Təbriz, Qum, Tehran, Rey, Bircənd, Məşhəd, Marağa, Zəncan və Nəcəfaabadda bu şəhidlərin cənazələrinin möhtəşəm dəfn mərasimində xalqın hərəkəti və küçələrə tökülmələri İran millətinin diri olduğunu göstərdi.
Xalqa xidmət etmək və özünü xalqdan biri saymaq helikopter qəzası şəhidlərinin ən gözəçarpan xüsusiyyətlərindən biri idi. Mərhum şəhid cənab Rəisi gecə-gündüz tanımazdı və sözün həqiqi mənasında yorğunluq nədir bilməzdi.
Xalqın qəlbinin cəzb olması və onların təmənnasız minnətdarlığı dünyada İlahi mükafatlardan biridir. Mərhum Prezidentin və onu müşayiət edənlərin bir neçə milyonluq izdihamlı dəfn mərasimi bu İlahi mükafatın nümunəsidir. Onlara Allahın rəhmət və salamı olsun!
Prezidentin möhtəşəm dəfn mərasimi dünyaya İslam Respublikasının xeyrinə olan bir mesaj idi ki, İslam Respublikasının xalqmehvərliyinin kökünü və onun gücünü göstərdi. İran cəmiyyəti və millətinin vücudunun dərinliyində kök salmış güc və qüdrət(dən söz gedir).
Livanda ümumxalq hüzn gününün elan edilməsi iki ölkə arasında tam əməkdaşlığın göstəricisidir və özümüzlə livanlı qardaşlar və cənab Seyid Həsən Nəsrullah arasında olan nisbəti qohumluq və qardaşlıq nisbəti bilirik.
Millətimiz, əlhəmdulillah, dayanıqlı və ayıqdır və bizim Allah-təalaya etimad və təvəkkülümüz çoxdur. İnşallah, İran milləti bu hadisədən bəhrə əldə edəcəkdir.
Prezidentin helikopteri qəzaya uğradıqdan sonra xalqın məhəbbət və ehtiramını büruzə verməsi və onun salamatlığı üçün dua etməsi bu xalqın inqilaba və İslam inqilabının şüarlarına bağlı olduğundan xəbər verir.
Bu səmanın altında ən yaxşı məmurlarımızdan birini itirdik, ən yaxşılarından birini itirdik. Başqa yol yoxdur, bunlara Allah-təalanın yolunda dözmək lazımdır.