Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb.
Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir.
Seyid Əli Xamenei
21.03.2023
Peyğəmbərin hökumət əxlaqı belə idi: düşmənin vəsvəsələri qarşısında ayıq-sayıq, möminlər qarşısında isə təvazökar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
12.05.2000
Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir.
Seyid Əli Xamenei
27.09.1991
"Fələstin referendumu" kitabı İran İslam Respublikasının Fələstin məsələsini həll etmə planı ilə bağlı Həzrət Ayətullah Xameneinin çıxışlarını özündə əks etdirir və Bağdad Beynəlxalq Sərgisində təqdimat mərasimi keçirilib. Bu planda sionist rejimin yaranmasından əvvəl Fələstində yaşayan bütün əsas sakinlərdən, bütün dinlərdən və etnik qruplardan, əksəriyyətin rəyini nəzərə alaraq xalq tərəfindən arzuolunan siyasi sistemin formalaşması üçün iştirak gözlənilir.
"Fələstin referendumu" kitabı İran İslam Respublikasının Fələstin məsələsini həll etmə planı ilə bağlı Həzrət Ayətullah Xameneinin çıxışlarını özündə əks etdirir və Bağdad Beynəlxalq Sərgisində təqdimat mərasimi keçirilib. Bu planda sionist rejimin yaranmasından əvvəl Fələstində yaşayan bütün əsas sakinlərdən, bütün dinlərdən və etnik qruplardan, əksəriyyətin rəyini nəzərə alaraq xalq tərəfindən arzuolunan siyasi sistemin formalaşması üçün iştirak gözlənilir.
Peyğəmbərin Allaha bəndəliyinin əsas sirri budur: heç bir qüdrəti Allahın qarşısında hesaba almamaq, ondan qorxmamaq, başqalarının istəklərinə görə Allah yolunu tərk etməmək.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
27.09.1991
Evliliyin əsas bünövrəsi qız və oğlanın bir-biriləri ilə yola getməsidir. Bir-biriləri ilə dil tapmalıdırlar. Bu "Bir-biriləri ilə dil tapmalıdırlar" cümləsinin çox dərin bir mənası vardır. Bunu əsas götürün ki, Allah-təala da öz bərəkətlərini sizlərə şamil etsin, inşallah.
Seyid Əli Xamenei
11.07.1991
Həzrət Peyğəmbərin (s) misilsiz həyatı və şəxsiyyəti İslam tarixinin bütün dövrləri üçün daimi bir dərs və örnəkdir. Quran bu barədə buyurur: "Allahın Rəsulunda sizlər üçün gözəl nümunələr var". Onun bu mübarizliyi sayəsində İslam təlimləri bütün tarix boyu yayılmışdır. Bu təlimlər yalnız müsəlmanlara aid deyil, bütün bəşəriyyət İslamın təlimlərinin yayılmasından faydalanır.
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
İslam Peyğəmbəri bütün yaxşılıqların müəllimi, ədalətin, insanlığın, mərifətin, qardaşlığın müəllimi, həmçinin bəşəriyyətin tarixin sonuna qədər davamlı tərəqqi, təkamül və inkişafının müəllimi idi.
Həzrət Ayətullah Əl-Üzma Xamenei yaxın günlərdə verilən bir istifta (sual) əsasında möminlərin xümsünün bir hissəsini Qəzzanın məzlum xalqına ayırmasına icazə verdi. KHAMENEI.IR mediası verilmiş sual və Rəhbərin cavabını belə dərc edib:
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei höccətülislam vəl-müslimin Ramazanini bir daha Əhli-beyt (ə) Ümumdünya Cəmiyyətinin baş katibi vəzifəsinə təyin etdi.
Həzrət Ayətullah Xamenei höccətülislam vəl-müslimin Şəhriyarinin İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Cəmiyyətinin baş katibi kimi fəaliyyətinin davam etdirilməsinə razılıq verdi.
KHAMENEI.IR xəbər portalı bu yazıda İnqilab Rəhbərinin çıxışlarına əsasən hər kəs üçün örnək ola biləcək Həzrət Rəsulullahın həyatının ən mühüm başlıqlarını nəzərdən keçirib.
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
Məhz bu, Həzrət Məhdi (ə) haqqında müxaliflərin irəli sürdüyü və daim təkrarladıqları yeganə etirazdır. Lakin Qurani-Kərim bu ağlabatan olmamaq şübhəsini açıq-aşkar aradan qaldırır.
Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq.
İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir.
Həmrəzmane- Hüseyn, səh 333
Ölkəmizin iftixarlı gənclərdən ibarət voleybol komandasının dünya çempionluğunu qazanması münasibətilə Həzrət Ayətullah Xamenei bir mesajında İran xalqının övladlarına təşəkkür etdi.
13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
Amerikanın əleyhinə şüar verməyin, çünki onlar əsəbiləşirlər - deyənlər səthi baxışa malikdirlər. "Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələlərinizi həll etmirsiniz?"- deyənlərin də təhlilləri səthidir. Məsələnin mahiyyəti bu deyil, onların istəyi İranın Amerikaya tabe olmasıdır.
Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir.
Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
Biz bir müharibəyə məruz qaldıq. İran xalqı da bütün qüdrəti ilə müqavimət göstərdi və dünyanın diqqətini özünə cəlb etdi. İran dünya xalqlarının nəzərində xüsusi bir əzəmət qazandı.
Sionistlərin niyyəti Nil çayından Fərata qədər olan əraziləri ələ keçirməkdir. Lakin onların strategiyası əvvəlcə hiylə ilə yerlərini möhkəmlətmək, sonra isə insan qətli və zorakılıqla bacardıqları qədər irəliləməkdir.
Tərəfdarlar, şiələr, müxaliflər, ona etiqadı olmayanlar – bunların hamısı İmam Həsən Əskərinin (əleyhissalam) fəzilətinə, elminə, təqvasına, habelə paklığına, ismətinə, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısındakı səbri və möhkəmliyinə şahidlik edib etiraf etdilər. Bu böyük insan, bu möhtəşəm şəxsiyyət şəhid olduqda cəmi iyirmi səkkiz yaşı var idi, beləliklə bu, nümunə olur.
Seyid Əli Xamenei
29.02.2012
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur.
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Sionistlər istər siyasi, istərsə də hərbi cəhətdən ciddi müqavimətlə üzləşən kimi dayanırlar və hiylə yoluna əl atırlar ki, bir addım irəli gedə bilsinlər. Bir addım irəlilədikdən sonra isə yenidən eyni zorakılığı tətbiq edirlər.
Tövbə surəsinin 128-ci ayəsinin ilk iki cümləsi, yəni "Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir..." bütün bəşər övladına aiddir, necə ki, başqa bir ayədə də buyurulur: "Ey insanlar! Mən sizin hamınıza tərəf göndərilən Allahın elçisiyəm". Yəni bütün bəşər Peyğəmbərin müxatəbidir.
Allah Rəsulunun vəfat etdiyi andan 260-cı (qəməri) ilə qədər imamlar orta, uzun və bəzən də qısamüddətli bir zamanda İlahi hökumət qurmağa çalışdılar. Məsələn, bizim nəzərimizcə, İmam Həsənin (ə) dövründə İslam hökumətinin qurulması cəhdi qısamüddətli bir zaman üçün nəzərdə tutulmuşdu.