19/04/2024
İslam ölkələrinin sionist rejimlə əlaqələrinin kəsilməsi təkcə bizim deyil, eyni zamanda müsəlman millətlərin də gözləntisidir. Əgər müsəlman ölkələrində bu haqda referendum keçirilsə, heç şübhəsiz, nəzər verərlər ki, dövlətləri əlaqələri kəsməlidirlər.
18/04/2024
Müsəlman dövlətlər sionist rejimlə iqtisadi və siyasi əlaqələri, ən azı, müvəqqəti olsa da, dayandırsınlar! Nə qədər ki bu cinayətlər baş verir, (sionistlərlə) əlaqələr kəsilsin və onlara kömək olunmasın.
18/04/2024
Fələstin hadisəsində müsəlman dövlətlərin sionist rejimə kömək etməsi təəssüf doğurucu bir haldır. Sionistlər bir ölkəyə daxil olan zaman ağcaqanad kimi o ölkənin qanını öz xeyirlərinə sovururlar. Sionist rejimə kömək etmək özlərinin də məhv olmalarına kömək etmək deməkdir.
17/04/2024
Sizlər gəncsiniz; orucun, Quran tilavətinin, gecə vaxtı, sübh namazında qabaq və gündüzlər oxunan duaların sizlərdə yaratdığı təsir mənim kimilərlə müqayisədə neçə qat artıqdır. Sizlər mütləq şəkildə bu il Ramazan boyu nuranilik əldə etmisiniz. Bu nuraniyyəti qorumağa çalışın. Bunun yolu da günahdan uzaq qalmaqdadır.
10/04/2024
Bu il Ramazan ayında Qəzzada baş verən qanlı hadisələr dünya müsəlmanlarını qəm-qüssəyə boğdu.
10/04/2024
Qəsbkar sionist rejimə Allahın lənəti olsun ki, Ramazan ayında nəinki qadınları, uşaqları və müdafiəsiz xalqı qətliam etməkdən əl çəkdi, əksinə, daha da şiddətləndirdi.​
10/04/2024
Sionist rejim İranın Suriyadakı konsulluğuna hücum etməklə sanki torpağımıza hücum edib. Xəbis rejim səhv etdi, tənbeh olunmalıdır və olunacaqdır.​
09/04/2024
Səhifeyi-Səccadiyyənin 20-ci duası olan mübarək Məkarimul-Əxlaq duasını çox oxuyun ki, İmam Səccadın (ə) bu duada Allah-təaladan nə istədiyini görəsiniz. İmamların (ə) kəlamları, Səhifeyi-Səccadiyyənin duaları və əxlaqi xəstəliklərimizə şəfa verə biləcək, ruhumuzun yaralarını müalicə edəcək bu şəfaverici dərmanlarla özümüzü tanış edək.​
08/04/2024
Sionist rejimin Qəzzada məğlubiyyəti davamlı olacaqdır. (İsrailin) Suriyada İran konsulluğuna terror hücumu kimi alçaqcasına bihudə cəhdləri onları məğlubiyyətdən xilas edə bilməyəcəkdir. Əlbəttə, bu hərəkətin də silləsini yeyəcəklər.
07/04/2024
Şeir mediadır. Bu gün dünyada çəkişmə və toqquşmalar media əsasındadır. Medialar düşməni geri oturtmaqda, habelə qəlbləri və zehnləri təsir altına salmaqda raket, pilotsuz uçuş aparatı, təyyarə və döyüş sursatlarından daha effektivdir. Kimin mediası daha güclü olarsa, öz hədəflərində daha müvəffəq olacaqdır.​
07/04/2024
Qərb universitetlərinə olunan böyük bir irad budur ki, bu universitetlər sionist qüdrtələrin elmdən sui-istifadə etmələrinə səbəb olmuşdur.
07/04/2024
  Ədaləti düzgün başa düşmək lazımdır. Ədalət dedikdə, yəni ümumi ictimai imkanlardan istifadə zamanı ictimai təbəqələşmənin aradan qaldırılması nəzərdə tutulur. Bütün imkanlar bərabər şəkildə xalqın ixtiyarına verilməlidir. İmkanlardan yararlanmaq imtiyazı zülmdür, ədalətin ziddinədir.
06/04/2024
Əqsa fırtınası hadisəsindən sonra Qərbi Asiya məntəqəsindəki hesablamalar dəyişdi və dəyişəcəkdir. Müqavimət düşmənləri bu dəyişikliklərlə razılaşmağa məcburdurlar və bilsinlər ki, bu məntəqədə hökmranlıq edə bilməzlər.
06/04/2024
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.​
05/04/2024
Ümidvarıq ki, Allah-təala Fələstin hadisəsində bu işi yaxşı nəticə ilə sonlandırsın, inşallah, fələstinliləri düşmənə qalib etsin.​
05/04/2024
Qüds Günü təkcə Fələstinə aid bir gün deyil, əksinə, İslam ümmətinin günüdür.​
05/04/2024
Qüds Günü Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərmək, onlara müsbət ruhiyyə ötürmək və sözün həqiqi mənasında bu meydanlarda olmalarına görə onların qəlbinə qüvvət vermək üçün yaxşı bir fürsətdir.​
05/04/2024
Bu gün Fələstin, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisəsinin unudulamasına imkan vermirlər. Düşmənin təcavüzü və cinayəti müqabilində dayanıblar.​
05/04/2024
Qüds Günü haqq və batilin cəbhələşməsi və ədatətin zülm müqabilində qarşıdurmasının göstəricisidir.
05/04/2024
Builki Qüds Günü qəsbkar sionist rejimə qarşı beynəlxalq kütləvi axın olacaqdır.​
05/04/2024
Ümidvarıq ki, bizim bugünkü gənclərimiz müqəddəs Qüdsün müsəlmanların ixtiyarına keçdiyi və orada namaz qıldıqları günü görsünlər.
05/04/2024
Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi.​
05/04/2024
Qəzza əhalisinin böyük səbr məsələsi Fələstin mövzusunu düşmənin istəyinin əksinə olaraq, dünyanın birinci dərəcəli məsələsinə çevirdi.
05/04/2024
Qərbin tam dəstəyi ilə həyata keçirilən Qəzza xalqının sionist rejimin cinayət və vəhşiliklərinə qarşı tarixi səbri İslama izzət bəxş edən böyük bir hadisədir.
05/04/2024
İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir.
04/04/2024
Bəzən insan öz həvayi-nəfsinə qalib gələ bilməyəcəyini özünə təlqin edir. Ramazan ayının orucu (insanın) iradə etdiyi an qalib gələ biləcəyini sübut edir. Bizlərdə olan və maddi-mənəvi cəhətdən geriləməyimizə səbəb olacaq xoşagəlməz adətlərdən iradə və təvəkkül etməklə qurtulmaq mümkündür.​
04/04/2024
Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir.​
03/04/2024
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İslamın rəşadətli generalı olan SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və bir qrup silahdaşlarının şəhadəti münasibətilə mesajı: Allahın izni ilə, onları (cinayətkarları) bu və buna bənzər cinayətləri etdiklərinə peşman edəcəyik.
03/04/2024
Ramazan ayı dua ayıdır. Duaları unutmayın. Ramazan ayı haqda hədislərdə gələn dualar qənimət bilməyiniz gərəkən nemət və fürsətlərdən biridir. Əbu Həmzə Sumali, İftitah, Cövşən-Kəbir duası və Ramazan ayının gündüzlər, gecələr, sübh namazından əvvəl və bu ayın başqa məxsus saatlarında oxunan və hədislərdə gələn dualar, həqiqətən də, böyük İlahi nemətlərdəndir.​
02/04/2024
Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü.​
01/04/2024
Müqəddəs Qədr gecəsinə daxil olmağa hazırlıq üçün Ramazan ayında qəlblərinizi İlahi zikrlə bacardığınız qədər nurlandırın. Çünki "Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işin (təqdiri üçün) yerə enərlər". O gecə mələklərin yeri səmaya bağladığı, qəlblərə nur yağdırdığı, yaşayış mühitini Allahın fəzl və lütf nuru ilə nurani etdiyi bir gecədir.​
01/04/2024
Ramazan ayının zirvəsi Qədr gecəsi günləri və mübarək Qədr gecələridir. Biz bu zirvəyə (Qədr gecəsinə) gəlib çatmışıq; biz aləmlərin Rəbbinə misilsiz təvəssül, yalvarış, dua və ondan (acizanə) tələb etmək fürsətindən istifadə etməliyik...Özünüz, bütün din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin, Allahdan istəyin və o duaların icabətə yetişməsindən əmin olun.​
01/04/2024
Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar.​
31/03/2024
Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da.​
30/03/2024
Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur.​
30/03/2024
Qədr gecəsində ən gözəl əməl duadır. Ehya saxlamaq (oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Dua, yəni Allah-təala ilə danışmaq. Dua, əslində, Allahı özünə yaxın hiss etmək və ürək sözünü onunla bölüşməkdir. Dua bir istək, tərif, həmd və məhəbbəti izhar etməkdir. Bütün bunların hamısı duadır.
29/03/2024
Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah.​
28/03/2024
Yəməndə, İraqda, Suriya və Livanda müqavimət qüvvələri tərəfindən göstərilən hər bir fəaliyyəti Amerika öz hesablamalarında onu İrana bağlayır. Bu səhv hesablama qəti şəkildə Amerikanı diz çökdürəcəkdir. Onlar (Fələstin) xalqını tanımırlar, bu xalqın özü düşüncə və iradə əhlidir. Əlbəttə, biz müqavimət dəstələrini dəstəkləyirik.