13/06/2025
Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.
13/06/2025
Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq. İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq.
13/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə Əziz və böyük millətimizə salamımı çatdırıram. Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm. Ümid edirik ki, inşallah, Allah-təala onların məqamını yüksəltsin və pak ruhlarını öz xüsusi mərhəmətinə şamil etsin. Lakin əziz millətimizlə bölüşmək istədiyim məsələ budur ki, sionist rejim böyük bir səhvə yol verdi, qələt etdi və bunun nəticələri, Allahın izni ilə, onları aciz duruma salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq, ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir və ölkə rəsmiləri, xalqın bütün təbəqələri onların arxasındadır. Bu gün ölkənin bütün siyasi cərəyanları və müxtəlif təbəqələri oxşar mövqedən çıxış etdilər. Hamı dərk edir ki, bu xəbis kimliyə malik olan rəzil və terrorist sionistə qarşı qüdrətlə hərəkət etmək lazımdır. Qüdrətlə hərəkət edilməlidir və inşallah, belə də olacaq. Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Biz onlara bu böyük cinayətdən sonra salamat çıxmağa imkan verməyəcəyik. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis düşmənə ağır zərbələr endirəcək. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq. Əziz xalqımız bu məsələni bilməli, əmin və xatircəm olmalıdır ki, bu sahədə heç bir səhlənkarlığa yol verilməyəcək. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.   Seyid Əli Xamenei 13.06.2025
13/06/2025
Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar.
13/06/2025
İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli, Allahın izni ilə, onu rahat buraxmayacaq.
08/06/2025
Sionist rejim qəti İlahi hökmən əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək.
06/06/2025
Həzrət Ayətullah Xameneinin İmam Xomeyninin 36-cı ildönümündə etdiyi çıxışı. Bu çıxışda o Həzrət sionist rejimin aradan getmək üzrə olduğunu vurğuladı.
05/06/2025
Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar.
02/06/2025
Xəbis sionist düşmənə ağır zərbələr
02/06/2025
Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​
20/05/2025
Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!
17/05/2025
Siz əgər müharibə aparırsınızsa, hərbçi ilə hərbçi vuruşsun. Niyə Qəzzada mülki vətəndaşları öldürürlər? Niyə evləri dağıdırlar?
15/05/2025
Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun.
14/05/2025
Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.
12/04/2025
Mən bildirmək istəyirəm ki, bu bölgədə həqiqi niyabəti qüvvə yalnız bir dənədir, o da işğalçı və fəsad törədən sionist rejimdir.
31/03/2025
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə bazar ertəsi günü 31.03.2025-ci il tarixdə Tehranda İmam Xomeyni müsəllasında Fitr bayramı namazı qılınıb.
04/02/2025
Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad bəsləməkdir. 
30/01/2025
Amerika bütün imkanlarını sionist rejimə verdi, əgər verməsəydi, sionist rejim elə ilk həftədə diz çökərdi.
30/01/2025
Dünyada Seyid Həsən Nəsrullah həddində neçə dənə böyük şəxsiyyətimiz var? O, Hizbullah sıralarından getdi. Düşmən və dost düşünürdülər ki, Hizbullah işi sona çatdı, amma bəzi hallarda Hizbullahın ruhiyyəsi daha da artdı və sionist rejim müqabilində durmağı bacardı.
01/01/2025
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
01/01/2025
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
28/12/2024
Deyirlər ki, İran regiondakı niyabəti (proksi) qüvvələrini əldən verdi, halbuki İranın niyabəti qüvvələri yoxdur. Yəməni döyüşə imanı, Hizbullah, HƏMAS və Fələstin İslami Cihadını isə əqidələri vadar edir.
26/12/2024
Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
22/12/2024
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu günündə bir qrup Əhli-Beyt (ə) məddahı 22.12.2024-cü il tarixdə bazar günü səhər saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
21/12/2024
Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
20/12/2024
Sionist rejim xam xəyalları ilə Suriya vasitəsilə Hizbullahı mühasirəyə almaq üçün özünü hazır edir, lakin kökü kəsiləcək olan elə İsrailin özüdür.
20/12/2024
Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
20/12/2024
Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir.
19/12/2024
Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar.
17/12/2024
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
17/12/2024
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
14/12/2024
Düşmənin vəhşicəsinə cinayətlərini gördüklərində müqavimət edib-etməmək haqda tərəddüd edənlər başa düşdülər ki, zülmün müqabilində sinə sipər etmədən insan öz yoluna davam edə bilməz. Bəs, müqavimət etməlidir.
04/12/2024
Axmaq sionistlər elə düşünməsinlər ki, əhalinin evini, xəstəxanaları, insanların toplaşdığı yerləri bombardman etdikləri üçün qalibdirlər, xeyr. Heç kəs bunu dünyada qələbə hesab etmir.
02/12/2024
Təkfirçi qruplar İslam dünyasının düşmənləri üçün bir müjdədir. İslam ümmətinin bütün diqqətinin Fələstin məsələsinə yönəldiyi bir vaxtda onlar sionist rejimin xəbis həqiqətinə diqqət çəkmək əvəzinə diqqəti başqa yerə yönəldirlər.
01/12/2024
Düşmən Qəzza və Livanda qələbə qazanmadı və Qəzza və Livanda qalib də gəlməyəcəkdir.
30/11/2024
Netanyahunun həbs olunma hökmü kifayət deyil. Netanyahu və sionist rejimin cinayətkar başçılarının edam hökmü çıxarılmalıdır.
28/11/2024
Sionist rejimin cinayətləri Livanda, Qəzza və Fələstində özlərinin istədiklərinin əksini yaradır. Yəni müqaviməti daha da gücləndirir, şiddətləndirir. Bu ümumi bir qaydadır və mütləq, həyata keçəcəkdir.
21/11/2024
"Yorulmaq bilməyən mücahid", şəhid Seyid Həsən Nəsrullahın İslam İnqilabının Rəhbəri ilə əvvəllər yayımlanmamış görüşlərindən bəzi məqamlar
04/11/2024
Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
04/11/2024
Ayətullah Xamenei bu gün 03.11.2024-cü il tarixdə günorta saatlarında sionist rejimin hücumuna qarşı mübarizədə şəhid olmuş İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhidlərinin ailələri ilə görüşüb.