Şəhidlərdəki şəhadət zəminələri tanınsın Plakat

Şəhidlərdəki şəhadət zəminələri tanınsın

(Şəhidlərdəki) Şəhadət zəminələri tanınsın. (İnqilabın əvvəlində) İlk İnqilab qığılcımı yaradan şəhid Qazi Təbatəbai kimilərinin şəhadət zəminəsi bilinsin. O, ilk addımı atdı, xalqı məscidə dəvət etdi, sonra hadisələr baş verdi.
Şəhidlərdə olan mənəvi dəyərlər nəsillərə ötürülməlidir Plakat

Şəhidlərdə olan mənəvi dəyərlər nəsillərə ötürülməlidir

Şücaət ancaq döyüşməkdə deyil, nəfsə qələbə şücaəti, danışmaq şücaəti, susmaq şücaəti, özünü saxlamaqda olan şücaət, irəli getmək şücaəti– bütün bunlar mühümdür. Bu səhnələri yaxından görənlər, tanıyanlar var. (Bu dəyərlərin ötürülməsindən ötrü) Onlardan istifadə edilməlidir. ​
Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin Plakat

Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin

Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Yəni şəhidlərin xatırlanması sadəcə anım mərasimi deyil. Yəni şəhid Bakiri kimilərini meydana aparan təqva, fədakarlıq, şücaət, parlaq vücud gövhəri nümayiş etdirilsin, gələcəyə ötürülsün, gənc nəsilə nümunə olsun.
Şəhadət ruhiyyəli Azərbaycan (Təbriz) Plakat

Şəhadət ruhiyyəli Azərbaycan (Təbriz)

Əzəmətli İmamın və İran xalqının hərəkatının başlanğıcından şəhadət rəftarı, şəhadət ahəngi Azərbaycanda başlayıb və bu günə qədər davam edir. ​
Milli kimliyi qorumaq hər toplum üçün zəruridir Plakat

Milli kimliyi qorumaq hər toplum üçün zəruridir

Bu "Allahı unutduqlarına görə, Allah da onları özlərinə unutdurdu" ayəsinə əsasən, özünə, kimliyinə, xüsusiyyətlərinə diqqət etmək hər bir şəxs üçün, hər millət üçün, hər bir toplum üçün zəruri bir işdir. ​
Xalq milli kimliyini unutsa, zərbə yeyəcək Plakat

Xalq milli kimliyini unutsa, zərbə yeyəcək

Vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır.(İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq. ​
Şəhidlərin parlaq inciləri gənc nəsilə ötürülməlidir Plakat

Şəhidlərin parlaq inciləri gənc nəsilə ötürülməlidir

Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Şəhidlərin varlığının parlaq inciləri gənc nəsilə ötürülməli və örnək olmalıdır. ​
Allah yolunda qorxusuz Mətndən çıxarış

Allah yolunda qorxusuz

Hacı Qasim yüz dəfə şəhidliklə üz-üzə gəlib və bu onun üçün birinci dəfə deyildi. Amma Allah yolunda olmaqdan, vəzifəsini yerinə yetirməkdən, Allah yolunda cihad etməkdən və ümumiyyətlə, heç bir şeydən qorxusu yox idi.​
(Nəfslə olan) Böyük cihadın qalibi Mətndən çıxarış

(Nəfslə olan) Böyük cihadın qalibi

Allah yolunda cihad etmək batini mübarizə deməkdir. (İnsandan) Xaricdə baş verən hər bir cihad əslində batini cihada əsaslanır.​
Şücaətli, ixlaslı və tədbirli Mətndən çıxarış

Şücaətli, ixlaslı və tədbirli

Şəhid Süleymani həm şücaətli, həm də tədbirli idi. Təkcə şücaət məsələsi deyildi, bəzi insanlarda şücaət var, amma bu şücaətdən istifadə edəcək tədbir və müdriklik yoxdur. Bəzilərinin idarəçilik qabiliyyəti var, amma əməl əhli deyillər və o işi görməyə ürəkləri yoxdur.