Hidden in list: 
Show in list
Qəzzadakı hadisə iki tərəfdən pik həddədir Plakat

Qəzzadakı hadisə iki tərəfdən pik həddədir

Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü.​
ABŞ məntəqəni tərk etməyə məcburdur Plakat

ABŞ məntəqəni tərk etməyə məcburdur

Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar.​
Sionistlər Qəzzadan çıxsada, çıxmasa da məğlubdur Plakat

Sionistlər Qəzzadan çıxsada, çıxmasa da məğlubdur

Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da.​
Plakat

"Xalqın iştirakı ilə istehsalatın sıçrayışı"

Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur.​
Sionist rejim daxilində olan ixtilaf süqutu yaxınlaşdıracaq Plakat

Sionist rejim daxilində olan ixtilaf süqutu yaxınlaşdıracaq

Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah.​
ABŞ-ın səhv hesablamaları onları diz çökdürəcək Plakat

ABŞ-ın səhv hesablamaları onları diz çökdürəcək

Yəməndə, İraqda, Suriya və Livanda müqavimət qüvvələri tərəfindən göstərilən hər bir fəaliyyəti Amerika öz hesablamalarında onu İrana bağlayır. Bu səhv hesablama qəti şəkildə Amerikanı diz çökdürəcəkdir. Onlar (Fələstin) xalqını tanımırlar, bu xalqın özü düşüncə və iradə əhlidir. Əlbəttə, biz müqavimət dəstələrini dəstəkləyirik.
ABŞ Qəzzada ən pis vəziyyəti özü üçün seçdi Plakat

ABŞ Qəzzada ən pis vəziyyəti özü üçün seçdi

Amerika Qəzza məntəqəsində mümkün olan ən pis vəziyyəti seçdi. Elə bir iş gördü ki, bütün dünyada mənfur oldu və London və Paris küçələrində, Avropanın başqa ölkələrində və Amerikanın özündə də Fələstinin xeyrinə nümayiş əks etdirənlər, əslində, Amerikadan nifrət etdiklərini elan edirlər.
Nəfsin nuraniyyət kəsb etmə fürsəti Plakat

Nəfsin nuraniyyət kəsb etmə fürsəti

İlin günləri və ayları arasında Ramazan ayının gecə və gündüzü namaz vaxtlarının hökmünü daşıyır. Necə ki, ibadət saatları gün ərzində bir anlıq maddi əsarətdən çıxmaq üçündür, Ramazan ayı da bir il ərzində bir aylıq uzun-uzadı riyazət fürsətdir ki, nəfs maddi amillərdən xilas olsun, nəfəs çəksin və nuraniyyət tapa bilsin.​
Müsəlman Quran tilavət etmədən bir gün keçirməsin Plakat

Müsəlman Quran tilavət etmədən bir gün keçirməsin

Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
Ramazan ayının hər anının qədrini bilməliyik Plakat

Ramazan ayının hər anının qədrini bilməliyik

Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.​