SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin şəhadətə çatması münasibətilə mesaj Mesaj

SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin şəhadətə çatması münasibətilə mesaj

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın rəşadətli generalı SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin qəsbkar və mənfur sionist rejimin əli ilə şəhid olması münasibətilə belə vurğuladı:" Allahın izni ilə, onları bu və bu kimi cinayətləri törətdiklərinə peşman edəcəyik".
Qədr gecələrinə daxil olmağa hazırlıq Plakat

Qədr gecələrinə daxil olmağa hazırlıq

Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
Ramazan ayının zirvəsi olan Qədr gecələri Plakat

Ramazan ayının zirvəsi olan Qədr gecələri

Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​
Qədr gecəsinin ən gözəl əməli Plakat

Qədr gecəsinin ən gözəl əməli

Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşünün foto görüntüləri Fotolar

Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşünün foto görüntüləri

Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşü Xəbər

Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşü

Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Qəzzadakı hadisə iki tərəfdən pik həddədir Plakat

Qəzzadakı hadisə iki tərəfdən pik həddədir

Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü.​
ABŞ məntəqəni tərk etməyə məcburdur Plakat

ABŞ məntəqəni tərk etməyə məcburdur

Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar.​
Sionistlər Qəzzadan çıxsada, çıxmasa da məğlubdur Plakat

Sionistlər Qəzzadan çıxsada, çıxmasa da məğlubdur

Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da.​
Plakat

"Xalqın iştirakı ilə istehsalatın sıçrayışı"

Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur.​