Amerikanın tarixdə görünməmiş təzyiqlərinə rəğmən Iranın müxtəlif sahələrdə inkişafı

Amerikanın tarixdə görünməmiş təzyiqlərinə rəğmən Iranın müxtəlif sahələrdə inkişafı

  Amerikalılar dedilər ki, bizim İrana iqtisadi təzyiqimiz tarixdə görünməmiş bir təzyiqdir. Bütün yalanları ilə yanaşı, bunu düz dedilər. Məhz belə bir şəraitdə biz elm, texnologiya, nano, biotexnologiya, səhiyyə, nüvə və aerokosmik sahədə irəlilədik.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
Ukraynadakı müharibədən ən çox qazanan tərəf Amerikadır.

Ukraynadakı müharibədən ən çox qazanan tərəf Amerikadır.

  Ukraynadakı müharibə, əslində, Amerika tərəfindən NATO-nun nüfuzunu genişləndirmək üçün yaradılıb. İndi də Ukraynadakı müharibədən ən çox qazanan tərəf Amerikadır. Ukrayna xalqı bəla içindədir, qazancı Amerika silah zavodları götürür. Ona görə də Amerika Ukraynada müharibənin bitməsinin qarşısını alır.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
Biz Ukrayna müharibəsində yoxuq

Biz Ukrayna müharibəsində yoxuq

  Biz Ukrayna müharibəsindəki iştirakımızı qəti şəkildə inkar edirik. Onlar yalandan İranın Ukraynadakı müharibədə iştirak etdiyini iddia etdilər. Belə bir şey, ümumiyyətlə, yoxdur. Biz əsla orada iştirak etmirik.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
Rəhbərin sözlərinin təkrarı məqsədsiz deyil Plakat

Rəhbərin sözlərinin təkrarı məqsədsiz deyil

Düşmən deyir ki, rəhbərin sözlərinə qulaq asmayın, rəhbərin sözləri təkrardır. Budur təkrar? İllərdir, düşmən yüksək səslə bəyan edir ki, biz İslam Respublikasını diz çökdürmək istəyirik, amma rəhbər bunun müqabilində buyurur ki, qələt edirsiniz! Bu, təkrar deyil, əzmkarlıqdır.
Düşmənin məqsədi millətə öz qüdrətini unutdurmaqdır

Düşmənin məqsədi millətə öz qüdrətini unutdurmaqdır

  Mürəkkəb müharibədə düşmən media, mədəni, təhlükəsizlik, iqtisadi və nüfuz faktorlarından istifadə edərək milləti mühasirəyə alır, ümidsizliyə salır və bir millətə öz gücünü unutdurur.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
İqtisadi vəziyyətin yaxşılaşması dolların kənara qoyulmasından asılıdır

İqtisadi vəziyyətin yaxşılaşması dolların kənara qoyulmasından asılıdır

  Bəzi ölkələr dollardan asılılığını kəsməklə vəziyyətlərini yaxşılaşdırdılar. Qərbin sanksiyasına məruz qalan ölkələrin Qərb mexanizmi olan SWIFT ilə əlaqələri kəsildi, dolları kənara qoyub yerli valyutalarla ticarət etdilər və nəticədə vəziyyətləri yaxşılaşdı. Biz də eynilə belə etməliyik.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
Amerika siyasətinə kor-koranə boyun əyməyən ölkələrlə əməkdaşlığa hazırıq

Amerika siyasətinə kor-koranə boyun əyməyən ölkələrlə əməkdaşlığa hazırıq

  Biz Avropayla küsülü deyilik. Amerika siyasətinə kor-koranə tabe olmayan istənilən Avropa ölkəsi və Avropa hökumətləri ilə əməkdaşlıq etməyə hazırıq.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
İranı təcrid etmək planı əks nəticə verdi

İranı təcrid etmək planı əks nəticə verdi

  İslam Respublikası xarici əlaqələr sahəsində də irəliləyiş əldə edibdir. Amerika və Avropa İranı təcrid etmək üçün təzyiq etdilər. Amma baş verənlər əks nəticə verdi. Təbii ki, bizim qərblilərlə əlaqələrimizin zəifləməsinə baxmayaraq, Asiya ilə 100 faiz möhkəmləndi.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
İran bu qədər hücumlar qarşısında möhkəm dayana bilən yeganə dövlət

İran bu qədər hücumlar qarşısında möhkəm dayana bilən yeganə dövlət

    Uzun illər dünyanın ən güclü dövlətlərinin zərbələrinə tab gətirə bilən hansı ölkəni və inqilabı tanıyırsınız? İran xalqı düşmənin ardıcıl planlarına, o cümlədən çevrilişə, embarqoya və sosial media hücumlarına qarşı möhkəm dayana bildi.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
İnsanın təlaşı ilahi nemətlərin verilməsinə səbəb olur

İnsanın təlaşı ilahi nemətlərin verilməsinə səbəb olur

  Öz xəstəliyinizdən şəfa tapmaq üçün dua edirsiniz, eyni zamanda həkimə də müraciət edirsiniz və Uca Allah da bu dualarınızı qəbul edir. Allahdan müsbət mənada dəyişiklik diləyirik, amma özümüzün də çalışmağımız gərəklidir. Bizim çalışmağımızın sayəsində Uca Allah öz nemətlərini bizim halımıza şamil edir və bu istəyi yerinə yetirir.