Qəzza əhalisi öz səbirləri ilə bəşər vicadınını hərəkətə gətirdi. Hətta Qərb ölkələrində, İngiltərə, Fransa və Amerikanın müxtəlif əyalətlərində cəmiyyət kütləvi şəkildə gəlib İsrail və ABŞ dövləti əleyhinə şüar verirlər. Onların dünyadakı abırları getdi.
Sionist rejim aciz və çaşqın vəziyyətdədir. Öz xalqına da yalan danışır. Onun əsirlərlə bağlı narahatlığı da yalandır. Onların etdiyi bombardmanlar öz əsirlərini də məhv edir.
Qərb siyasətçilərinin həyasızlıqlarından biri budur ki, öz vətənlərini müdafiə edən fələstinlilərə terrorist deyirlər. İkinci Dünya müharibəsində almanlar gəlib Parisi aldılar. Almanlarla mübarizə aparan fransızlar terrorist idilər?!
İslam dövlətləri cinayətlərin dərhal dayandırılmasına təkid etməli və sionist rejimə neft ixracının yolunu bağlamalıdır və bu rejimlə iqtisadi əməkdaşlığı kəsməlidir. Bütün beynəlxalq yığıncaqlarda bu cinayəti yüksək səslə məhkum edin.
İslam dünyası unutmasın ki, İslam və məzlum Fələstin müqabilində dayanan Amerika, Fransa və İngiltərə idi. Təkcə Sionist rejim deyil. (İslam dünyası) Bunu dərk etsin və öz müamilə və mübadilələrində bunları nəzərə alsınlar.
Amerikalıların və Qərb ölkələrinin öz evini və vətənini müdafiə edənləri terrorist adlandırıqlarını görən müsəlman dövlətləri bunları təkrar etməməlidirlər. Terrorist, Fələstini işğal edən həmin qondarma dövlətin özüdür.
Qəzza məsələsi bir tərəfdən məzlumiyyət, digər tərəfdən isə iqtidar məsələsidir. Qəzza xalqının səbri və təvəkkülü nəticədə onları meydanın qalibi edəcəkdir.
Amerika Qəzzada sionist rejimin cinayətində qəti şəkildə şərikdir. Amerikanın əli məzlum fələstinli uşaqların qanına boyanıb. Əslində, Qəzzada baş verən bu cinayəti Amerika idarə edir.
Bu gün Fələstin xalqı düşmənə qarşı İslam naminə vuruşur və bu mübarizə düşmənin sütunlarını lərzəyə gətirib. Əgər müsəlmanlar onlara kömək etsələr, şübhəsiz, bu yol (qələbə) qısalacaq. Necə ki, bu, Quranda buyurulan hamı üçün vacib bir məsələdir. Müsəlmanlar kömək etməsələr belə, Fələstin xalqı axıra qədər müqavimət göstərsə, yenə də qalib gələcək.
Sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir.
Qəzzada bombardmanlar dərhal dayandırılmalıdır. Qəzzada baş verənlərə təkcə İslam ölkələrində deyil, Amerikada, Hollandiyada, Fransada və s. müsəlman və qeyri-müsəlmanlar qəzəblidirlər.
Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar.
Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır.
İndi sionist rejim üçün şərait 70 il bundan qabaqkına nisbətən dəyişib və sionist başçılarının haqqı vardır ki, bu rejimin 80 illiyini görməyəcəklərinə görə nigaran olsunlar.
Qəzzanın axırıncı döyüşündə İslami Cihadın qələbəsini təbrik edirəm. Sionist rejimin şəraiti 70 il bundan əvvəl ilə müqayisədə çox fərqlidir və düşmən bu gün passiv vəziyyətdədir. Fələstin müqavimət qrupları yolu düzgün tanıdılar və bu yolda tədbirlə irəliləyirlər.
İslami Cihad və digər Fələstin müqavimət qrupları sionist rejimlə mübarizənin əsas açarını tapıblar. İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücü sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir.