T_BOOK_INDEX
  • əqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    •  
    • Təqlidin şərtləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
  • Namazın hökmləri
    • Namazın əhəmiyyəti və şərtləri
    • Namazın vaxtı

ŞƏRİ SUALLARA CAVABLAR

əqlidin hökmləri

 

Üç yol: Ehtiyat, ictihad, təqlid

  • Sual 1:
    Təqlid məsələsi sırf əqli məsələdir, yoxsa onun şəri dəlilləri də vardır?
    Cavab:
    Təqlidin şəri dəlilləri vardır. Həmçinin əql də hökm edir ki, şəriətin hökmlərini bilməyən şəxs camiuş-şərait müctəhidə [1] müraciət etməlidir.

 

  • Sual 2:
    Sizin nəzərinizə görə ehtiyata əməl etmək[2] daha yaxşıdır, yoxsa təqlid etmək[3]?

    Cavab:
    Ehtiyata əməl etmək ehtiyatın yerlərini və qaydasını bilməyə bağlı olduğuna, habelə, bu iş çox vaxt tələb etdiyinə görə yaxşısı budur ki, şəriət hökmlərində mükəlləf[4] camiuş-şərait müctəhidə təqlid etsin.

     
  • Sual 3:
    Şəriət hökmlərində ehtiyata əməl edərkən fəqihlərin fətvaları hansı hüdudlaradək nəzərə alınır? Yəni keçmiş fəqihlərin fətvalarına da əməl etmək lazımdırmı?

    Cavab:
    Şəriət hökmlərində ehtiyata əməl etmək dedikdə, bütün fiqhi ehtimallara riayət etmək nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə əmin olmalıdır.

 

  • Sual 4:
    Qızım tezliklə şəri vəzifə yaşına çatacaqdır və o, özünə mərcəyi-təqlid[6] seçməlidir. Amma təqlid məsələsini dərk etmək onun üçün çətindir. Onun qarşısında bizim üzərimizə düşən vəzifə nədir?

    Cavab:
    Əgər o, bu barədə olan öz şəri vəzifəsini təklikdə müəyyən edə bilmirsə, sizin vəzifəniz onu yönəltməkdir.

 

  • Sual 5:
    “Əhkamın mövzularını müəyyən etmək mükəlləfin öz öhdəsindədir və müctəhidin vəzifəsi hökmü müəyyən etməkdir” fikri fəqihlər arasında məşhurdur. Amma bununla belə, müctəhidlər bir çox hallarda əhkamın mövzularının müəyyən edilməsində də fikir bildirirlər. Əhkamın mövzusu barəsində müctəhidin nəzərinə tabe olmaq vacibdirmi?

    Cavab:
    Əhkamın mövzusunu müəyyən etmək mükəlləfin öz nəzərinə həvalə olunur və mövzunun müəyyən edilməsi barəsində müctəhidin nəzərinə tabe olmaq vacib deyildir. Əlbəttə, əgər müctəhidin nəzərinə qarşı mükəlləfdə əminlik yaranarsa, yaxud mövzu fiqh mənbələrindən əldə edilən mövzu olarsa, bu hallar istisnadı.

 

  • Sual 6:
    Əgər bir şəxs ona lazım olan şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq etsə, günahkardırmı?

    Cavab:
    Əgər şəriət hökmlərini öyrənməmək vacib bir əməli tərk etmək və ya haram bir işi yerinə yetirməklə nəticələnərsə, günahkardır.

 

  • Sual 7:
    Bəzən şəriət hökmləri barəsində məlumatı az olan şəxslərdən hansı müctəhidə tədlid etdiyi soruşulur və onlar “bilmirəm” deyə cavab verirlər. Yaxud da “filan müctəhidə təqlid edirəm” deyirlər, halbuki həmin müctəhidin risaləsini (“Şəriət hökmlərinin izahı” kitabını) oxumur və nəticə etibarilə, həmin müctəhidin fətvalarına əməl etmirlər. Belə şəxslərin əməllərinin hökmü nədir?

    Cavab:
    Əgər onların yerinə yetirdikləri əməllər “ehtiyat”a müvafiqdirsə, yaxud keçmişdə təqlid etməli olduqları və ya hal-hazırda təqlid etməli olduqları müctəhidin nəzərinə müvafiqdirsə, bu hallarda onların yerinə yetirdikləri əməllər düzgün hesab olunur.

 

  • Sual 8:
    Bilirik ki, hansı məsələdə bir ələm müctəhidin[7] nəzəri “ehtiyat-vacib”[8] olsa, həmin məsələdə ondan sonrakı ələm müctəhidə müraciət edə bilərik. Əgər həmin məsələdə sonrakı ələm müctəhidin də nəzəri “ehtiyat-vacib” olsa, ondan sonrakı ələm müctəhidə müraciət etmək olarmı? Əgər üçüncü müctəhidin də nəzəri əvvəlkilərlə eyni olsa, ondan sonrakı ələm müctəhidə müraciət etmək olarmı? Bu şəkildə davam etməyə icazə verilirmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.

    Cavab:
    Əgər bir məsələdə ələm müctəhidin nəzəri “ehtiyat” olarsa, həmin məsələdə nəzəri “ehtiyat” olmayan, əksinə, birbaşa “fətva” verən müctəhidə “əl-ələm fəl- ələm”[9] ardıcıllığına riayət edərək müraciət etməyin maneəsi yoxdur
 
  • Camiuş-şərait müctəhid, yəni mərcəyi-təqlidin şərtlərinə malik olan müctəhid. Müctəhid-İslam şəriətinin hökmlərini “təfsili dəlillər”dən (Quran, sünnə, əql və icma) əldə edə bilən şəriət aliminə deyilir.
  • Burada “ehtiyat” dedikdə, şəriət hökmlərinə əməl etmək üçün üç yoldan biri nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə yəqin edir. (Bu üç yol, yuxarıda qeyd olunduğu kimi, ehtiyat, ictihad və təqliddir.)
  • Şəriət hökmlərində təqlid etmək, müctəhidin fətvasına tabe olmaq və ona əməl etmək deməkdir.
  • Şəri vəzifəsi olan şəxs.
  • Şəriət alimləri.
  • Şəriət hökmlərində mükəlləfin müraciət və təqlid etdiyi müctəhid.
  • Yəni daha bilikli müctəhid. Belə ki, başqa müctəhidlərlə müqayisədə o, ilahi hökmləri tanımaqda və onları dini mənbələrdən əldə etməkdə daha bacarıqlıdır. Həmçinin öz dövrünün vəziyyətindən daha çox məlumatlıdır.
  • Burada “ehtiyat-vacib”, “ehtiyat-müstəhəb”in müqabilindədir. Ehtiyat-vacib, fətva ilə yanaşı olmayan ehtiyatdır. Ehtiyat-müstəhəb isə, fətva ilə yanaşı olan, başqa sözlə, fətvadan sonra qeyd olunan ehtiyatdır.
  • Elmi səviyyə nəzərə alınaraq bir ələm müctəhiddən sonrakı pillədə dayanan ələm müctəhid və bu qayda ilə irəliləyərək.
  •  

    Təqlidin şərtləri

    • ual 9:
      |Mərcəiyyət[1] vəzifəsini öhdəsinə almayan və risaləsi olmayan (yəni “Şəriət hökmlərinin izahı” kitabı nəşr olunmayan) bir müctəhidə təqlid etmək olarmı?

      Cavab:
      Camiuş-şərait müctəhidə təqlidin düzgün sayılmasında mərcəiyyət vəzifəsini öhdəyə almaq və ya “Şəriət hökmlərinin izahı” adlı kitaba sahib olmaq şərt deyildir. Ona görə də, əgər təqlid etmək istədiyi müctəhidin camiuş-şərait müctəhid olduğu mükəlləf[2] üçün sübuta yetsə, ona təqlid etməyin maneəsi yoxdur.

     

    • Sual 10:
      Fiqhin[3] müəyyən bir bölümündə, məsələn, namaz və ya oruc bölümündə ictihad dərəcəsinə çatan şəxsə[4] təqlid etmək olarmı?
      Cavab:
      “Mütəcəzzi müctəhid”in[5] fətvası onun özü üçün dəlildir. Mütəcəzzi müctəhidin məharətli olduğu fiqhin bölümlərində başqaları da ona təqlid edə bilərlər. Baxmayaraq ki, “mütləq müctəhid”ə[6] təqlid etmək ehtiyat-müstəhəbə[7] müvafiqdir.

     

    • Sual 11:
      aşqa ölkələrin şəriət alimlərinə təqlid etmək olarmı? Belə ki, onlarla əlaqə qurmaq mümkün deyildir?

      Cavab:
      Camiuş-şərait mütcəhidə təqlid etməkdə müctəhidin mükəlləfin ölkəsinin vətəndaşı olması və ya mükəlləfin yaşadığı yerin sakini olması şərt deyildir.

     

    • Sual 12
      Müctəhid və mərcəyi-təqliddə əsas götürülən ədalət xüsusiyyəti ilə imam-camaatda[8] əsas götürülən ədalət xüsusiyyəti arasında güclü və ya zəif olma baxımından fərq varmı?

      Cavab:
      Fətva verməkdə mərcəiyyət mənsəbinin həssas və əhəmiyyətli bir mənsəb olduğunu nəzərə alaraq, ədalət xüsusiyyətindən əlavə mərcəyi-təqlidin tüğyankar nəfsə hakim olmaq qüdrətinə sahib olması və dünyaya həris olmaması ehtiyat-vacibə[9] görə şərtdir.

     

    • Sual 13:
      Deyilir ki, ədalətli müctəhidə təqlid etmək gərəkdir. Ədalətli şəxs dedikdə, nə nəzərdə tutulur?

      Cavab:
      Bilərəkdən günaha mürtəkib olmayacaq həddə təqvası olan şəxsə adil deyilir.

     

    • Sual 14:
      Dövrün və məntəqənin vəziyyətindən xəbərdar olmaq ictihadın (müctəhidliyin) şərtlərindəndirmi?

      Cavab:
      Bu şərtin bəzi məsələlərdə rolu ola bilər.

     

    • Sual 15:
      Mərhum İmam Xomeyninin (r.ə) nəzərinə görə mərcəyi-təqlid “ibadətlər” və “sövdələşmələr”in əhkamını bilməkdən əlavə, siyasi, iqtisadi, hərbi, ictimai və rəhbərlik Məsələlərini də bilməlidir. Biz əvvəllər İmam Xomeyniyə (r.ə) təqlid edirdik və o, vəfat etdikdən Sonra bir qrup alimin istiqamətləndirmələri və özümüzün də seçimi ilə sizə müraciət və təqlid “ etməyi lazımlı bildik. Beləcə, həm mərcəyi-təqlidə, həm də rəhbərə bir arada təqlid etmiş olaq.
      Bu barədə sizin nəzəriniz yoxdur?

      Cavab:
      Mərcəiyyət mənsəbinin səlahiyyət şərtləri “Təhrirul-vəsilə” və başqa kitablarda təfsilatı ilə Qeyd edilmişdir və təqlid olunmağa səlahiyyəti çatan şəxsi müəyyənləşdirmək mükəlləfin öz nəzərinə həvalə olunur

     

    • Sual 16:
      Tədlid etmək üçün mərcəyi-təqlidin ə`ləm olması şərtdirmi, yoxsa şərt deyildir? Ə`ləmliyin meyarı nədir?

      Cavab: Əgər bir məsələdə ə`ləm müctəhidin fətvası ilə qeyri-ə`ləm müctəhidin fətvası fərqli olarsa, ehtiyata görə (ehtiyat-vacib), həmin məsələdə ə`ləm müctəhidə təqlid etmək lazımdır. Ə`ləmliyin meyarı budur ki, bir mərcəyi-təqlid şəriət hökmlərini tanımaqda və bu hökmləri dini mənbələrdən əldə etməkdə başqa mərcəyi-təqlidlərlə müqayisədə daha bacarıqlıdır. Belə ki, onunla başqa mərcəyi-təqlidlər arasındakı fərq bu elmin mütəxəssisləri üçün aydındır. Həmçinin o, öz dövrünün tələblərini – əhkamın mövzularını müəyyən etmək və bu barədə fiqhi nəzəri bildirməkdə təsirli olan tələbləri – daha yaxşı bilir.

       

      Sual 17: Əgər bir şəxs ə`ləm bir müctəhiddə mərcəyi-təqlidin şərtlərinin olmadığını ehtimal edib qeyri-ə`ləm bir müctəhidə təqlid edibsə, onun təqlidi yanlış hesab olunurmu? Cavab: Ə`ləm müctəhiddə lazımi şərtlərin (mərcəyi-təqlidin şərtlərinin) olmadığını sadəcə ehtimal edib, ixtilaflı məsələlərdə qeyri-ə`ləm müctəhidə təqlid etməyə ehtiyata (ehtiyat-vacib) görə icazə verilmir.

       

      Sual 18: Əgər bir qrup alimin hər birinin müəyyən məsələdə ə`ləm olduğu sübuta yetsə, onların hər birinə təqlid etmək olarmı? Cavab: Fiqhin müxtəlif bölümlərində ayrı-ayrı müctəhidlərə təqlid etməyin maneəsi yoxdur. Əgər mükəlləfin təqlid etmək istədiyi məsələdə həmin müctəhidin ə`ləm olduğu dəqiqləşərsə, ehtiyata görə, müqəllidə[7] lazım olan məsələlərdə mövcud fətvalar arasında ixtilaf olduğu təqdirdə ayrı-ayrı müctəhidlərə təqlid etmək vacibdir.

       

      Sual 19: Ə`ləm müctəhid mövcud olduğu halda qeyri-ə`ləm müctəhidə təqlid etmək olarmı? Cavab: Hansı məsələlərdə qeyri-ə`ləm müctəhidin fətvası ə`ləm müctəhidin fətvasına zidd deyildirsə, həmin məsələlərdə qeyri-ə`ləm müctəhidə müraciət etməyin maneəsi yoxdur.

       

      Sual 20: Mərcəyi-təqlidin ə`ləm olması şərti barədə sizin rəyiniz nədir və bunun dəlili nədir? Cavab: Bir neçə camiuş-şərait müctəhidin fətvaları arasında ziddiyyət olduğu təqdirdə, ehtiyat-vacibə görə, mükəlləf ə`ləm müctəhidə təqlid etməlidir. Amma əgər ə`ləm müctəhidin fətvasının ehtiyata zidd və qeyri-ə`ləm müctəhidin fətvasının ehtiyata müvafiq olduğu dəqiqləşərsə, bu təqdirdə, qeyri-ə`ləm müctəhidə təqlid etmək olar. Ə`ləm müctəhidə təqlid etməyin vacibliyinin dəlili, ağıllı insanların qəbul etdiyi bir məsələdir və əqlin hökmüdür. Çünki ə`ləm müctəhidin fətvası müqəlliddə yəqinlik yaradır, qeyri-ə`ləm müctəhidin nəzəri isə ehtimal doğurur.

       

      Sual 21: Biz kimə təqlid etməliyik? Cavab: Camiuş-şərait müctəhidə təqlid etmək lazımdır. Ehtiyata görə, təqlid olunan müctəhid ə`ləm olmalıdır.

       

      Sual 22: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid[8] etmək olarmı? Cavab: İbtidai təqliddə ə`ləm və həyatda olan müctəhidə təqlid etmək ehtiyatı tərk olunmamalıdır.

       

      Sual 23: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid, həyatda olan müctəhidə təqlid etməyə bağlıdırmı? Cavab: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid etmək və ya onun təqlidində qalmaq, həyatda olan ə`ləm müctəhidə təqlid əsasında olmalıdır.

     

    Təharətin hökmləri

     

    Suların hökmləri

    • Sual 70: 
      Əgər təzyiqsiz üzüaşağı tökülən “az su”yun[1] aşağı hissəsi nəcasətlə[2] təmasda olarsa, bu suyun yuxarı hissəsi pak olaraq qalırmı?

      Cavab:
      Əgər su elə bir şəkildə üzüaşağı axsa ki, ona “su yuxarıdan aşağıya axır” deyilsə, suyun yuxarı hissəsi pakdır.

     

    • Sual 71: 
      Kürr su və ya axar su[3] ilə napak paltarları yuduqda, paltarları sıxmaq lazımdırmı? Yoxsa nəcasətin özü aradan getdikdən sonra su paltarı bürüsə, kifayət edir?

      Cavab:
      Ehtiyata görə, paltarı sıxmaq və ya hərəkət etdirmək lazımdır.

     

    • Sual 72: 
      Napak paltarı kürr su və ya axar su ilə paklayarkən paltarı sudan çıxardıqdan sonra da sıxmaq lazımdırmı? Yoxsa paltarı suyun daxilində sıxdıqda, paltar paklanır?

      Cavab:
      Suyun daxilində sıxmaq və ya hərəkət etdirmək kifayət edir.

     

    • Sual 73: 
      Əgər napak kilim və ya xalçanı şəhərin su mənbəyinə birləşən borulardan gələn su ilə yusaq, borulardan gələn su napak yerə dəyən kimi kilim və ya xalça paklanırmı? Yoxsa qüsalə su[4] kilim və ya xalçadan ayrılmalıdır?

      Cavab:
      Napak kilim və ya xalçanı borulardan gələn su ilə paklayarkən qüsalə suyun ondan ayrılması şərt deyildir. Nəcasət aradan getdikdən sonra suyun napak yerə dəyməsi və su töküldüyü halda xalçaya əl çəkmək vasitəsilə qüsalə suyun öz yerindən hərəkət etməsi ilə paklıq hasil olur.

     

    • Sual 74: 
      ​Təbii halda qatı olan su ilə dəstəmaz almaq və qüsl etməyin hökmü nədir? Məsələn, duzların və mineralların çoxluğu nəticəsində qatı suyu olan dəniz və göl suları, o cümlədən, Urmiyyə gölünün suyu və s.

      Cavab: Sadəcə duzların və mineralların çoxluğu nəticəsində suyun qatı olması, həmin suyun “mütləq su”[5] adlanmasına mane olmur. Mütləq suya aid olan şəri hökmləri daşıması üçün ürfdə (yəni camaatın nəzərində) “mütləq su” deyə adlanması kifayət edir.

     

    • Sual 75: 
      Kürr suyun şəri hökmlərini daşıması üçün suyun kürr olduğuna yəqin etmək vacibdirmi? Yoxsa suyun kürr olduğunu qəbul etmək kifayət edir? (Məsələn, qatar və ya təyyarənin ayaqyolunda mövcud olan su kimi.)

      Cavab:
      Əgər suyun əvvəldə kürr olduğu dəqiqləşərsə, onun kürr olduğunu qəbul etmək olar.

     

    • Sual 76:
      İmam Xomeyninin (r.ə) risaləsində 147-ci məsələdə belə qeyd edilir: “Paklıq və napaklıq məsələlərində şəri büluğa çatmayan müməyyiz uşağın[6] sözünə etina olunmur.” Bu fətva ağır vəzifə yaradır. Çünki bu fətvaya əsasən, məsələn, on beş yaşı tamamlananadək oğlan uşağını ayaqyolunda ata və ana paklamalıdır. Xahiş edirəm, bizim şəri vəzifəmizi açıqlayasınız.

      Cavab:
      Əgər büluğ astanasında olan uşaq özünün və ya ixtiyarında olan bir şeyin pak və ya napak olduğunu söyləsə, onun sözünə etibar olunur. Bundan qeyri halda, əgər onun sözü yəqinliyin və ya əminliyin yaranmasına səbəb olmazsa, onun sözünə etibar olunmayacaq.

     

    • Sual 77:
      Bəzən suya müəyyən maddələr qatırlar və su süd rəngi alır. Bu su “müzaf su”[7] olurmu? Belə su ilə dəstəmaz almağın və paklamanın hökmü nədir?

      Cavab:
      Bu su, müzaf su hökmündə deyildir.

     

    • Sual 78: 
      Paklamada kürr su ilə axar su arasında fərq nədir?

      Cavab:
      Bu xüsusda onlar arasında bir fərq yoxdur.

     

    • Sual 79: 
      Əgər şor su qaynadılsa, onun buxarından əldə edilən su ilə dəstəmaz almaq olarmı?

      Cavab:
      Əgər ona mütləq su deyilsə, mütləq su hökmündədir.

     

    • Sual 80: 
      Ayağın və ya ayaqqabının altının paklanması üçün on beş addım yol getmək şərtdir. Nəcasət aradan getdikdən sonra on beş addım yol getmək lazımdır, yoxsa nəcasət mövcud olduğu halda da on beş addım yol getmək kifayət edir? Nəcasət on beş addım yol getmək nəticəsində aradan getdiyi təqdirdə, ayağın və ya ayaqqabının altı paklanırmı?

      Cavab:
      Əgər yerin üstündə yol getmək nəticəsində ayağının altı və ya ayaqqabısının altı napak olan bir şəxs quru və pak torpağın üstündə təxminən on addım yol gedərsə və “nəcasət” və ya “nəcasətə bulaşan şey” yol getmək, yaxud ayağı yerə sürtmək nəticəsində aradan gedərsə, onun ayağının və ya ayaqqabısının altı paklanar.

     

    • Sual 81: 
      Asfalt yolda yol getməklə ayağın və ya ayaqqabının altı paklanırmı?

      Cavab:
      Asfalt və ya qırlanmış yollar ayağın və ya ayaqqabının altını paklamır.

     

    • Sual 82: 
      Günəş “paklayıcı”dırmı[8]? Əgər paklayıcıdırsa, onun paklayıcılıq şərtləri hansılardır?

      Cavab:
      Günəşin saçması Yerin, eləcə də daşınması mümkün olmayan bütün əşyaların, məsələn, ağac, bitki, bina və tikililər, binanın tikintisində istifadə olunan taxta, qapı, pəncərə və s. bu kimi əşyaların paklanmasına səbəb olur. Amma bu şərtlə ki, onlarda olan “nəcasət” öncədən aradan getmiş olmalı, bu əşyaların üzərinə günəşin birbaşa saçmasının qarşısını kəsən bulud və ya pərdə kimi bir şey mövcud olmamalı, həmçinin günəş saçarkən bu əşyalar yaş olmalı və sırf günəş vasitəsilə qurumalıdır.

     

    • Sual 83: 
      Paklama zamanı rəngi suya çıxan napak paltarlar necə paklanar?

      Cavab:
      Əgər paltarın rənginin suya çıxması suyun müzaf olmasına səbəb olmursa, napak paltarların üstünə su tökməklə paklanar.

     

    • Sual 84: 
      Bir şəxs cənabət qüslü etmək üçün bir qabda su götürür və qüsl edərkən suyun damcıları bədənindən həmin qaba tökülür. Bu, suyun napak olmasına səbəb olurmu və həmin su ilə qüslü tamamlamağa maneə yaradırmı?

      Cavab:
      Əgər suyun damcıları bədənin pak hissəsindən həmin qaba tökülürsə, su pakdır və onunla qüslü tamamlamağın maneəsi yoxdur.

     

    • Sual 85: 
      Napak su ilə qarışdırılmış palçıqdan düzəldilən təndiri paklamaq mümkündürmü?

      Cavab:
      Təndirin divarlarının üst tərəfini yumaqla paklamaq olar və xəmirin yapıldığı bu hissənin pak olması çörək bişirmək üçün kifayət edir.

     

    • Sual 86: 
      Əgər napak yağ üstündə kimyəvi reaksiyalar aparılsa və nəticədə yağın maddələri yeni xüsusiyyətlərə malik olsa, bu yağ napak olaraq qalırmı? Yoxsa “istihalə”[9] hökmünü kəsb edir?

      Cavab:
      Napak maddələrin paklanması üçün ancaq maddələrə yeni xüsusiyyətlər verən kimyəvi reaksiyaların aparılması kifayət etmir.

     

    • Sual 87: 
      Bizim kəndimizdə bir hamam vardır ki, onun tavanı düzdür və suyun buxarından yaranan su damcıları hamamlanan insanların başına damcılayır. Bu su damcıları pakdırmı? Bu su damcıları töküldükdən sonra qüsl düzgündürmü?

      Cavab:
      Hamamın buxarı və pak tavandan tökülən damcılar pak hökmündədir. Bu damcıların bədənə tökülməsi bədənin napak olmasına səbəb olmur və qüslün düzgünlüyünə xələl gətirmir.

     

    • Sual 88:
      Elmi araşdırmalara əsasən, çirkab suların çəkisi minerallarla qarışma və mikroblarla çirklənmə nəticəsində təbii suların çəkisindən on faiz ağır olur. Əgər təmizləmə-saflaşdırma qurğuları vasitəsilə bu suların üzərində müəyyən fiziki, kimyəvi və bioloji əməliyyatlar aparılsa və bu sular çirklənmiş minerallardan və mikroblardan təmizlənsə, belə ki, tam saflaşdırmadan sonra fiziki (rəng, iy, dad), kimyəvi (çirklənmiş minerallar) və gigiyena (zərərverici mikroblar və parazit yumurtaları) baxımından bir çox çayların və dənizlərin suyundan, xüsusilə də suvarmada istifadə olunan sulardan daha gigiyenik və daha yaxşı olsa, saflaşdırmadan qabaq napak olan bu sular sözügedən əməliyyatlardan sonra paklanırmı və istihalə hökmü ona aid olurmu? Yoxsa saflaşdırmadan sonra da napak su hökmündədir?

      Cavab:
      Yuxarıda deyilənləri nəzərə alaraq, çirkab suların çirklənmiş minerallardan, mikroblardan və s. təmizlənməsi ilə “istihalə” baş vermir. Amma əgər təmizləmə- saflaşdırma işi suyun buxarlandırılması və buxarın yenidən suya çevrilməsi şəklində aparılarsa, istihalə baş verir.
     
  • ​Az su – “kür”dən az olan və yerdən qaynayıb çıxmayan sudur. Kürr su - uzunluğu, eni və dərinliyi üç qarış yarım olan bir qabın tutumu miqdarında olan sudur və 384 litr suya bərabərdir.
  • “Nəcasətlər” müəyyən saydadır və bunlardan ibarətdir: bövl (sidik), ğait (nəcis), məni (sperma), murdar olmuş heyvan, qan, it, donuz, kafir, şərab, pivə, haramdan cənabətli olan şəxsin təri, nəcasət yeyən dəvənin təri.
  • Axar su - yerdən qaynayan və cərəyan edən sudur, məsələn, bulaq suyu və yeraltı çayların suyu.
  •  Qüsalə su - bir şeyin (məsələn, bədən, paltar, qab və s.) yuyulmasına sərf olunan sudur: istər həmin şeydən ayrılmış olsun, istərsə də həmin şeyin daxilində qalmış olsun.
  • Mütləq su - bir şeydən çəkilməmiş və ya bir şeylə qarışmamış sudur. Hətta əgər bir şeylə qarışmış olsa, “su” deyə adlanmayacaq həddə deyildir.
  • Müməyyiz uşaq – şəri büluğa çatmayan, amma yaxşı və pisi ayırd edə bilən uşağa deyilir.
  • Müzaf su, mütləq suyun əksidir. Müzaf su – bir şeydən çəkilən (məsələn, nar, limon və gül suyu kimi) və ya bir şeylə qarışan sudur, belə ki, daha ona “su” deyilmir (məsələn, şərbət kimi).
  • Paklayıcılar – napak əşyaları paklayanlardır. Paklayıcılar bunlardır: su, Yer, Günəş, istihalə, üzüm suyunun üçdə ikisinin azalması, intiqal, İslama gəlmək, təbəiyyət, nəcasətin aradan getməsi, nəcasət yeyən heyvanın istibrası, müsəlmanın qeyb olması. Bunların hər biri müəyyən şərtlər daxilində napak əşyaları pak edir.
  • İsithalə - bir haldan başqa bir hala düşmək deməkdir. Yəni müəyyən bir şey elə bir şəkildə dəyişir ki, daha başqa bir şey hesab olunur. Məsələn, napak çubuq yanıb kül olur.
  •  

    Təxəllinin hökmləri

    • Sual 89: 
      Köçəri tayfaların, xüsusilə köç zamanı, paklanmaq üçün kifayət qədər suyu olmur. Sidiyin məxrəcini (xaric olduğu yeri) paklamaq üçün çubuq və xırda daşlar kifayət edirmi? Onlar bu vəziyyətdə namaz qıla bilərlərmi?

      Cavab:
      Sidiyin məxrəci ancaq su ilə paklanır. Amma bədənini su ilə paklamaq imkanı olmayan şəxsin namazı düzgündür.

     

    • Sual 90: 
      “Az su”[2] ilə sidik və nəcisin məxrəcini paklamağın hökmü nədir?

      Cavab:
      Az su ilə sidiyin məxrəcini paklamaq üçün sidiyin özünü aradan apardıqdan sonra ehtiyata görə, həmin yeri iki dəfə yumaq lazımdır. Nəcisin məxrəcini paklamaq üçün nəcis və onun əlamətləri aradan gedənədək, həmin yeri yumaq lazımdır.
     
    • Sual 91: 
      Qaydaya görə, namaz qılan bir şəxs sidik ifraz etdikdən sonra istibra etməlidir[3]. Mənim cinsiyyət üzvümdə yara vardır. İstibra edərkən sıxma nəticəsində bu yaradan qan gəlir və özümü paklayan zaman istifadə etdiyim suya qarışaraq bədənimin və paltarımın napak olmasına səbəb olur. Əgər istibra etməsəm, yaranın daha tez sağalması ehtimal olunur. Amma istibra etdikdə cinsiyyət üzvü sıxıldığına görə yaranın sağalması uzanır. Sizdən xahiş edirəm, deyəsiniz ki, mən istibra edim, yoxsa etməyim?

      Cavab:
      İstibra etmək vacib deyildir. Hətta əgər ciddi bir ziyanı olarsa, istibra etməyə icazə verilmir. Bunu da qeyd etməliyik ki, əgər şəxs istibra etməsə və sidik ifraz etdikdən sonra ondan az da olsa şübhəli bir su xaric olsa, bu su sidik hökmündə olacaq.
     
    • Sual 92: 
      Bəzən sidik ifraz etdikdən və istibra etdikdən sonra ixtiyarsız olaraq insandan sidiyə oxşar bir rütubət xaric olur. Bu rütubət napakdırmı, yoxsa pakdır? Əgər insan bir müddətdən sonra təsadüfi olaraq bu məsələni başa düşsə, qıldığı namazların hökmü nədir? Bundan sonra o, ixtiyarsız xaric olan bu rütubətin xaric olub-olmadığını araşdırmalıdırmı?

      Cavab:
      Əgər istibradan sonra sidik olması şübhəli olan bir rütubət xaric olarsa, bu rütubət sidik hökmündə deyildir və pak hesab olunur. Bu xüsusda araşdırma aparmaq lazım deyildir.
     
    • Sual 93: 
      Əgər mümkünsə, zəhmət olmasa, bəzən insandan xaric olan rütubətin qisimləri barəsində açıqlama verərdiniz.

      Cavab:
      Bəzən məni (sperma) xaric olduqdan sonra insandan rütubət xaric olur və bu rütubət “vəzy” adlanır. Bəzi vaxtlar sidik ifraz etdikdən sonra insandan rütubət xaric olur və bu rütubət “vədy” adlanır. Kişi ilə qadın mazaqlaşdıqdan sonra xaric olan rütubət isə “məzy” adlanır. Bütün bu rütubətlər pakdır və təharətin (paklığın, həmçinin qüsl və dəstəmazın) pozulmasına səbəb olmur.

     

     
    • Sual 94: 
      Əgər ayaqyolu çanağı qiblə qəbul edilən istiqamətdən tam fərqli istiqamətdə quraşdırılsa və bir müddətdən sonra başa düşsək ki, çanağın qoyulduğu istiqamət qiblə istiqamətindən 20-22 dərəcə fərqlidir, çanağın istiqamətini dəyidirmək vacibdirmi, yoxsa vacib deyildir?

      Cavab:
      Əgər qiblə istiqamətindən dönmək “qiblə istiqamətindən dönmüşmüşdür” deyiləcək həddə olsa, kifayətdir və maneəsi yoxdur.

     

    • Sual 95: 
      Sidik yollarının xəstəliyi nəticəsində sidik ifraz etdikdən və istibra etdikdən sonra sidiyim kəsilmir və paltarıma rütubət dəyir. Müalicə olunmaq üçün həkimə müraciət etdim və onun göstərişlərinə əməl etdim. Amma xəstəliyim sağalmadı. Mənim şəri vəzifəm nədir?

      Cavab:
      İstibradan sonra sidiyin xaric olduğuna şəkk edilərsə, bu şəkkə etina olunmur. Amma əgər sidiyin damcı-damcı xaric olduğuna yəqininiz varsa, İmam Xomeyninin (r.ə) risaləsində açıqlanan “məslus şəxs”in[4] vəzifəsinə əməl edin. Sizin bundan başqa bir vəzifəniz yoxdur.
     
    • Sual 96: 
      Nəcisin məxrəcini paklamamışdan qabaq istibra hansı qaydada edilir?

      Cavab:
      Nəcisin məxrəcini paklamamışdan qabaq və paklayandan sonra edilən istibranın qaydası arasında heç bir fərq yoxdur.
     
    • Sual 97: 
      Bəzi şirkətlərə və müəssisələrə işə düzəlmək üçün tibbi müayinə tələb olunur və bəzən bu müayinədə övrətin[5] açılması lazım gəlir. Lazım olduğu təqdirdə, bu işə icazə verilirmi?

      Cavab:
      Hətta işə düzəlmək üçün tələb olunsa belə, övrəti açmağa və ona baxmağa icazə verilmir. Amma əgər həkim ehtimal versə ki, müraciət edən şəxsin xüsusi bir xəstəliyi vardır və bu xəstəliklə onu işə götürmək olmaz, habelə onun bu xəstəliyə düçar olmadığını birbaşa müayinədən qeyri bir yol ilə müəyyən etmək mümkün deyildir, yalnız bu halda övrətə baxmağa icazə verilir.
     
    • Sual 98: 
      Təxəllidən sonra sidiyin məxrəci neçə dəfə yuyulduqda paklanır?

      Cavab:
      Ehtiyat-vacibə görə, sidiyin məxrəci “az su” ilə iki dəfə yuyulduqda paklanır.
     
    • Sual 99: 
      Nəcisin məxrəcini necə paklamaq olar?

      Cavab:
      Nəcisin məxrəcini iki qaydada paklamaq olar. Birinci qayda budur ki, nəcis aradan gedənədək nəcisin məxrəci su ilə yuyulsun və nəcis aradan gedəndən sonra suya çəkmək lazım deyildir. İkinci qayda budur ki, üç ədəd daş və ya parça və bu kimi şeylərlə nəcis təmizlənsin. Əgər üç ədəd daş və ya parça ilə nəcis təmizlənməzsə, başqa daş və ya parça götürülsün və nəcisin məxrəci tam təmizlənsin. Üç ədəd daş və ya parça əvəzinə bir ədəd daşın və ya parçanın üç yerindən də istifadə etmək olar.
     
  • Təxəlli – sidik və nəcis ifrazı deməkdir.
  • Az su (ya qəlil su) - kürr su miqdarından az olan və yerdən qaynamayan sudur.
  • İstibra etmək – sidik ifraz etdikdın sonra kişilərin yerinə yetirdikləri müstəhəb əməldir, başqa sözlə, sidik kanalının şəriətin buyurduğu qaydada təmizlənməsidir.
  • Məslus şəxs – xəstəliyə görə sidiyini saxlamaqda aciz olan şəxsdir.
  • İnsanın ayıb yerləri - qabağı və arxası.
  •  

    Namazın hökmləri

     

    Namazın əhəmiyyəti və şərtləri

    • Sual 338: 
      Namazı bilərəkdən tərk edən və ya yüngül sayan şəxsin hökmü nədir?

      Cavab:
      Beş vaxtda qılınan gündəlik namazlar İslam şəriətinin çox mühüm vacib əməllərindəndir, hətta dinin sütunudur. Namazı tərk etmək və ya yüngül saymaq şəri baxımdan haramdır və cəzaya səbəb olur.
     
    • Sual 339: 
      Əgər bir şəxsin ixtiyarında su və ya üzərinə təyəmmüm etməyin düzgün olduğu şey yoxdursa, namaz ona vacibdirmi?

      Cavab:
      Ehtiyata görə, namazı öz vaxtında qılsın və namaz vaxtından sonra dəstəmazlı və ya təyəmmümlü halda namazın qəzasını qılsın.
     
    • Sual 340:
      Sizin nəzərinizə görə, vacib namazda hansı hallarda niyyəti dəyişmək lazımdır?

      Cavab:
      Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
      1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: Belə ki, əsr namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf əsr niyyətilə namaz qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
      2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: Belə ki, işa namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf işa niyyətilə namaz qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də keçməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ yerinə yetirməmişdir).
      3) Mükəlləfin boynunda iki qəza namazı vardır, hansı ki, bu namazlar əda qılındığı zaman ardıcıllığa riayət olunmalıdır (məsələn, bir günün zöhr və əsr namazlarının qəzası): Əgər o, unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan öncə ikinci namazın qəzasını qılmağa başlayıbsa, bu halda niyyəti birinci namaza dəyişməlidir.
      Aşağıdakı hallarda namazın niyyətini dəyişməyə icazə verilir:
      1) Niyyəti əda namazından (yəni öz vaxtında qılınan namaz) vacib bir namazın qəzasına dəyişmək. (Bunu da qeyd edək ki, əgər mükəlləfin boynunda yalnız bir qəza namazı varsa, niyyəti qəza namazına dəyişmək ehtiyat-vacibdir, xüsusilə də, qəza namazı həmin günün namazı olduqda.)
      2) Camaat namazının savabını əldə etmək üçün niyyəti vacib namazdan müstəhəb namaza dəyişmək.3) Cümə günü zöhr namazının niyyətini nafiləyə dəyişmək: Belə ki, namaz qılan şəxs “Cümə” surəsini qiraət etməyi unudub, onun yerinə başqa bir surəni oxumağa başlamış və surənin yarısına çatmışdır və ya yarısını keçmişdir.
       
    • Sual 341: 
      Əgər namaz qılan şəxs cümə günü həm cümə namazını, həm də zöhr namazını qılmaq istəyirsə, hər bir namaz üçün qəsdi-vücub (vacib niyyəti) etmədən təkcə qəsdi-qürbət[1] etməlidirmi? Yoxsa iki namazdan biri üçün həm qəsdi-qürbət və həm qəsdi-vücub etməli, o biri namaz üçün təkcə qəsdi-qürbət etməlidir? Yoxsa hər iki namaz üçün həm qəsdi-vücub və həm də qəsdi-qürbət etməlidir?

      Cavab:
      İki namazın hər birində qəsdi-qürbət kifayət edir və qəsdi-vücub heç birində vacib deyildir.
    • Sual 342: 
      Əgər ağızdan və ya burundan gələn qan namaz vaxtının əvvəlindən axırına yaxın bir vaxtadək davam etsə, namazın hökmü nədir?

      Cavab:
      Əgər bədəni paklamaq mümkün olmasa və namaz vaxtının qurtaracağından qorxsa, namazı həmin vəziyyətdə qılsın.

     

    • Sual 343: 
      Namazın müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdirmi, yoxsa yox?

      Cavab:
      Namazın istər vacib, istərsə də müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdir və bu baxımdan vacib zikr ilə müstəhəb zikr arasında fərq yoxdur.

     

    • Sual 344:
      Xəstəxanada bəzi xəstələrə sidiyin xaric olması üçün kateter adlı boru qoyulur. Bu vəziyyətdə sidik qeyri-ixtiyari olaraq xəstədən yatdığı və ya oyaq halda, yaxud da namaz əsnasında xaric olur. Xahiş edirəm, bu sualı cavablandırın: Belə şəxs namazını başqa vaxt yenidən qılmalıdırmı? Yoxsa həmin vəziyyətdə qıldığı namaz kifayət edir?

      Cavab:
      Əgər həmin vəziyyətdə o, namazını öz şəri vəzifəsinə müvafiq şəkildə qılıbsa, namazı düzgündür, onu yenidən və qəzasını qılmaq vacib deyildir.
     
  • Qəsdi-qürbət – Mütəal Allaha yaxın olmaq niyyəti.
  •  

    Namazın vaxtı

    • Sual 345: 
      onunla birlikdə məğrib namazını qıla bilməz, məğrib və işa namazlarını bir vaxtda qıla bilməz.[1]Gündəlik namazların vaxtı barəsində şiə məzhəbinin dəlili nədir? Bildiyiniz kimi, əhli-sünnə işa namazının vaxtı daxil olan kimi məğrib namazını qəza hesab edir. Zöhr və əsr namazları barəsində da qayda belədir. Ona görə də onlar bu əqidədədirlər ki, işa namazının vaxtı daxil olduqda və imam-camaat işa namazı qılmağa qalxdıqda, məmum

      Cavab:
      Şiənin dəlili Quran ayələrinin “mütləq” olması və mübarək sünnədir. Bundan əlavə, iki namazın bir-birinin ardınca qılınmasının icazəli olduğuna dəlalət edən hədislər mövcuddur. Əhli-sünnə qaynaqlarında da bir sıra hədislər mövcuddur ki, iki namazdan birinin vaxtında iki namazın qılınmasının icazəli olduğuna dəlalət edir.

     

    • Sual 346: 
      Bilirik ki, əsr namazının axır vaxtı məğribdir. Zöhr namazının axır vaxtı isə məğribə əsr namazını qılmaq üçün tələb olunan qədər vaxt qaldıqdadır. Bilmək istəyirəm ki, “məğrib” dedikdə, nə nəzərdə tutulur? Günəşin qürub etməsi nəzərdə tutulur, yoxsa hər yerin üfüqünə müvafiq olaraq məğrib azanının deyildiyi vaxtdır?

      Cavab:
      Əsr namazının vaxtı günəşin qürubuna qədərdir.

     

    • Sual 347: 
      Günəşin qürubu ilə məğrib azanı arasında zaman fasiləsi neçə dəqiqədir?

      Cavab:
      Zahir budur ki, ilin müxtəlif fəsillərində bu zaman fasiləsi fərq edir.

     

    • Sual 348: 
      Mən işdən gec çıxıram və gecə saat on birdə evə gəlirəm. Müraciət edənlər çox olduğuna görə işdə məğrib və işa namazlarını qılmağa vaxt tapa bilmirəm. Gecə saat on birdən sonra məğrib və işa namazlarını qılmaq düzgündürmü?

      Cavab:
      Əgər gecə yarısını keçməzsə, maneəsi yoxdur. Amma səy göstərin ki, gecə saat on birdən sonraya qalmasın. Hətta bacardığınız qədər namazı vaxtın əvvəlində qılmağa çalışın.

     

    • Sual 349: 
      Namazın nə qədər hissəsi “əda vaxtı”na (namazın öz vaxtına) düşərsə, “əda niyyəti” etmək düzgündür? Əgər bu hissənin namaz vaxtına düşüb-düşməməsinə şəkk edilərsə, vəzifə nədir?

      Cavab:
      Namazın bir rəkətinin namaz vaxtına düşməsi, namazın əda hesab olunması üçün kifayət edir. Ən azı bir rəkət üçün vaxt qalıb-qalmadığına şəkk edildiyi təqdirdə isə, namaz “ma fiz-zimmə”[2] niyyəti ilə qılınsın.

     

    • Sual 350: 
      İran İslam Respublikasının xaricdəki səfirlikləri və konsulluqları paytaxtların və böyük şəhərlərin şəri vaxtlarını müəyyən etmək üçün şəri vaxt cədvəlləri hazırlayırlar. Sualım budur ki, bu cədvəllərə nə dərəcədə etimad etmək olar?

      Cavab:
      Namaz vaxtının daxil olduğunun dəqiqləşməsində meyar, mükəlləfdə əminliyin hasil olmasıdır. Əgər bu cədvəllərin həqiqətə müvafiq olduğuna mükəlləfdə əminlik hasil olmazsa, o, ehtiyat etməli və şəri vaxtın daxil olduğuna yəqin edənədək səbir etməlidir.

     

    • Sual 351: 
      “Sadiq fəcr” və “kazib fəcr” barəsində sizin nəzəriniz nədir? Namaz qılan şəxsin bu barədə vəzifəsi nədir?

      Cavab:
      Namaz və oruc vaxtı barəsində şəri meyar, “sadiq fəcr”dir və bunun dəqiqləşməsi mükəlləfin təyininə həvalə olunur.

     

    • Sual 352: 
      İkinövbəli orta məktəblərin birində məktəbin rəhbərliyi zöhr və əsrin camaat namazını günorta saat ikidə, yəni ikinci növbənin dərsləri başlamamışdan bir qədər əvvəl təşkil edir. Namazı namaz vaxtının əvvəlindən təxirə salmalarının səbəbi budur ki, səhər növbəsinin dərsləri şəri zöhr vaxtından qırx beş dəqiqə qabaq bitir və şagirdləri şəri zöhr vaxtına qədər gözlətdirmək çətindir. Namazı namaz vaxtının əvvəlində qılmağın əhəmiyyətini nəzərə alaraq, bu barədə öz nəzərinizi bildirin.

      Cavab:
      Namaz qılanlar camaat namazında iştirak edə bilsinlər deyə, camaat namazını bir qədər gec təşkil etməyin – məsulların və şagirdlərin məktəbdə olmadıqları nəzərə alınaraq – maneəsi yoxdur.

     

    • Sual 353:
      Zöhr namazı zöhr azanından sonra və əsr namazı əsr namazının vaxtı daxil olduqdan sonra qılınmalıdırmı? Həmçinin məğrib və işa namazlarının hər biri öz vaxtında qılınmalıdırmı?

      Cavab:
      İki namazın müştərək vaxtı daxil olduqdan sonra mükəlləf iki namazı bir-birinin ardınca, yaxud hər namazı özünün fəzilətli vaxtında qıla bilər.

     

    • Sual 354: 
      Günümüzdə saatdan geniş istifadə edildiyinə görə fəcrin doğduğuna (sübh azanının vaxtı olduğuna) yəqin etmək mümkündür. Aylı gecələrdə sübh namazını qılmaq üçün on beş-iyirmi dəqiqə gözləmək lazımdırmı?

      Cavab:
      Fəcrin doğması – yəni sübh namazının vaxtının olması və oruc tutmaq üçün imsak etməyin vacib olması baxımından aylı gecələr və qeyri gecələr arasında fərq yoxdur. Baxmayaraq ki, bu xüsusda ehtiyat etmək yaxşıdır.

     

    • Sual 355:
      Üfüqləri fərqli olduğuna görə bölgələrin şəri vaxtları arasında yaranan vaxt fərqi sübh, zöhr və məğrib namazlarının vaxtlarında eyni ölçüdə olurmu? Yəni əgər iki bölgənin zöhr vaxtı arasında iyirmi beş dəqiqə fərq vardırsa, başqa namazların vaxtlarında da fərq vardırmı və eyni ölçüdədirmi (yəni vaxt fərqi iyirmi beş dəqiqədirmi)? Yoxsa bu ölçü, sübh və məğrib namazlarının vaxtlarında fərqlidir?
      Cavab:
      ​İki bölgənin sübh, yaxud zöhr, yaxud da məğrib vaxtı arasındakı vaxt fərqinin olması, bu vaxt fərqinin digər şəri vaxtlarda eyni ölçüdə olması zərurətini yaratmır. Əksinə, şəhərlərin sübh, zöhr və məğrib vaxtları arasındakı fərq, adətən, müxtəlif olur.

     

    • Sual 356:
      Əhli-sünnə məğrib namazını “şəri məğrib”dən qabaq qılır. Həcc günlərində və qeyri vaxtlarda onlara iqtida edə və həmin namazla kifayətlənə bilərikmi?
    • Məlum deyildir ki, onlar vaxt daxil olmamışdan qabaq namaz qılırlar. Vəhdəti qorumaq və fitnədən qorunmaq üçün onların camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma namazı öz vaxtında qılmaq zəruridir, əlbəttə, əgər vaxtın özü təqiyyə hallarından olarsa, istisna təşkil edəcək.Cavab:

     

    • Sual 357: 
      Norveçdə və Danimarkada yay fəslində Günəş sübh saat 4-də doğur və gecə saat 11-də qürub edir. “Humrətul-məşriqiyyənin getməsi”nə[3] və “beynut-tulueyn”ə[4]riayət etdikdə təxminən 22 saat oruc tutmaq lazımdır. Namaz və oruc barəsində mənim vəzifəm nədir?

      Cavab:
      Gündəlik namazların vaxtı, həmçinin oruc barəsində mükəlləf öz yaşadığı yerin üfüqünə riayət etməlidir. Amma əgər gündüz uzun olduğuna görə oruc tutmağa gücü çatmazsa və ya oruc tutmağın böyük çətinliyi olarsa, orucu öz vaxtında tutmaq vəzifəsi mükəlləfin üzərindən götürülür və orucun qəzası ona vacib olur.

     

    • Sual 358: 
      Günəşin işığı Yerə təxminən yeddi dəqiqəyə çatır. Sübn namazının vaxtının başa çatmasında meyar, Günəşin doğmasıdırmı, yoxsa Günəşin işığının Yerə çatması?

      Cavab:
      Meyar, Günəşin doğması və namaz qılan şəxsin öz yaşadığı yerdə Günəşi görməsidir.

     

    • Sual 359: 
      İnformasiya vasitələri hər günün şəri vaxtlarını öncəki gün elan edirlər. Bu məlumata etimad etmək və radio və televiziyadan azan yayımlandıqdan sonra namaz vaxtının daxil olduğuna hökm etmək olarmı?

      Cavab:
      Əgər sözügedən vasitə ilə namaz vaxtının daxil olduğuna mükəlləfdə yəqinlik hasil olarsa, bu məlumata etimad edə bilər.

     

    • Sual 360: 
      Azan deyilməyə başladıqda namaz vaxtı başlanırmı? Yoxsa azanın tamamlanmasını gözləmək, sonra namaz qılmaq lazımdır? Oruc tutmuş şəxs azan deyilməyə başladıqda iftar edə bilərmi, yoxsa azanın tamamlanmasını gözləməlidir?

      Cavab:
      Əgər yəqinlik hasil olsa ki, azan namaz vaxtı daxil olduqda verilməyə başlamışdır, azanın tamamlanmasını gözləmək lazım deyildir.

     

    • Sual 361: 
      İkinci namazı birincidən qabaq, məsələn, işa namazını məğrib namazından qabaq qılan şəxsin namazı düzgündürmü?

      Cavab:
      Əgər səhvən və ya unutqanlıq üzündən ikinci namazı birinci namazdan qabaq qılarsa və namaz tamamlandıqdan sonra bunu başa düşərsə, onun namazı düzgündür. Amma əgər bilərəkdən olarsa, namaz düzgün deyildir.

     

    • Sual 362: 
      Əvvəla salam. Mübarək ramazan ayına az qalır. Şəhərlərin genişləndiyini və fəcrin doğduğu anı dəqiqliklə müəyyən etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq, xahiş edirəm ki, oruc üçün imsak etmək və sübh namazını qılmağın vaxtı barəsində öz nəzərinizi bildirəsiniz.

      Cavab:
      Yaxşı olar ki, hörmətli möminlər (Allah onlara kömək olsun) oruc üçün imsak etmək və sübh namazını qılmağın vaxtı barəsində ehtiyata riayət etmək məqsədilə, kütləvi informasiya vasitələrində azan deyilməyə başlayanda oruc üçün imsak etsinlər, amma azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazını qılsınlar.

     

    • Sual 363: 
      Əsr namazının vaxtı məğrib azanına qədərdir, yoxsa Günəşin qürub etdiyi vaxta qədərdir? İşa namazı, həmçinin minada gecələmək üçün “şəri gecə yarısı” hansı vaxtdır?

      Cavab:
      Əsr namazının vaxtı Günəşin qürubuna qədərdir. Gecə yarısını hesablamaq üçün gecə, “qürub”un əvvəlindən “fəcr doğana” qədər (sübh namazının şəri vaxtı daxil olanadək) hesab edilir.

     

    • Sual 364:
      Əgər bir şəxs əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşsə, vəzifəsi nədir?
      Cavab:
      Əgər o, zöhr namazını qıldığını düşünüb, əsr namazının niyyətilə namaza başlayıbsa və namaz əsnasında zöhr namazını qılmadığını başa düşübsə, zöhr və əsr namazlarının müştərək vaxtı olduğu təqdirdə, o öz niyyətini dərhal zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Daha sonra əsr namazını qılmalıdır.
       qarşıya çıxarsa, ehtiyat-vacibə görə, niyyəti zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Amma sonra hər iki nama

     

    • zı (zöhr və əsr namazlarını) ardıcıllıqla qılmalıdır.[5]Əgər bu hal zöhr namazının “xüsusi vaxtı”nda
    • Bu hökm məğrib və işa namazlarına da aiddir, amma bu şərtlə ki, mükəlləf hələ dördüncü rəkətin rükusuna getməmişdir. Əgər o, dördüncü rəkətin rükusuna getmiş olsa, ehtiyata görə, namazı tamamlamalı, sonra isə məğrib və işa namazlarını ardıcıllıqla qılmalıdır.

     


  • Məmum – namazda imam-camaata iqtida edən şəxsə deyilir
  •  Mükə+lləfin boynunda olan vəzifədir, baxmayaraq ki, mükəlləf bu vəzifənin nədən ibarət olduğunu bilmir.
  • Humrətul-məşriqiyyə - günəş doğmamışdan qabaq və qürub zamanı şərq tərəfdə üfüqdə yaranan qırmızılığa deyilir.
  •  Beynut-tulueyn – sadiq fəcrin doğması ilə günəşin doğması arasındakı zaman fasiləsidir.
    Zöhr namazının xüsusi vaxtı şəri zöhrün əvvəlindən zöhr namazını – müsafir olmayan şəxs üçün dörd rəkət, müsafir olan şəxs üçün isə iki rəkət – qılmaq ölçüsündə olan vaxtı əhatə edir.
  •