Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.
İmam Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Qədir-Xum bayramını təbrik edirəm. Bu, həqiqətən də, bütün İslam aləmi üçün böyük bir bayramdır. Qədir-Xum hadisəsində diqqət yetirilməli məzmunlar olduqca genişdir və İslami mərifətə aparıb çıxarır.
Söhbət təkcə Əmirəlmömininin vilayətə təyin olunmasından getmir, bunun kölgəsində başqa mühüm məfhumlar da mövcuddur.
Biz inanırıq ki, Qədir-Xumun mesajı və Əli ibn Əbi Talibin (əleyhis-salam) imamətə təyin olunması hadisəsi iki ayrı mesajdır:
Bir mesaj Əli ibn Əbi Talibin hakimiyyətidir. İkinci mesaj isə bizim bu gün ona çox ehtiyac duyduğumuz İslam hakimiyyətinə əhəmiyyət vermək məsələsidir.
Heç bir məsələni Peyğəmbər bu qədər ciddi şəkildə bəyan etməmişdi.
Bu gün bu alçaq, rəzil və xəbis kimliyə malik terrorçu sionistə qarşı qətiyyətlə hərəkət edilməlidir və inşallah, ediləcək də. Biz onlara heç bir güzəştə getməyəcəyik.
Sionistlər bilməlidirlər ki, həyat onlar üçün, şübhəsiz, acı olacaq. Sionistlər elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr, işi onlar başladılar və müharibəyə yol açdılar.
Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq.İran xalqı dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq.
Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.
Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm.
Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq. İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq.
Bir neçə il əvvəl Amerika prezidentlərindən biri demişdi: “Əgər bacarsam, İranın nüvə sənayesinin bolt-qaykalarına qədər aradan qaldıraram”, əlbəttə, etiraf etmişdi ki, bunu bacarmır.
Bu gün hakimiyyətdə olan sionistlər və amerikalılar da bilməlidirlər ki, bu mövzuda heç bir qələt edə bilməzlər.
Bezarlıqda olan çəkişmə şirkə və küfrə qarşı olan çəkişmədir. Bu, İslam həyatının əsas istiqamətlərindən biridir. Həccdə olmamalı olan çəkişmə isə qardaşların və möminlərin bir-biri ilə çəkişməsidir.
Şəhid Prezident Rəisinin BMT Baş Assambleyasında Quranı başı üzərinə qaldırması və ya şəhid Süleymaninin şəklini əlində tutub ucaltması xalq üçün izzətdir.
Əgər biz bezarlıq məsələsində israr və ona təkid edir və onu yerinə yetiririksə,… bu, İslamın vacib buyurduğuna görədir. Ayədə buyurulur: “Allah və onun Rəsulu da müşriklərdən bezardır”, möminlər də müşriklərdən bezardırlar: “Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən bezarıq. Biz sizi təkzib edirik. Siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.” Bu, dinə aiddir. Bəli, bu siyasətdir, həcc əməllərində siyasi iş var, lakin bu siyasi iş elə dini vəzifənin özüdür.
[Amerikanın] İslama və müsəlmanlara qarşı əsas siyasəti müharibə odunu alovlandırmaqdır… Müsəlmanlar ayıq olmalı və bu şeytani siyasəti puça çıxarmalıdırlar. Həcc bu ayıqlığın zəminini yaradır və həccdə müşriklərə və hegemonlara qarşı bezarlığın fəlsəfəsi də məhz budur.
Mənim israrlı tövsiyəm bu xoşbəxt zəvvarların hamısına, xüsusilə də bu İlahi görüş məkanında iştirak edən İslam ölkələrinin alim və xətiblərinə, həmçinin bu iki şərafətli iki Hərəmin cümə xətiblərinə budur ki, məsələni doğru anlayaraq bugünkü və təcili vəzifələrini dərk etsinlər… Bütün qəzəb və fəryadlarını İslam ümmətinin düşmənlərinə, fitnələrin başında duran sionizm və Amerikaya yağdırsınlar. Müşriklərdən bezarlığı sözlərində və əməllərində açıq şəkildə göstərsinlər.
(Allah düşmənlərindən) Bezarlığı biz kənardan gətirib həccə daxil etməmişik. O, həccin bir hissəsidir, həccin ruhudur və bu əzəmətli həcc toplantısının həqiqi mənasıdır.
Bezarlıq o deməkdir ki, insanlar [həcc zamanı] bir yerə toplanaraq, qalstuk taxıb, ütülü paltar geyinmiş, ətir vurmuş və vəhşilərin ən vəhşisi kimi insanları qətlə yetirən cəlladlara qarşı, həmçinin onları dəstəkləyənlərə, onların xeyrinə beynəlxalq toplantılarda qərarlar verənlərə qarşı hayqırsınlar və fəryad etsinlər.
Döyüşçünün iki vəzifəsi var: biri düşməni geri oturtmaq, digəri isə özünü qorumaq. Lakin bizim xilasedici özünü qorumağı düşünmür, başqalarını qorumağı düşünür.
İran və Pakistan arasında münasibətlər həmişə isti və qardaşcasına olub. Səddamın İrana qarşı tətbiq etdiyi müharibə zamanı Pakistanın yaxşı mövqeyi bu qardaşcasına münasibətlərə misaldır.
Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!
Amerikanın birbaşa danışıqlarda israr etməsinin səbəbi budur ki, desin: “Mən təhdid, tamahlandırma və hiylə ilə İranı birbaşa danışıqlar masasına oturtmağa müvəffəq oldum.” Şəhid Rəisi buna imkan vermədi.
İranlı xilasedicilər insansevərlik xüsusiyyətinin təcəssümü idilər. İran əleyhinə Saddamın müharibəsi zamanı xilasedicilər hətta əsir düşmüş və yaralanmış düşmənə də yardım edirdilər.
Ticarət əlaqələri qonşu ölkələrə üstünlük verilməklə genişləndirilməlidir. Çin, Rusiya və Hindistan kimi Asiyada iqtisadi nəhəng sayılan ölkələrlə iqtisadi münasibətləri asanlaşdırın.
Fələstin, şərafətli Qüds və Əl-Əqsa məscidi məsələsinin unudulmasına imkan verməyin. Çünki Amerika, İngiltərə, eləcə də sionist rejimin kəşfiyyat orqanları bunu istəyirlər.