Dünyada başlanan böyük dəyişiklik Plakat

Dünyada başlanan böyük dəyişiklik

Dünyada böyük bir dəyişiklik başlanıb. Bu dəyişiklikdə ən əsas gözə çarpan Amerika kimi hegemon qüdrətlərin zəifləməsi, habelə dünyada və məntəqədə yeni qüdrətlərin meydana gəlməsidir.
Amerika hibrid müharibəsi yaratmağa məcburdur Plakat

Amerika hibrid müharibəsi yaratmağa məcburdur

Amerikanın digər qüdrət göstəricilərindən biri də başqa dövlətlərə dəxalət etmək imkanının olması idi. Bu gün bu, tənəzzül etmək üzrədir. Bu gün Amerika zərbə vurmaq istədiyi dövlətlərdə çoxlu xərclərlə hibrit müharibə yaratmağa məcburdur, lakin bunun özü də axırda bir nəticə vermir.
Avropanın vəziyyəti ürəkaçan deyil Plakat

Avropanın vəziyyəti ürəkaçan deyil

Avropanın da vəziyyəti Amerikadan yaxşı deyil və tənəzzül etmək üzrədir. Bu günlər Afrika əhalisi Fransanın əl altısı olan hökumətləri süqut etdirirlər. Qərb qüdrətləri əvvəlki o qüdrətə sahib deyil və zəifləmək üzrədir. Bu, dünya miqyasında böyük bir dəyişikliyidir.
Əgər biz birləşsək, Amerika işlərimizə qarışa bilməz Plakat

Əgər biz birləşsək, Amerika işlərimizə qarışa bilməz

Şübhəsiz, heç bir ölkə xarici bir qüdrətin onun işlərinə qarışmasını istəməz, lakin məcbur qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əgər birləşsək, Amerika zorakılıq və oğurluq etməyə, habelə bizim daxili işlərimizə qarışmağa cürət edə bilməyəcəkdir. Ölkə başçıları və xüsusi istedada malik şəxslər bu məsələ üzərində düşünsünlər və eyni zamanda da mənfəətlərini də hesablasınlar.
ABŞ regionda müharibə odunu alovlandıran əsas amildir Plakat

ABŞ regionda müharibə odunu alovlandıran əsas amildir

Birləşək və bu birləşməyimiz Amerikanın müharibə odunu alovlandırmasının qarşısını alsın. Onlar müharibə odunu alovlandırırlar. Region daxilindəki bu müharibələrin xarici bir amili vardır. Bu sərhəd ixtilafları və bu kimi məsələlər belə bir münaqişələri yarada bilməz və biz bunları bu bir neçə il müddətində bu məntəqədə müşahidə etdik. Təhrik edib müdaxilə etdilər, pul xərclədilər, şər insanları hərbçi olmayan məzlum xalqın müqabilində hərkətə vadar etdilər.
Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir Plakat

Məntəqədəki dəyişiklik müqavimətin xeyrinədir

Məntəqənin siyasi coğrafiyası dəyişmək üzrədir, lakin Amerikanın deyil, müqavimət cəbhəsinin xeyrinə.
Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək Plakat

Bu fırtına davam etsə, ABŞ siyasətini məhv edəcək

Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir.
Məntəqənin taleyi Plakat

Məntəqənin taleyi "Qlobal müqavimət özəkləri"nin əlində

Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir.‌ İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək Plakat

Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək

Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.
Fələstində xaincəsinə Plakat

Fələstində xaincəsinə "İki dövlət" yaratmaq planı baş tutmadı

Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.