Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
Biz bir müharibəyə məruz qaldıq. İran xalqı da bütün qüdrəti ilə müqavimət göstərdi və dünyanın diqqətini özünə cəlb etdi. İran dünya xalqlarının nəzərində xüsusi bir əzəmət qazandı.
Sionistlərin niyyəti Nil çayından Fərata qədər olan əraziləri ələ keçirməkdir. Lakin onların strategiyası əvvəlcə hiylə ilə yerlərini möhkəmlətmək, sonra isə insan qətli və zorakılıqla bacardıqları qədər irəliləməkdir.
Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur.
Sionistlər istər siyasi, istərsə də hərbi cəhətdən ciddi müqavimətlə üzləşən kimi dayanırlar və hiylə yoluna əl atırlar ki, bir addım irəli gedə bilsinlər. Bir addım irəlilədikdən sonra isə yenidən eyni zorakılığı tətbiq edirlər.
Tövbə surəsinin 128-ci ayəsinin ilk iki cümləsi, yəni "Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir..." bütün bəşər övladına aiddir, necə ki, başqa bir ayədə də buyurulur: "Ey insanlar! Mən sizin hamınıza tərəf göndərilən Allahın elçisiyəm". Yəni bütün bəşər Peyğəmbərin müxatəbidir.
Allah Rəsulunun vəfat etdiyi andan 260-cı (qəməri) ilə qədər imamlar orta, uzun və bəzən də qısamüddətli bir zamanda İlahi hökumət qurmağa çalışdılar. Məsələn, bizim nəzərimizcə, İmam Həsənin (ə) dövründə İslam hökumətinin qurulması cəhdi qısamüddətli bir zaman üçün nəzərdə tutulmuşdu.
İmam Rzanın (əleyhissalam) hamımıza dərsi budur ki: Ey müsəlman! Mübarizədən yorulma. Yatma, çünki düşmən həmişə ayıqdır və müxtəlif formalarda, fərqli geyimlərdə, müxtəlif maskalarda və rəngbərəng formalarda ortaya çıxır. Gözünüz iti olsun, düşməni tanıyın, onunla mübarizə yolunu bilin və Əli ibn Musa Ər-Rza kimi əvvəldən axıradək mübarizəni davam etdirin.
Bu iki cümlə çox mühümdür: "Sizin əziyyət çəkməyiniz ona ağır gəlir" – yəni bəşərin əziyyətə düşməsi əzəmətli Peyğəmbərə ağır gəlir və o, insanların əziyyətə düşməsi ilə əziyyətə düşür, ardınca: "O, sizə qarşı qayğıkeşdir" – yəni o, sizin üçün can yandırır, sizə bağlıdır, taleyinizə həqiqi mənada maraq göstərir. Bu da bütün bəşər övladına ünvanlanmış bir xitabdır.
Quranda əzəmətli Peyğəmbərdən bəhs edən ayələr çoxdur. Bu ayələrin bəziləri indiki bəşərin vəziyyəti ilə çox aydın bir uyğunluq təşkil edir. İnsan ayəni oxuyanda görür ki, sanki elə bu gün və bu günün insanı üçün nazil olub. Bu ayələrdən biri "Tövbə" surəsinin 128-ci ayəsidir.
Amerika İrana hücum etdi və bizim cavab zərbəmiz Amerikaya qarşı olduqca həssas bir zərbə idi. İnşallah, senzuralar aradan qalxacaq və ondan sonra bəlli olacaq ki, İran nə edib
İran xalqı heç bir meydanda zəif tərəf kimi zahir olmayacaq. Çünki biz bütün lazım olan vasitələrə malikik, həm məntiqimiz var, həm də gücümüz, həm diplomatiya sahəsində, həm də hərbi sahədə.
İranın hücum etdiyi o mərkəz [Əl-Üdeyd bazası] Amerikanın bu bölgədəki son dərəcə həssas bir mərkəzi idi. Zərbə böyük bir zərbə idi, əlbəttə, Amerikaya və başqalarına bundan da böyük zərbələr endirmək mümkündür.
Əgər İslam ölkələrinin imkanları birləşsə, o zaman İslam ümməti İlahi izzətin nə demək olduğunu göstərəcək, İslamın əzəmətli sivilizasiyasını dünya ictimaiyyətinə tanıdacaq. Hədəfimiz bu olmalıdır və bu Ərbəin yürüşü bu hədəfin həyata keçirilməsi üçün təsirli bir vasitə ola bilər.
“Düşmənə qarşı bacardığınız qədər güc-qüvvə tədarük görün...”
Ərbəin yürüşü İslamın, həqiqətin və İslami müqavimət cəbhəsinin gücüdür ki, bu cür milyonluq möhtəşəm yığıncaq Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin iftixarlı zirvəsinə doğru yola çıxır və bütün dünyanın azad insanları ondan dərs almalıdır.
İslam inqilabından əvvəl İranda Amerika adı insanları qorxudurdu, əməli qarşıdurmadan isə söhbət belə gedə bilməzdi. İndi isə həmin xalq elə bir yerə çatıb ki, artıq Amerikadan qorxmur, əksinə, onu qorxudur və əli çatdığı qədər əməli baxımdan da ona qarşı hərəkət edir.
Elə ki, biz heç olmasa bəyanatlarımızda belə bir-birimizin yanında dayansaq, bu, İslam ümmətinin şəxsiyyətinə əzəmət gətirər. Harada bu birliyin nümunələrini gördüksə, hətta yalnız bədənlərin bir yerdə dayanması şəklində olsa belə, onun dünyadakı əks-sədasının İslama və müsəlmanlara şərəf və abır gətirdiyinin şahidi olduq. İmam Hüseyn Ərbəinində milyonlarla insanın bir-birinin kənarında dayanmasını gördünüz. Elə bir qisim müsəlmanların bu möhtəşəm hərəkətinin özü dünyada əks-səda doğurdu və buna ehtiram göstərildi, təqdir edildi.
Bəli, biz sionist rejimi bir xərçəng xəstəliyi kimi görürük, Amerika rejimini isə ona dəstək verdiyinə görə cinayətkar hesab edirik. Lakin biz müharibəyə üz tutmadıq, amma düşmən hücum etdiyinə görə cavabımız sarsıdıcı oldu.
Əgər biz bir yerdə olsaq, İslam ölkələri, müsəlman xalqlar – sünni və şiə, sünnilik və şiəlikdəki müxtəlif məzhəblər – bir-birinə qarşı ürəkləri saf olsa, bir-birinə qarşı sui-zənn etməsələr, bir-birinə hörmətsizlik etməsələr, görün, dünyada nə baş verəcək, İslam üçün necə bir izzət formalaşacaq! Vəhdət, vəhdət!
İmam Səccad (ə) İslam cəmiyyətində əxlaqı təlim vermək və dəyişməklə məşğul oldu. İmam Səccadın (ə) təhlilinə əsasən, İslam dünyasının əsas problemlərinin mühüm bir hissəsi xalqın əxlaqının tənəzzülə uğraması və zay olub aradan getməsi idi.
Əgər camaat İslam əxlaqına sahib olsaydılar, Yezid, İbn Ziyad, Ömər Səd və başqaları o faciəni törədə bilməzdilər... Hakimiyyətlər istər fasiq olsunlar, istər dinsiz və zalım – xalqı belə böyük bir faciəni törətməyə, yəni Peyğəmbərin (s) oğlunu və Fatimeyi-Zəhranın (əleyhassalam) övladını öldürməyə vadar edə bilməzdilər.
İmam Səccad (ə) barəsində yaradılmış o susqun, başıaşağı, məzlum və passiv obraz tamamilə həqiqətə ziddir. İmam Səccadın (ə) həqiqi siması mübariz, qəhrəman, yorulmaz və (zülmlə) barışmaz bir simadır. O, tam tədbirlə, tam dəqiqliklə yolları tanıyır, onları seçir və hədəflərə doğru bu yollarla irəliləyir, özü isə (bu yolda) yorulmur, amma düşməni yorur.
İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi.
Sionist rejimin son hücumu nəticəsində şəhid olmuş hərbi komandirlərimizin, alimlərimizin və əziz xalqımızın yaxınlarına başsağlığı verməyi özümə lazım bilirəm.
Dünya hegemonlarının, başda isə cinayətkar Amerika rejiminin əleyhinə olduğu əsas məsələ İran xalqının dini və elmi qüdrətidir.Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.
Sionist rejimin İrana qarşı başlatdığı on iki günlük təcavüzkar xarakterli müharibədə İran xalqı böyük qürur və iftixar qazandı ki, dünya xalqları da buna etiraf edirlər. İran milləti bu savaşda öz gücünü, əzmini, iradəsini, müqavimətini və üstün mövqeyini bütün dünyaya nümayiş etdirdi.
İran İslam Respublikasının quruluşunda din və elm iki əsas təməl ünsürdür. Məhz bu səbəbdəndir ki, xalqın dini inancı və gənclərimizin elmi biliyi müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur edə bildi. Bundan sonra da bu belə olacaq.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
Rza şah təkcə bir xarici səfər etdi və o səfər də Atatürk zamanı Türkiyəyə səfər idi. Orada hicabsız qadınları gətirib ona göstərdilər. Hicabsızlıq ideyasını onun zehninə yerləşdirdilər və sonra da ətrafında olanlar dedilər ki, sivilizasiya və bu kimi işlər Atatürkün gördüyü həmin işlərdir və o zamandan bunun fikrinə düşərək, bu işin müqəddimələrinə başladı. Sonra 1935-ci ildə bu iş artıq icbari oldu.
Gövhərşad Məscidi hadisəsinin əsas mövzusu mərhum Hacı Ağa Hüseyn Qumidir. O, Allah yolunda qorxmaz, hazırlıqlı və bütün təhlükələri gözə alan bir mücahid ruhanı idi. O, "Hicabın zorla açılması" məsələsində demişdi: "Mən gedib Rza xanla danışacağam və onu məcbur edəcəyəm ki, məni dinləsin." 28.03.2017
KHAMENEI.IR media orqanı Rza xan hakimiyyəti dövründə hicabın zorla açılmasına qarşı çıxanların 1935-ci ilin iyul ayında Məşhəd şəhərindəki Gövhərşad Məscidində baş vermiş qanlı hadisənin ildönümündə Hacı Ağa Hüseyn Quminin şəklini paylaşaraq onu bu hərəkatda ilk mücahid kimi qeyd etmişdir.