27/03/2024
Amerika Qəzza məntəqəsində mümkün olan ən pis vəziyyəti seçdi. Elə bir iş gördü ki, bütün dünyada mənfur oldu və London və Paris küçələrində, Avropanın başqa ölkələrində və Amerikanın özündə də Fələstinin xeyrinə nümayiş əks etdirənlər, əslində, Amerikadan nifrət etdiklərini elan edirlər.
27/03/2024
İran İslam Respublikası Fələstin hadisəsinə və Qəzzanın məzlum və müqavimətçi əhaslinə dəstək mövzusunda özündə heç bir tərəddüdə yol verməyəcəkdir.
24/03/2024
İlin günləri və ayları arasında Ramazan ayının gecə və gündüzü namaz vaxtlarının hökmünü daşıyır. Necə ki, ibadət saatları gün ərzində bir anlıq maddi əsarətdən çıxmaq üçündür, Ramazan ayı da bir il ərzində bir aylıq uzun-uzadı riyazət fürsətdir ki, nəfs maddi amillərdən xilas olsun, nəfəs çəksin və nuraniyyət tapa bilsin.​
23/03/2024
İslama ilk iman gətirən Xədicəyi-Kübra olmuşdur. Daha sonra o, bütün var-dövlətini İslama dəvət və təbliğ etmək yolunda xərclədi. Əgər Xədicənin köməyi olmasaydı, İslamın hərəkətində və inkişafında əsaslı bir xələl və durğunluq yarana bilərdi. Daha sonra isə o, Allah Rəsulu və bütün müsəlmanlarla birlikdə Əbu Talib dərəsinə sürgün olundular və elə Əbu Talib dərəsində də haqqın dərgahına qovuşdu.​
23/03/2024
Bizim vəzifələrimizdən biri Quranı tilavət etməkdir. İslam dünyasında elə bir kəs olmamalıdır ki, Quran tilavət etmədən bir gün keçirmiş olsun. Bacardığımız qədər Quran oxuyaq. "Bacardığınız qədər onu qiraət edin". Əgər siz gündə bir səhifə oxuya bilmirsinizsə, (heç olmasa) yarım səhifə də olsa, oxuyun, (əsas odur ki) oxuyasınız.​
21/03/2024
1402-ci il bütün illər kimi şirin və acılarla, arzu olunan və arzu olunmayan hadisələrlə dolu idi. Şəhid Süleymaninin il dönümündə Kirmanda baş verən acı hadisə, ilin sonlarında Bəlucistan seli, bu aylar ərzində təhlükəsizliklik məmurları və təhlükəsizliyi qoruyanların başına gələn hadisələr acı hadisələr sırasında idi və bunlardan da daha acı olan bizim beynəlxalq problemimiz olan Qəzza hadisəsi idi.​
21/03/2024
Qəzza hadisələri müqavimət cəbhəsinin haqlı yerə təşkil olunmasını göstərdi. Bu hadisələr Qərbi Asiya regionunda müqavimət cəbhəsinin olmasının ən həyati məsələlərdən biri olduğunu göstərdi. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir.​
21/03/2024
Vicdanları oyaq olan insanların sionistlərin yetmiş illik zülmünü görərək sakit oturmayıb müqavimət fikrinə düşmələri təbiidir. Müqavimət cəbhəsi Fələstin milləti və Fələstini dəstəkləyənlərə qarşı cinayətkar sionistlərin davamlı zülmü ilə mübarizə aparmaq üçün təşkil olunmuşdur.​
20/03/2024
Biz bu gecələrin, bu günlərin və bu duaların qədrini bilməliyik. Əgər (düzgün) dəyərləndirə bilsək, bu dualara, onların məzmununa diqqət yönəltməyin çox dəyəri vardır. Bunlar bizim daxilimizdə olan dərdlərin əlacıdır ki, bədbəxtlikdən, bəşər bütün dövrlərdə bunlara mübtəla olmuşdur.​
20/03/2024
Allah-təaladan istəyirəm ki, çətinlikləri təlafi etsin və şirinliklərin ardını İran milləti və müsəlman millətlərə əta etsin və İslam ümməti, eləcə də İran millətinin xeyir və bərəkətinə səbəb olacaq şeyləri onlara mərhəmət etsin.
20/03/2024
1402-cil bütün illər kimi şirin və acılarla, arzu olunan və olunmayan hadisələrlə dolu idi. Xalqın Qüds Günü və 22 Bəhməndə qəhrəmanlıq yaradan iştirakı, bu böyük yürüşün təhlükəsiz formada keçirilməsi, ilin sonunda keçirilən seçkilərdə təhlükəsizliyin olması və xalqın iştirakının lazım olduğu başqa yerlərdə hüzur tapması ötən ilin xoş və arzu olunan xəbərlərindən idi. Xarici işlərlə bağlı məsələlərdə isə dövlətin müxtəlif iqtisadi və siyasi sektorlarda beynəlxalq hərəkətliyi şirin xəbərlərdən və arzu olunan hadisələrdən idi.​
20/03/2024
Novruz bayramı və bu il qəlblərin və mənəviyyat baharı sayılan mübarək Ramazan ayı ilə üst-üstə düşən yeni il münasibətilə bütün əziz İran xalqını təbrik edirəm. (Müharibədə iştirak edən) Fədakar insanların ailələrini və Novruz bayramına dəyər verən başqa bütün millətləri isə xüsusi olaraq təbrik edirəm.
20/03/2024
1403-cü ildə də ölkənin ümdə məsələsi iqtisadiyyatdan ibarətdir. Ölkənin iqtisadi problemlərinin həll yolunun əsas açarı daxili və milli istehsal məsələsindən ibarətdir.Əgər istehsalın inkişafı və milli istehsalda irəliləməyə doğru hərəkət arzu olunan həddə olarsa, inflyasiya, məşğulluq və milli pulun dəyər məsələsi kimi mühüm iqtisadi problemlər öz həllinə doğru yaxşı bir həddə irəliləyəcəkdir.​
19/03/2024
Quran qiraətinin özü dəyərlidir. Allah-təalanın yaratdığı ən əzəmətli və vücudu müqəddəs olan varlığa, yəni Peyğəmbərə (s) göstəriş verir ki, qiraət et! (Quran da bu barədə buyurur:) "Bacardığınız qədər onu qiraət edin".​
18/03/2024
Quran tilavətini Quran tərcüməsi və təfsirinə doğru yönəldin ki, bu iş (Quranda) dərin təfəkkür etməyə səbəb olsun. Birinci iş Quranın tərcüməsidir. Həqiqətən, belə olmalıdır ki, ölkədə müxtəlif gənclər və yeniyetmələr cəmi arasında Quran ayəsi oxunarkən ayənin məzmununu hər kəs anlasın, ayələri əzbər bilib, bu ayələrdən yararlansınlar. Bu, ölkə və cəmiyyətin dini mərifətinin inkişaf səviyyəsinə kömək edir.
17/03/2024
Həm mübarək “Səhifeyi-Səccadiyə” kitabında olan, həm də Ramazan ayı üçün olan başqa dualarda bu ayın sifətləri qeyd edilib. Bu sifət və xüsusiyyətlərin hər biri üzərində dərindən düşünməyə dəyər.​
16/03/2024
İslam əsasında yaranan bir hökumətin əsas işi "Zülm etməyin" və "Zülmə baş əyməyin" məsələsidir.
15/03/2024
Bir neçə aydır ki, sionistlər Amerika və digərlərinin müxtəlif silah-sursatları, xaincəsinə və zalimanə yardımları hesabına Fələstin müqaviməti ilə döyüşürlər. Müqavimət də orada o cür qüdrət və duruş gətirməyi ilə mövcuddur və Allahın tövfiqi ilə sionistlərin burnunu yerə sürtəcəkdir.​
14/03/2024
Qəzzada soyqırım, hətta Qərb mədəniyyəti ilə tərbiyə olunmuş bir gənc üçün də ağır gəlir, vicdanı əzab çəkir və özünü yandırır.​
13/03/2024
Qəzza hadisəsində Qərb mədəniyyəti özünü tanıtdı, özünü çılpaq formada göstərdi və özünün nə qədər fasid, azğın və zalım olduğunu (bilmədən) üzə çıxardı.​
12/03/2024
Təəssüflər olsun ki, İslam dünyasında məzlum Qəzza əhalisinin düşməninə kömək edən kəslər və dövlət vardır. İnşallah, bir gün özləri də peşman olub bu xəyanətin cəzasını və gördükləri işin faydasız olduğunu görəcəklər.​
12/03/2024
(Qəzzalıların) Qəzzada səbrin zirvəsini dünyaya göstərə bilməsi o xalqın Quranla ünsiyyətindən irəli gəlir.​
10/03/2024
Bir millət öz ölkəsində böyük bir zülmə məruz qalır; qadınları, uşaqları və evləri tam rəhimsizcəsinə məhv edilir. Amerika ,İngiltərə və bəzi Avropa ölkələri nəinki buna mane olmurlar, hətta kömək də edirlər. Biz bunlarla müxalifik.​
10/03/2024
Qərb sivilizasiyası budur. ABŞ və Qərbin qeyri-insani siyasətinin rüsvayçılığı o yerə çatıb ki, Amerika Hərbi Hava Qüvvələrinin bu zabitinin özünü yandırdığını eşitmisiniz. Yəni o mədəniyyətdə tərbiyə alan gənc üçün də ağır gəlir, hətta onun da vicdanı sızıldayır. Təbii ki, bir nəfər deyil, min nəfər özünü yandırmalı idi, amma fəsada qərq olmaq (vicdanların oyanmasına) imkan vermir. İndi (bunların içindən) kiminsə təsadüfən vicdanı oyanıb özünü yandırdı. Qərb mədəniyyəti özünü tanıtdı, ifşa etdi və nə qədər fasid, nə qədər azğın, necə də zalım olduğunu ortaya qoydu.​
09/03/2024
Seçkilər milli gücü və xalq gücünü göstərən amildir. Amerika, Avropaya hakim siyasət, sionistlərin siyasəti, sərmayədarların və dünyanın böyük kompaniya sahiblərinin siyasətləri hər kəsdən daha çox xalqın iştirakından qorxurlar. Nə üçün? Çünki gördülər ki, əgər bu millət meydanda olsa, mütləq, problemlərin öhdəsindən gələcəkdir.​
08/03/2024
Millətin seçki məntəqəsində iştirakı onların ölkənin mühüm idarə sahələrində iştirakını göstərir. Bu, ölkə üçün böyük bir sərvətdir. Əgər biz ölkənin mühüm sahələrində millətin iştirakını dünyaya göstərə bilsək, demək, ölkəyə nicat vermişik.​
07/03/2024
Bu gün həm İran millətini istəyənlərin, həm bədxahların və həm də milli və siyasi mötəbər mövqelərə sahib olanların gözü İrandadır və istəyirlər ki, görsünlər, İran milləti bu seçkilərdə nə edir və nəticə nə olacaqdır.​
06/03/2024
İslam Respublikasının vücuda gəlməsi dünyada iki qütblük yaradan bir zəlzələ idi. Bir cəbhə liberal demokratiya, bir cəbhə də İslama bağlı cümhuriyyət. Liberal demokratiyanın zatında zülm mövcuddur, lakin dinə əsaslanan xalqmehvər cəbhənin ən mühüm məsələsi zülmlə üz-üzə dayanmaqdır.
05/03/2024
Quran hidayət kitabıdır və bizim hamımızın da hidayətə ehtiyacımız vardır. Quran xəbərdarlıq kitabıdır. Yəni istər bu dünyada, istərsə də axirətdə bəşəri təhdid edən xətərlərə nisbət xəbərdarlıq.
05/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
04/03/2024
İslam dünyasında çoxlarının Quranla ünsiyyəti yoxdur və bu, acı bir həqiqətdir. Müsəlman ölkə başçıları Qəzza (hadisəsi) zəminində Quranın təliminə əməl edirlərmi? Quran bizlərə buyurur: "Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər." Qəzza barəsində bu ayəyə əməl edilirmi?
04/03/2024
Daim riyakar formada bəşər hüquqdan danışan Qərb sivilizasiyası bir cinayətkarın edam olunmasına qarışıdır və buna görə səs-küyləri yüksəlir. Lakin sionist rejim tərəfindən üç-dörd ay ərzində 30 min nəfərin edam olunması müqabilində sanki heç bir hadisə baş verməmiş kimi gözlərini yumurlar.
04/03/2024
Nə üçün İslam ölkələri başçıları qatil və xəbis sionist rejimlə öz əlaqələrini, kömək və dəstəklərini kəsməyi aşkar şəkildə elan etmirlər? Quran buyurur: "Mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın". Bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya (zahirdə) göstərilirmi?
03/03/2024
Zahiri ütülənmiş görünən Qərb siyasətçilərinin batini quduz it və qaniçən canavardır. Bu, Qərbin liberal-demokratiya sistemidir. Nə liberaldırlar, nə də demokrat. Yalan deyirlər və nifaq əsasında öz işlərini irəli aparırlar.
03/03/2024
Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edirlər. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət göstərir. Quran bu haqda buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, tam qadirdir."
03/03/2024
Allah-təala müsəlman xalqların hər birini sionist rejimə dəstəyin dayandırılmasına görə öz hökumətlərinə təzyiq etməməkləri və müsəlman hökumətlərini də Quranın göstərişlərinə əməl etmədikləri üçün cəzalandıracaq. 
02/03/2024
Bəzi qərblilər dildə deyirlər ki, İsrail niyə qətliam törədir? Dildə bir şey deyirlər, amma əməldə dəstək olur, silah və ehtiyac duyulan mallar verirlər.
02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
02/03/2024
İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.
01/03/2024
Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır.