16/01/2024
Mərhum Mirzə Kiçik xan Cəngəlinin məsələsi xüsusi bir məsələdir. Meşə hərəkatı ilə eyni vaxtda ölkənin müxtəlif yerlərində bir sıra başqa böyük hadisələr baş verdi - məsələn Təbrizdə mərhum Şeyx Məhəmməd Xiyabani və ya Məşhəddə Polkovnik Məhəmməd Təqi Xan Pesian - bunların hamısı demək olar ki, eyni vaxtda baş verdi, lakin meşə məsələsi xüsusi bir məsələdir. Mirzə Kiçik xan Cəngəlinin hərəkatında olan xalq yönümlü olmaq və onun işindəki nəcibliyin o dönəmdə bütün İranda o hərəkatla eyni zamanda baş verən iki-üç hadisə ilə heç bir oxşarlığı yoxdur. Mirzə Kiçik xan ruhanidir, tələbədir. Rəşt hövzəsinin özündə o dövrdə böyük şəxsiyyətlər var idi ki, onlardan bəhrələnmək fürsəti olub, bunda heç bir şəkk-şübhə yoxdur. Buna görə də Mirzə Kiçik xan hərəkatının mənşəyi yüz faiz dini və etiqadidir. İnsan müşahidə edir ki, öz təşkilatları daxilində müxaliflərin olmasına baxmayaraq, onun ətrafındakı İfratçılar deyirdilər ki, biz onları döyüb yatırtmalıyıq! (Amma) Mirzə Kiçik xan qoymurdu, onların qarşısını alırdı və bu işi görməklərinə mane olurdu. Yəni davranış da dini davranışdır. Bildiyiniz kimi o zaman marksist hərəkatının hay-küy salması və Sovet İttifaqının yaranması, dünyada və xalqlar arasında (bu zəmində) baş verən səs-küy, onun bəzi xalqlar üçün yaratdığı cazibə təbii olaraq bəzi insanları özünə cəlb etdi və yaxın adamları da ona eyni şəkildə xəyanət etdilər. Lakin bu kişi həm İslam dininə bağlı olduğuna görə marksist təfəkkürə cəlb olunmadı və o nəzəriyyəni açıq-aşkar və qəti şəkildə rədd etdi, həm də xarici qüvvələrlə müxalif idi. Yəni bu siyasətin xaricilərdən gələn bir siyasət olduğuna görə idi. İngilislər, Qazax rusları və bu kimi hakim qurumlarla qarşı-qarşıya dursa da, eyni zamanda o tərəfə də cəlb olmadı. Öz müstəqilliyini qorudu. Halbuki (bu hərəkat) yüz faiz İslami və İrani bir hərəkatıdır. O, Rəştdə və özünə xas ərazidə - Gilanda İslam quruluşunun və İslam Respublikasının miniatür vahidini yaratdı.