09/04/2024
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.​
04/04/2024
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.​
03/04/2024
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.​
01/04/2024
Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
01/04/2024
Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​
30/03/2024
Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
24/03/2024
İlin günləri və ayları arasında Ramazan ayının gecə və gündüzü namaz vaxtlarının hökmünü daşıyır. Necə ki, ibadət saatları gün ərzində bir anlıq maddi əsarətdən çıxmaq üçündür, Ramazan ayı da bir il ərzində bir aylıq uzun-uzadı riyazət fürsətdir ki, nəfs maddi amillərdən xilas olsun, nəfəs çəksin və nuraniyyət tapa bilsin.​
23/03/2024
Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
20/03/2024
Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.​
19/03/2024
Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".​
18/03/2024
Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
17/03/2024
Həm mübarək “Səhifeyi-Səccadiyə” kitabında olan, həm də Ramazan ayı üçün olan başqa dualarda bu ayın sifətləri qeyd edilib. Bu sifət və xüsusiyyətlərin hər biri üzərində dərindən düşünməyə dəyər.​
18/07/2018
Orucun Ramazan ayında vacib edilməsinin hədəflərindən biri də təqva ələ gətirməkdir.
31/08/2011
Ramazan ayında insanlar oruc tutdular. Oruc tutmaqla öz ruhlarında səfa əmələ gətirdilər. Həmin səfa, səmimiyyət və nuraniyyət insanın fərdi və ictimai həyatında bir çox bərəkətlərin mənbəyidir.
03/02/1995
Oruc ilahi süfrələrdən biridir. Bu süfrələrdən hər nə qədər çox istifadə etsəniz, mənəviyyatınızın təməli daha qüvvətli olacaq. Beləliklə, kamala və Allaha doğru olan hərəkətdə ağır yükləri çəkə biləcəksiniz. O zaman xoşbəxtlik sizə daha yaxın olacaqdır.