İslam İnqilabı Rəhbərinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət məclisi mübarək Ramazan ayının ilk günündə baş tutdu
Qurani-Kərimlə ünsiyyət məclisi İslam İnqilabı Rəhbərinin və Quranın seçilmiş, eləcə də beynəlxalq səviyyəli ustad və qarilərindən bir qrupun iştirakı ilə bu gün axşam tərəfi İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei bu Quran məclisində səsləndirilən tilavətlərin yüksək səviyyəsinə görə təşəkkür və minnətdarlığını bildirdi. 19.02.2026
Hər kəsə Quranla ünsiyyəti unutmamağı tövsiyə edirəm. Mən dəfələrlə demişəm ki, Quranın hər yerindən yarım səhifə olsa belə, hər gün oxuyun. Quranı açın, yarım səhifə, bir səhifə və hər nə qədər rəğbət və meyiliniz var oxuyun. Mənəviyyatla əlaqənizi qoruyun.
Seyid Əli Xamenei
03.11.2025
Şəxsi və ictimai həyatımızda, əxlaqımızda və qarşılıqlı münasibətlərimizdə problemlərlə qarşılaşırıq. Bu problemlər Quran sayəsində aradan qaldırıla bilər. Quran bizi doğru yola yönəldə və bizim əlimizdən tuta bilər.
Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır.