İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.
Seyid Əli Xamenei
31.12.1999
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Seyid Əli Xamenei
08.05.1981
Fatimeyi Zəhra (salamullahi əleyha) uca mənəviyyat zirvəsində dayanıb bütün dünya qadınlarına müraciət edir və onları bu yolu getməyə dəvət edir.
Seyid Əli Xamenei
16.01.1990
Fatimeyi Zəhra (salamullahi əleyha) bir tərəfdən İlahi vəzifə qarşısında itaət və təslimiyyətin, həmçinin mübarizənin və məzlumcasına şəhadətin təcəssümüdür, digər tərəfdən isə əsrlər boyunca İslam ümmətinin ümumi düşüncəsini nurlandıran əzəmət, ucalıq və maarifləndirmənin rəmzidir.
Seyid Əli Xamenei
03.01.1990
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.