ABŞ niyə bu Qərbi Asiya regionunda müxtəlif ölkələrdə bu qədər çox hərbi baza qurub? Sizin burada nə işiniz var? Bu məntəqənin sizə nə aidiyyatı var?
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.10.2025
Sionist rejimə Qəzza xalqının üzərinə tökmək üçün Amerikadan çoxlu silah və resurslar gəldi. Amerika bu cinayətdə şərikdir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.10.2025
Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.11.2025
Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.11.2025
Sionistlər gözləmirdilər ki, gənc iranlıların hazırladığı raket öz alovu, öz atəşi ilə onların bəzi həssas tədqiqat mərkəzlərinin dərinliklərini küllə çevirə bilsin və bu baş verdi.
Bizim başımız yumşaq müharibəyə qarışıb. Yumşaq müharibədə düşmənin məqsədi xalqı ruhdan salmaq və öz gücündən ümidsiz etməkdir. Siz, idman meydanında və elmi sahələrdə medal qazanaraq düşmənin hərəkətinə qarşı hərəkət edə bildiniz.
Seyid Əli Xamenei
20.10.2025
Sionistlər 12 günlük müharibədə elə bir zərbə aldılar ki, inanmırdılar, gözləmirdilər və beləliklə, məyus oldular. Amerika prezidenti işğal olunmuş Fələstinə onları məyusluqdan çıxartmaq üçün getmişdi.
Seyid Əli Xamenei
20.10.2025
Əgər fərz etsəydik ki, Kərbəla hadisəsi ümumiyyətlə baş verməmişdi, halbuki biz Zeynəbi-Kübra (s.ə) haqqında dediklərimizi və eşitdiklərimizi, adətən, Kərbəla hadisəsi ilə əlaqələndiririk, yenə də Zeynəbi-Kübra (s.ə) görkəmli bir şəxsiyyət, böyük bir insan və örnək alınıb ardınca gediləsi bir qadın sayılardı.
Seyid Əli Xamenei
04.10.1995
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur.
Seyid Əli Xamenei
04.10.1995
ABŞ prezidenti işğal olunmuş Fələstində puç söz və yersiz hərəkətlərlə məyus sionistləri ümidləndirməyə, onlara ruh yüksəkliyi verməyə çalışdı. Mənim Amerika prezidentinin işğal olunmuş Fələstinə səfəri ilə bağlı təhlilim budur.
Seyid Əli Xamenei
20.10.2025
Biz bu gün uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik... Dünyanın iki yüz neçə ölkəsi arasında zənginləşdirməyə qadir olan on ölkə var ki, bu on ölkədən biri də İslami olan İrandır... Biz bu mühüm sənayedə on aparıcı ölkədən biri hesab olunuruq.
23.09.2025 -
O (ABŞ prezidenti) iranlı alimləri terror eməklə fəxr edir, ... Tehrançi və Abbasi kimi adamları terror etdiniz, lakin onların elmini terror edə bilməzsiniz.
Seyid Əli Xamenei
20.10.2025
Sionist rejimin cinayətləri tarixdə qalacaq. Kitablarda yazılacaq ki, bir zamanlar bu bölgədə bir qrup hakimiyyətə gəldi və belə cinayətlər törətdi. Qısa bir müddət ərzində minlərlə uşaq və qadını öldürdülər.
09.01.2024
Amerika ilə müzakirə böyük zərərlər gətirir. O hədələyib ki, əgər danışıqlar aparmasanız, belə edərik, elə edərik. Belə müzakirələri qəbul etmək İslam Respublikası olan İranının hədələrə boyun əyməyə meylli olduğunu göstərir. Əgər bu hədələrlə müzakirə apardınızsa, demək ki, hər hədəyə qarşı qorxuruq və təslim oluruq mənasındadır.Bu müzakirə deyil, diktədir.
23.09.2025
Bu gün biz uranın zənginləşdirilməsi sahəsində yüksək səviyyədəyik. Zənginləşdirməni nüvə silahı hazırlamaq istəyən ölkələr 90%-ə qədər yüksəldirlər. Biz isə silaha ehtiyac duymadığımız və nüvə silahına malik olmamaq qərarına gəldiyimiz üçün 60%-ə qədər yüksəltmişik.
23.09.2025
Zənginləşdirmə nədir? Uranın zənginləşdirilməsi o deməkdir ki, alimlər xam uranı çox qiymətli bir maddəyə çevirsinlər ki, bu maddə müxtəlif sahələrdə insanlar üçün təsirə malikdir: kənd təsərrüfatında, ətraf mühitdə, elektrik enerjisində və s.
23.09.2025
Gəldilər, [İranın uran zənginləşdirmə] təsisatlarını filan yerdə və filan yerdə bombaladılar. Zənginləşdirmə elmdir və elm məhv edilən bir şey deyil, elm bomba ilə, hədələrlə və bu cür vasitələrlə məhv olmur.
23.09.2025
Dünyada 10 ölkə zənginləşdirmə edə bilir, onlardan biri də İslam Respublikası olan İrandır. Digər 9 ölkənin nüvə bombası var. Biz isə nüvə bombasına malik deyilik və olmayacağıq da və nüvə silahından istifadə etməyi planlaşdırmırıq, amma zənginləşdirməyə sahibik.
23.09.2025
Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun.
16.01.1990
İzzət günündə, zillət günündə, çətinlikdə, asanlıqda – hər bir halda Allahı yada salmaq, Allaha söykənmək, ondan istəmək– bunların hamısı Peyğəmbərin bizə verdiyi böyük dərsdir.
Seyid Əli Xamenei
27.09.1991
Bu gün bizim düşmənimiz, yəni sionist rejim dünyanın ən mənfur rejimidir. Xalqlar da sionist hökumətdən iyrənir, ona nifrət edirlər, dövlətlər də bu hökuməti məhkum edirlər.
25.08.2025
Peyğəmbərin İlahi və təbii bir heybəti vardı və onun hüzurunda camaat özünü itirirdi, amma o, insanlarla nəvaziş və gözəl əxlaqla davranırdı. Bir cəmlə oturduğu zaman isə onun peyğəmbər və bu toplumun rəhbəri, böyüyü olduğu seçilmirdi.
Seyid Əli Xamenei
27.09.1991
Peyğəmbər qulamlarla oturub-durur, onlarla birlikdə yemək yeyir və sadə libas geyinirdi. Qarşısına hansı yemək var idisə, ondan yeyirdi, bir yeməyi xoşuna gəlmədiyi üçün rədd etmirdi. Bütün bəşəriyyət tarixində bu əxlaq misilsizdir.
Seyid Əli Xamenei
27.09.1991
Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb.
Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir.
Seyid Əli Xamenei
21.03.2023
Peyğəmbərin hökumət əxlaqı belə idi: düşmənin vəsvəsələri qarşısında ayıq-sayıq, möminlər qarşısında isə təvazökar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
12.05.2000
Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir.
Seyid Əli Xamenei
27.09.1991
Peyğəmbərin Allaha bəndəliyinin əsas sirri budur: heç bir qüdrəti Allahın qarşısında hesaba almamaq, ondan qorxmamaq, başqalarının istəklərinə görə Allah yolunu tərk etməmək.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
27.09.1991
Evliliyin əsas bünövrəsi qız və oğlanın bir-biriləri ilə yola getməsidir. Bir-biriləri ilə dil tapmalıdırlar. Bu "Bir-biriləri ilə dil tapmalıdırlar" cümləsinin çox dərin bir mənası vardır. Bunu əsas götürün ki, Allah-təala da öz bərəkətlərini sizlərə şamil etsin, inşallah.
Seyid Əli Xamenei
11.07.1991
Həzrət Peyğəmbərin (s) misilsiz həyatı və şəxsiyyəti İslam tarixinin bütün dövrləri üçün daimi bir dərs və örnəkdir. Quran bu barədə buyurur: "Allahın Rəsulunda sizlər üçün gözəl nümunələr var". Onun bu mübarizliyi sayəsində İslam təlimləri bütün tarix boyu yayılmışdır. Bu təlimlər yalnız müsəlmanlara aid deyil, bütün bəşəriyyət İslamın təlimlərinin yayılmasından faydalanır.
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
İslam Peyğəmbəri bütün yaxşılıqların müəllimi, ədalətin, insanlığın, mərifətin, qardaşlığın müəllimi, həmçinin bəşəriyyətin tarixin sonuna qədər davamlı tərəqqi, təkamül və inkişafının müəllimi idi.
13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır.
Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir.