Xanımlar üçün elm ocağının dəyəri Plakat

Xanımlar üçün elm ocağının dəyəri

Qadınlar və qızların mərifət və elmi agahlığının tərəqqisi məqsədini daşıyan bir qurumun yaradılması məsələsinin özü çox dəyərlidir. Çünki bundan əvvəl ölkə tarixində qadınlar belə bir imkana sahib olmayıblar.
Kitab qalıcıdır Plakat

Kitab qalıcıdır

Bizim işimizin nöqsanlarından biri kitab istehsalıdır. İndi siz deyirsiniz ki, kitab gedir kitabxanaya (orada qalır), amma mən demək istəyirəm ki, kitab ən qalıcı sənət əsəridir, yəni digər şeylər keçicidir, amma kitab qalır və yüz il, iki yüz il kitabdan istifadə edilə bilər. Kitabı yaxşı tərtib etmək çox mühümdür. Məhz kitabdır ki, mədəniyyəti bir nəsildən digər nəsilə ötürür.
Sionist rejim başçılarına edam hökmü verilməlidir Plakat

Sionist rejim başçılarına edam hökmü verilməlidir

Netanyahunun həbs olunma hökmü kifayət deyil. Netanyahu və sionist rejimin cinayətkar başçılarının edam hökmü çıxarılmalıdır.
Sabah müqavimət daha da genişlənəcəkdir Plakat

Sabah müqavimət daha da genişlənəcəkdir

Mən bu gün deyirəm ki, bu gün müqavimət cəbhəsi hansı genişliyə malikdirsə, sabah bunun əhatəsi bir neçə dəfə artıq olacaqdır.
Belələrini elmdən ayırmaq mümkün deyil Plakat

Belələrini elmdən ayırmaq mümkün deyil

Hansı alimi tapa bilərsiniz ki, əlinin altında bir neçə cild kitab olmasın və gecə-gündüz, vaxtlı-vaxtsız onları oxumasın? Elm və mərifət əhlini, elmin dadını duymuş olanları elmdən ayırmaq mümkün deyil.
Quran sayəsində ölkənin əzəməti Plakat

Quran sayəsində ölkənin əzəməti

Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.
Bu ümumi bir qaydadır Plakat

Bu ümumi bir qaydadır

Sionist rejimin cinayətləri Livanda, Qəzza və Fələstində özlərinin istədiklərinin əksini yaradır. Yəni müqaviməti daha da gücləndirir, şiddətləndirir. Bu ümumi bir qaydadır və mütləq, həyata keçəcəkdir.
Özünü tərbiyə edən xanım nəsillər yetişdirər Plakat

Özünü tərbiyə edən xanım nəsillər yetişdirər

İslam əxlaqına malik olan və nəfsini paklayan bir qadın gələcək nəsli dəyişdirə və tərbiyə edə bilər.
Gənc və uşaqları mütaliəyə alışdırın Plakat

Gənc və uşaqları mütaliəyə alışdırın

Cəmiyyətimizdə kitaba qarşı laqeydlik mövcuddur. Bəzən insan televiziyada ondan-bundan (mütaliə barədə) soruşulduğunu görür: "Cənab, gündə neçə saat mütaliəyə vaxt ayırırsınız?" və ya "Nə qədər vaxt kitab oxumağa sərf edirsiniz?" Biri deyir beş dəqiqə, biri deyir yarım saat! İnsan təəccübə gəlir. Biz gəncləri və uşaqları kitab oxumağa alışdırmalıyıq, çünki bu, onların həyatlarının sonuna qədər onlarla birlikdə olacaqdır.
Ordunun Dəniz Qüvvələrinin komandirlərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Ordunun Dəniz Qüvvələrinin komandirlərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

İran İslam Respublikası ordusunun Dəniz Qüvvələrinin bir qrup komandir və məsul şəxsləri bu gün günorta saatlarında 27.11.2024-cü il tarixdə Dəniz Qüvvələri Günü münasibətilə Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ilə görüşdülər.