharibəsində almanlar gəlib Parisi aldılar. Almanlarla mübarizə aparan fransızlar terrorist idilər?!
İslam dövlətləri cinayətlərin dərhal dayandırılmasına təkid etməli və sionist rejimə neft ixracının yolunu bağlamalıdır və bu rejimlə iqtisadi əməkdaşlığı kəsməlidir. Bütün beynəlxalq yığıncaqlarda bu cinayəti yüksək səslə məhkum edin.
İslam dünyası unutmasın ki, İslam və məzlum Fələstin müqabilində dayanan Amerika, Fransa və İngiltərə idi. Təkcə Sionist rejim deyil. (İslam dünyası) Bunu dərk etsin və öz müamilə və mübadilələrində bunları nəzərə alsınlar.
Amerikalıların və Qərb ölkələrinin öz evini və vətənini müdafiə edənləri terrorist adlandırıqlarını görən müsəlman dövlətləri bunları təkrar etməməlidirlər. Terrorist, Fələstini işğal edən həmin qondarma dövlətin özüdür.
Qəzza məsələsi bir tərəfdən məzlumiyyət, digər tərəfdən isə iqtidar məsələsidir. Qəzza xalqının səbri və təvəkkülü nəticədə onları meydanın qalibi edəcəkdir.
Amerika Qəzzada sionist rejimin cinayətində qəti şəkildə şərikdir. Amerikanın əli məzlum fələstinli uşaqların qanına boyanıb. Əslində, Qəzzada baş verən bu cinayəti Amerika idarə edir.
Bu gün Fələstin xalqı düşmənə qarşı İslam naminə vuruşur və bu mübarizə düşmənin sütunlarını lərzəyə gətirib. Əgər müsəlmanlar onlara kömək etsələr, şübhəsiz, bu yol (qələbə) qısalacaq. Necə ki, bu, Quranda buyurulan hamı üçün vacib bir məsələdir. Müsəlmanlar kömək etməsələr belə, Fələstin xalqı axıra qədər müqavimət göstərsə, yenə də qalib gələcək.
Sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir.
Kübarlığın bir zərrə əlaməti də cənab Hacı Mustafa Xomeynidə yox idi, İmam Xomeyninin (r.ə) evində və onun rövzə məclisində bir nəfər Mustafanı görmürdü ki, gəlib özünü İmam Xomeyniyə yapışdırsın.
İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir.
Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır. Qəzzada baş verənlərə təkcə İslam ölkələrində deyil, Amerikada, Hollandiyada, Fransada və s. müsəlman və qeyri-müsəlmanlar qəzəblidirlər.
Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar.
Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır.
Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkatin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir.
Fələstində son günlərdə baş verən hadisələr, məxsusən də bombardmanlar və qadın, uşaq və kişilərin şəhadəti insanın qəlbini yaralayır, lakin bu hadisənin digər tərəfi isə İslamın Fələstində inanılmaz qüdrətinin nişanəsidir və Allah-təalanın lütfü sayəsində Fələstində başlanan bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcəkdir.
Cənab Şeyx Zəkzaki, sizinlə və ailənizlə görüşmək çox sevindirici bir haldır. Siz Allah yolunda həqiqi mücahidlik edənin nümunəsisiniz və ümid edirəm ki, öz mücahidliyinizi davam etdirəcəksiniz.
Əqsa tufanı fələstinlilərin şücaətli və fədakarcasına addımları olmaqla yanaşı, illərlə davam edən cinayətə bir cavab idi və (bu cinayət) son aylarda daha şiddətli olmuşdu. (Bu hadisədə isə) Müqəssir, hazırkı qəsbkar sionist rejiminə hakim olanlardır.