(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
Yəmən milləti və Ənsarullah hökumətinin Qəzza əhalisini dəstəkləmək məqsədilə gördükləri iş böyük bir iş idi. Yəmənlilər sionist rejimin həyati əhəmiyyət daşıyan yoluna zərbə vurdular. Amerika təhdid etdi, lakin Amerikadan qorxmadılar. İnsan Allahdan qorxduqda daha Allahdan qeyrisindən qorxmur.
Dünya əhalisi Qəzza və Fələstin xalqı haqda iki məsələni bir-birinin kənarında olaraq qəbul edilər: biri onların məzlum, digəri isə qalib olmalarıdır. Bu gün dünyada sionistlərin Qəzza müharibəsində qalib olduqlarını təsəvvür edəcək bir nəfər belə yoxdur, əksinə, hər kəs deyir ki, (qəsbkar rejim) məğlub olub.
İmam Xomeyninin vəfatından sonra onun bir çox arzuları həyata keçdi; ölkənin özünəinamı və öz imkanları ilə kifayətlənməsi, ölkənin elmi və texnoloji tərəqqisi, siyasi inkişafı, İslam Respublikasının nüfuzunun Qərbi Asiya və Şimali Afrikanın geniş məntəqəsində vüsət tapması. Bu arzuların bir çoxu həyata keçib və başqa bir çox arzuları da Allahın izni ilə həyata keçəcəkdir.
Qüds Gününü müsəlmanlar canlı saxlamalıdırlar. Mən İsrailin hərislikləri haqda xəbərdarlıq etdim ki, belə deyil ki, o, qəsb etdiyi torpaqlarla kifayətlənsin. Gördünüz ki, Qüdsdə öz paytaxtını elan etdi.
Bu arzuların bir çoxu həyata keçib və Allahın izni ilə başqa bir çox arzuları da həyata keçəcəkdir. Alicənab İmam Xomeynimizin İslam Respublikası günbəgün daha çox yüksəliş və əzəmət əldə edəcəkdir.
Sionist rejimin cinayətləri tarixə düşdü. Sionist rejim Allahın lütfü ilə məhv edildikdən sonra da bu cinayətlər unudulmayacaq. (Sonradan) Kitablarda yazacaqlar ki, belə (vəhşi) insanlar bir neçə həftə ərzində neçə min uşaq və qadını öldürüblər.
Təqribən yüz günə yaxındır Fələstin müqaviməti hələ də canlı, təravətli, hazırlıqlı və sionist rejim isə yorğun, alçalmış, peşman və batil cinayətkar dağı onun alnına vurulub.
Qəzza məsələsindəki proqnozlar özünü doğrultmaqdadır. Təqribən yüz günə yaxındır ki, sionist rejim uğursuzluğa düçar oldu və öz hədəflərinə çatmadı: nə HƏMAS-ı məhv edə bildilər, nə Qəzza əhalisini başqa bir yerə köçürə bildilər, nə də müqavimətin fəaliyyətlərinin qarşısını ala bildilər.
Böyük hadisələrdə xalqın böyük rola sahib olma gücünü unutmamalıyıq. Bu gün Qəzzaya diqqət yetirin. Bir qarış torpaqda olan iki milyon cəmiyyət o əzəmətdə Amerikanı və Amerikadan asılı qalmış sionist rejimi aciz edib. Xalqın meydanda hazır olmağının gücü, yəni bu.
09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə axşamı) 09.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.
Yumşaq güc, yəni zahirdə az saylı, lakin mənəvi təsirə malik bir qrupun dünyanın diqqətini özünə cəlb edə bilməsidir. Özlərini müdafiə edəcək silahları olmayan fələstinlilər səbir və müqavimətlə dünyanın diqqətini özlərinə cəlb edə bildilər. Sərt və yumşaq güc arasındakı fərq bu qədər çoxdur.
İslam dövlətlərinin israrla üzərində dayanmalı olduqları məsələ sionistlərin Qəzzada törətdiyi cinayətlərin dərhal dayandırılmasıdır. Sionist rejimə neft və ərzaq ixracının yolunu bağlasınlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməsinlər.
Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Sionistlərin Qəzzada bacarıqsızlığı Amerika və Qərb ölkələrinin də bacarıqsızlığıdır. Dünya hazırda müşahidə edir ki, geniş imkanlara, avadanlıqlara və hərbi inkişafa sahib bir rejim Amerika və Qərb ölkələrinin dəstəyinə baxmayaraq, bu imkanların heç birinə sahib olmayan öz müqabil tərəfinə qalib gələ bilmədi.
Sionistlər əvvəldən dedilər ki, bizim hədəfimiz HƏMAS-ı məhv etməkdir, lakin qırx gün keçməsinə baxmayaraq, bu işi yerinə yetirə bilmədilər və gələcəkdə də edə bilməyəcəklər. Xəstəxanalara və insanların evlərinə girmək qələbə deyildir.
Əgər siz idmançılara bu son hadisələrin nəticəsini təqdim etmək istəsəm, deyəcəyim cümlə bundan ibarətdir: "Sionist rejim Əqsa fırtınasında texniki bir zərbə aldı". HƏMAS çoxlu imkanlara malik bir dövlət və ölkə olaraq deyil, əksinə, bir mübariz qrup ünvanında o qədər imkanlara sahib bir qəsbkar sionist dövlətinə texniki zərbə vura bildi.
Sionist rejimin Qəzzada məğlubiyyəti bir həqiqətdir. Xəstəxanaların, qadın və uşaqların Qəzzada bombardman olunması sionist rejim başçılarının bu məğlubiyyətə görə kəskin əsəbi olduğunu göstərir.
Asiya və Paralimpiya Asiya İdman Oyunlarının qəhrəmanlarından bir qrupu bu gün 22.11.2023-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Müsəlman hökumətləri həqiqətən də, sionist rejimin cinayətlərinin sona çatmasını istəyirlərsə, bu rejimlə heç olmasa müəyyən bir müddətə qədər əlaqələrini kəssinlər. Bu onların vəzifəsidir.
Bəzi İslam dövlətləri beynəlxalq yığıncaqlarda sionist rejimi təkcə zahiri olaraq mühakimə ediblər. Bu, məqbul sayılmır. Əsas iş sionist rejimin həyati fəaliyyətini kəsməkdən və İslam dövlətlərinin bu rejimə enerji və malların çatmasının qarşısını almaqlarından ibarətdir.
Qəzza hadisələri bir çox gizli qalmış həqiqətləri dünya əhalisi üçün aşkar etdi və bu həqiqətlərdən biri Almaniyanın kansleri, Amerika və Fransanın dövlət başçılarının və həmçinin İngiltərərinin Baş nazirinin irqi ayrı-seçkiliyə dəstək verməsidir.
Sionistlər özlərininin üstün irqə sahib olduqlarını, digər bəşər üzvlərini isə aşağı səviyyəli irq hesab edirlər. Buna görə də heç bir vicdan əzabı hiss etmədən neçə min nəfər uşağı qətlə yetiriblər.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər 19.11.2023-cü il tarixdə "Aşura" Elm və Texnologiyalar Universitetində iştirak edərək SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi.
Qəzzada baş verən bütün bu qırğınlara baxmayaraq, sionist rejim indiyə qədər bu hadisənin həqiqi məğlubudur, çünki öz aradan getmiş abrını geri qaytara bilmədi və gələcəkdə də bu işi görməyə qadir olmayacaqdır.
Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərin hazırkı siyasətini, yəni həmin son həftədə sionist rejimin daxilindəki siyasətləri a
merikalılar tənzilmləyirlər. Yəni siyasət yürüdənlər onlardır və bu baş verən işlər amerikalıların siyasətidir. Amerika cinayətkarların cinayətlərində qəti şəkildə şərikdir.
Amerikalılar Qəzza cinayətlərində sionistlərlə şərikdirlər və əgər onların silah-sursat və siyasi baxımdan köməkləri olmasa, sionist rejim üçün bu işi davam etdirmək mümkün olmayacaqdır.
Amerikalılar Qəzza cinayətlərində sionistlərlə şərikdirlər və əgər onların silah-sursat və siyasi baxımdan köməkləri olmasa, sionist rejim üçün bu işi davam etdirmək mümkün olmayacaqdır.
İraq dövləti regionda bir mühüm dövlət olaraq Qəzza əhalisinin qətliamının dayandırılması üçün Amerika və qəsbkar rejimə təzyiqlərdə xüsüsi rol daşıya bilər. Həmçinin ərəb dünyası və İslam aləmində yeni bir xətt yarada bilər.
İraqın Baş naziri cənab Məhəmməd Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti bu bazar ertəsi səhər 06.11.2023 tarixdə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
İraqın Baş naziri cənab Məhəmməd Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti bu bazar ertəsi səhər 06.11.2023 tarixdə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.