Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi.
Qərbin tam dəstəyi ilə həyata keçirilən Qəzza xalqının sionist rejimin cinayət və vəhşiliklərinə qarşı tarixi səbri İslama izzət bəxş edən böyük bir hadisədir.
İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində.
Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.
Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir.
Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü.
Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar.
Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da.
Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur.
Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah.
Yəməndə, İraqda, Suriya və Livanda müqavimət qüvvələri tərəfindən göstərilən hər bir fəaliyyəti Amerika öz hesablamalarında onu İrana bağlayır. Bu səhv hesablama qəti şəkildə Amerikanı diz çökdürəcəkdir. Onlar (Fələstin) xalqını tanımırlar, bu xalqın özü düşüncə və iradə əhlidir. Əlbəttə, biz müqavimət dəstələrini dəstəkləyirik.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Amerika Qəzza məntəqəsində mümkün olan ən pis vəziyyəti seçdi. Elə bir iş gördü ki, bütün dünyada mənfur oldu və London və Paris küçələrində, Avropanın başqa ölkələrində və Amerikanın özündə də Fələstinin xeyrinə nümayiş əks etdirənlər, əslində, Amerikadan nifrət etdiklərini elan edirlər.
Fələstinin HƏMAS İslami müqavimət hərəkatının siyasi bürosunun rəisi cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün 26.03.2024-cü il tarixdə günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər
1402-ci il bütün illər kimi şirin və acılarla, arzu olunan və arzu olunmayan hadisələrlə dolu idi. Şəhid Süleymaninin il dönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistan seli, bu aylar ərzində təhlükəsizliklik məmurları və təhlükəsizliyi qoruyanların başına gələn hadisələr acı hadisələr sırasında idi və bunlardan da daha acı olan bizim beynəlxalq problemimiz olan Qəzza hadisəsi idi.
Qəzza hadisələri müqavimət cəbhəsinin haqlı yerə təşkil olunmasını göstərdi. Bu hadisələr Qərbi Asiya regionunda müqavimət cəbhəsinin olmasının ən həyati məsələlərdən biri olduğunu göstərdi. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir.
Vicdanları oyaq olan insanların sionistlərin yetmiş illik zülmünü görərək sakit oturmayıb müqavimət fikrinə düşmələri təbiidir. Müqavimət cəbhəsi Fələstin milləti və Fələstini dəstəkləyənlərə qarşı cinayətkar sionistlərin davamlı zülmü ilə mübarizə aparmaq üçün təşkil olunmuşdur.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin Novruz çıxışı 20 mart 2024-cü il çərşənbə günü İmam Xomeyni hüseyniyyəsində müxtəlif təbəqələrdən olan insanların hüzurunda keçirildi.
Bir neçə aydır ki, sionistlər Amerika və digərlərinin müxtəlif silah-sursatları, xaincəsinə və zalimanə yardımları hesabına Fələstin müqaviməti ilə döyüşürlər. Müqavimət də orada o cür qüdrət və duruş gətirməyi ilə mövcuddur və Allahın tövfiqi ilə sionistlərin burnunu yerə sürtəcəkdir.
Qəzza hadisəsində Qərb mədəniyyəti özünü tanıtdı, özünü çılpaq formada göstərdi və özünün nə qədər fasid, azğın və zalım olduğunu (bilmədən) üzə çıxardı.
Təəssüflər olsun ki, İslam dünyasında məzlum Qəzza əhalisinin düşməninə kömək edən kəslər və dövlət vardır. İnşallah, bir gün özləri də peşman olub bu xəyanətin cəzasını və gördükləri işin faydasız olduğunu görəcəklər.
Bir millət öz ölkəsində böyük bir zülmə məruz qalır; qadınları, uşaqları və evləri tam rəhimsizcəsinə məhv edilir. Amerika ,İngiltərə və bəzi Avropa ölkələri nəinki buna mane olmurlar, hətta kömək də edirlər. Biz bunlarla müxalifik.
Qərb sivilizasiyası budur. ABŞ və Qərbin qeyri-insani siyasətinin rüsvayçılığı o yerə çatıb ki, Amerika Hərbi Hava Qüvvələrinin bu zabitinin özünü yandırdığını eşitmisiniz. Yəni o mədəniyyətdə tərbiyə alan gənc üçün də ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Təbii ki, bir nəfər deyil, min nəfər özünü yandırmalı idi, amma fəsada qərq olmaq (vicdanların oyanmasına) imkan vermir. İndi (bunların içindən) kiminsə təsadüfən vicdanı oyanıb özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın, necə də zalım olduğunu ortaya qoydu.
Ramazan ayının başlaması və yeni (şəmsi) il ərəfəsində Xübrəqan Məclisinin nümayəndələri 07.03.2024-cü il tarixdə cümə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
Daim riyakar formada bəşər hüquqdan danışan Qərb sivilizasiyası bir cinayətkarın edam olunmasına qarışıdır və buna görə səs-küyləri yüksəlir. Lakin sionist rejim tərəfindən üç-dörd ay ərzində 30 min nəfərin edam olunması müqabilində sanki heç bir hadisə baş verməmiş kimi gözlərini yumurlar.
Zahiri ütülənmiş görünən Qərb siyasətçilərinin batini quduz it və qaniçən canavardır. Bu, Qərbin liberal-demokratiya sistemidir. Nə liberaldırlar, nə də demokrat. Yalan deyirlər və nifaq əsasında öz işlərini irəli aparırlar.
Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edirlər. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət göstərir. Quran bu haqda buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, tam qadirdir."
Bəzi qərblilər dildə deyirlər ki, İsrail niyə qətliam törədir? Dildə bir şey deyirlər, amma əməldə dəstək olur, silah və ehtiyac duyulan mallar verirlər.
Mütləq, İslam dünyası və azadlıqsevər qeyri-müsəlmanlar bu gün Qəzzaya görə əzadardır. Qəzza əhalisi o kəslərin zülmünə məruz qalıblar ki, onların insanlıqdan zərrə qədər payları yoxdur.