Sionist rejimin cinayətlərinə göz yuman və onlara dostluq əli uzadan Qərbi Asiya dövlətlərinin xaqları o dövlətlərin əleyhinə qalxacaqdır. Bu gün region xalqları sionist rejimə qarışdırsa, gələcəkdə bu xalqlar öz dövlətlərinə qarşı olacaqlar.
Bəziləri elə düşünürlər ki, gedib ətraf ölkələri sionist rejimlə əlaqələri adiləşdirməyə vadar etməklə problem həll olacaqdır. Lakin səhv edirlər. Fələstin Fələstin xalqına qaytarılmayınca Qərbi Asiya problemi həll olan deyildir.
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.
Qəzza məsələsi bu gün dünyanın birinci məsələsidir. Sionistlər və himayədarları olan Amerika və Avropa Qəzza məsələsini ictimai rəyin gündəmindən çıxarmaq üçün hər nə edirlərsə, nail ola bilmirlər. (Bunun üçün) ABŞ və Avropa universitetlərinə nəzər salın.
Fələstin aralarında müsəlman, xristian və yəhudi olmaqla Fələstin xalqının özünə aiddir. Fələstini onların özlərinə qaytarsınlar. Sionistləri ölkədən çıxarmaq və yaxud da saxlamaq qərarını onlar özləri versinlər. Bu bizim BMT-də qeyd olunan həll yolumuzdur.
Şəhid Mütəhhərinin şəhadət ildönümü və eləcə də Milli Müəllimlər Günü münasibətilə 01.05.2024 tarixində ölkənin hər yerindən gələn bir qrup müəllim və mədəniyyət işçiləri İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşüb.
Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.