Bu mübarək yola qüdrətlə davam edin
İranın bir qrup məktəb ləvazimatları istehsalçıları öz məktublarında İnqilab Rəhbərinə ötən il bu sahədə əldə olunan yeni nailiyyətlər və uğurlar barədə hesabat təqdim ediblər.
İnqilab Rəhbərinin 2023-cü il iyulun 1-i səhər saatlarında İranın dəftərxana sənayesi fəallarının (Hamnoşet) bu konfransın keçirildiyi yerdə ilk toplantısı ilə eyni vaxtda dərc edilmiş cavabın mətni:
"Salam. İran istehsalı olan məktəb ləvazimatlarının hazırlanmasında sizin təlaş və himmətinizin töhfəsi növbəti dəfə (bu işdə) zəhmət çəkənlərin minnətdarlıq və məmnunluğuna səbəb oldu. Bu yol mübarək yoldur, Allahın töfviqi ilə bu yola qüdrətlə davam edin".
Qəzza müqavimətin mərkəzidir, lakin düşməni diz çökdürəcək əsas nöqtə indiyə qədər yaxşı inkişaflar əldə olunan İordan çayının qərb sahili məntəqəsidir.
Fələstinin şəraiti iki-üç il bundan əvvəlkinə nisbətdə nəzərəçarpacaq qədər fərqlidir. Bu yaxın illərdə Fələstin məsələsinin irəliləməməsinin əsas səbəbi cavanların meydanda olmadıqlarına görə idi, lakin indi cavanlar könüllü şəkildə meydana daxil oldular və burada mühüm bir məqam onların İslama söykənmələridir.
Kimin ağlına gələrdi ki, bir gün Cənindəki fələstinli gənclər sionist hərbçilərə qarşı meydanı o qədər daraldacaqlar ki, mübariz gənclərin mühasirəsindən xilas olmaq üçün onlar döyüşçülərdən istifadə etmək məcburiyyətində qalsınlar?
İmam Xomeyninin (r.ə) İslam hərəkatının başlanğıc günündən Fələstini dəstəkləməsi iman və qəlbi əqidə əsasında olmuşdur və İslam Respublikasının dəstəyinin əsası da taktiki gediş və diplomatiyaya deyil, İslam fiqhi və şəriətinə əsaslanır.
Bizim həqiqətləri görən gözümüz yoxdur və (təkcə) zahiri görürük. Əgər həqiqətləri görən gözlərimiz olsaydı və o biri dünyada şəhidlərin məqamlarını görsəydik, mütləq onlar üçün şadlıq və şənlik edərdik, əzadarlıq etməzdik.
İdman sahələrində də görürsünüz ki, qızlarımız idman meydanlarına çıxır, qəhrəman olur və İslami hicabla qızıl medal alırlar. Hicabı bundan yaxşı hansı yolla təbliğ etmək olar? Bu xanımlardan bəziləri gəlib qızıl medallarını mənə hədiyyə etdilər. Əlbəttə, özlərinə qaytarıram ki, (özlərində) saxlasınlar. Həqiqətən də, belə qadınlarla fəxr edirəm. Milyonlarla insanın kameralar arxasından gördüyü beynəlxalq bir arenada bu iranlı qız öz hicabı ilə ora gedərək, qızıl medalı götürür və ölkəsinin bayrağını yüksəldir. Bundan yaxşı və daha üstün hicab təbliği varmı? Müxtəlif sahələrdə, elm olimpiadalarında, ümumiyyətlə, hər yerdə qadınlar inkişaf ediblər.
Bəziləri deyirlər ki, hicab qadının inkişaf və tərəqqisi üçün maneədir. Xeyr, əksinə, hicab qadının inkişafının qarşısını alan yersiz özünü göstərmələri üçün maneədir. Bizim müxtəlif elmi, praktiki, ictimai, siyasi və texniki sahələrdə görkəmli və böyük qadınlarımız vardır ki, hamısı kamil hicabla həyat sürürlər.
Səkkizinci İmam Əli ibn Musa Rza (əleyhissəlam) oğlu İmam Cavada (ə) məktub yazdı: "Oğlum, Allah yolunda infaq elə və Allahın səni çətinlik və yoxsulluqda saxlayacağından qorxma".
İran və Özbəkistan arasında uzun fasilədən sonra münasibətlərin canlanması bizi xoşhal edir. İki ölkənin tarixi, mədəni və elmi yaxınlığı bənzərsizdir və əməkdaşlıq mümkün qədər genişləndirilməlidir.
İndi sionist rejim üçün şərait 70 il bundan qabaqkına nisbətən dəyişib və sionist başçılarının haqqı vardır ki, bu rejimin 80 illiyini görməyəcəklərinə görə nigaran olsunlar.
Qəzzanın axırıncı döyüşündə İslami Cihadın qələbəsini təbrik edirəm. Sionist rejimin şəraiti 70 il bundan əvvəl ilə müqayisədə çox fərqlidir və düşmən bu gün passiv vəziyyətdədir. Fələstin müqavimət qrupları yolu düzgün tanıdılar və bu yolda tədbirlə irəliləyirlər.
İslami Cihad və digər Fələstin müqavimət qrupları sionist rejimlə mübarizənin əsas açarını tapıblar. İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücü sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir.
Nüvə sənayesi ölkənin bir çox yerlərində elmi tərəqqinin açarıdır. Onlar bizim gözəçarpan və həvəsləndirici inkişafımızı istəmirlər. İran xalqının əldə etdiyi hər hansı inkişaf digər xalqlara da təsir edir. Onlar bundan qorxurlar.
20 illik nüvə problemimizin nailiyyətlərindən biri də odur ki, biz öyrəndik ki, danışıqlarda iştirak edən tərəflərin vədlərinə və ya Nüvə Agentliyinin özünün danışıqlarda verdiyi vədlərə etibar etmək olmaz. Bu yersiz etimadlara görə bir çox yerdə zərbə gördük.
Nüvə elmindən xalqın yaşayışının müxtəlif sahələri üçün istifadə olunmalıdır. Bu elm sənaye, əkinçilik, ekologiya, suyu içməli hala gətirmək, xəstələrin müalicə və sağlamlığı üçün faydalıdır. Xalqın yaşayışını nüvə sənayesinin inkişafı ilə yararlandırın.
Biz İslami prinsiplərimizə əsasən, nüvə silahının ardınca deyilik, yoxsa istəsəydik, qarşısını ala bilməzdilər. Necə ki, nüvə sənayesindəki inkişaflarımızın qarşısını ala bilmədilər və ala da bilməyəcəklər.
İranın nüvə sənayesindəki xidmətləri və məhsulları ticarət dövriyyəsinə keçirilməlidir. Bizim bu inkişaflarımızın dünyada yaxşı bazarları vardır və ölkənin iqtisadiyyatı və gəliri üçün ondan istifadə etmək olar. Bizimlə bu sahədə münaqişəsi olmayan eyni istiqamətli ölkələrlə əməkdaşlıq edilsin.
Nüvə sənayesi ölkənin etibarlıq və qüdrətinin əsas və mühüm hissələrindən biridir. Düşmənlərin nüvə enerjisinin üzərində daynamaqlarının səbəbi "Güclü İran"la müxalif olduqlarına görədir.
Bu illər ərzində ölkənin nüvə sənayesi fəalları mühüm İnfrastrukturlar icad etdilər. Nüvə sahəsində razılaşmalar əldə etməyiniz mümkündür və eybi də yoxdur. Lakin infrastrukturlara əl dəymək olmaz, bunlar aradan getməməlidir.
Qərblilər İranda iğtişaşlar üçün hərtərəfli plan hazırlamışdılar. Onların radio və televizorları utanmadan insanlara əl qumbaraları düzəltməyi öyrədirdi. Onlar İranın parçalanması şüarını təbliğ edirdilər. Lakin İran xalqı düşmənin arzusunu ürəyində qoydu.
İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri onu himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi.
Əlbəttə, bu axırıncı mövzu (mənəviyyatı diriltmək) həmin qüdrət mərkəzlərinin şiddətli qarşılıq verməsinə tuş gəldi və bu gün dünya səviyyəsində və harada bacarsalar, mənəviyyata hücumu daha böyük maraqla və öz məxsus metodları ilə qabağa aparırlar. Onların bəzi metodları o qədər biabırçı formadadır ki, insan adını dilə gətirməkdən xəcalət çəkir.
Hamı başa düşdü ki, Fələstin zəminində yeni bir dövran başlayıb. (İmam Xomeyninin hərəkatı) Fələstin xalqının solğun bədəninə can verdi. Bu gün siz görürsünüz ki, Fələstin xalqı (meydanda) öz hüzurunu qüvvətlə, qüdrətlə isbat edir və həmçinin öz sözünü dünyaya çatdırır.
İslami oyanış cərəyanını İmam Xomeyni işə saldı. İslam dünyasında təsir altına düşmə və durğunluq dövrü İmam Xomeyninin hərəkəti ilə zəiflənməyə və yox olmağa doğru irəlilədi. Bu gün İslam ümməti İslam İnqilabının qələbəsindən və İmam Xomeynidən əvvəlki dövrə nisbətən daha aktiv, yüksək fəaliyyətli, daha hazırlıqlı və daha canlıdır.
Qüds Günü təkcə İranda və Tehranda deyil, hətta qeyri-müsəlman dünyasının paytaxtlarında belə, insanlar Fələstin xalqını himayət və onları müdafiə edirlər.
İslam adından istifadə edən və eyni zamanda zehni daşlaşmış insanlar mümkündür ki, İslamın verdiyi dərslər barədə də zümzümə etsinlər, lakin hökmlərinin əksəriyyəti ictimai həyat, hökumət və siyasətlə bağlı olan İslamı qəbul etmirlər. Siyasətdə və ictimai işlərdə məsuliyyətsizliyi (etinasız olmağı) təbliğ edirlər, İmam Xomeyni belə İslamı qəbul etmir.
Keçən payız İranda hazırlanmış iğtişalar Qərb ölkələrinin fikir otaqlarında (planlaşdırılmış) və onların media və silahlarının dəstəyi ilə, o cümlədən Qərbin təhlükəsizlik orqanlarının vasitəsilə ilə icra olundu. Qərbin bəzi yüksək məqamlı dövlət məmurları iğtişaşçılarla xatirə şəkilləri də çəkdirdilər. Elə düşünürdülər ki, İslam Respublikasının kitabı bağlandı.Axmaqlar yenə də səhv etdilər.
İmam Xomeyni İslami oyanış cərəyanını başlatdı. Fələstin məsələsi sionistlər və onların havadarlarına görə, bitmiş məsələ sayıldıqdan sonra İmam Xomeyninin İslam ümməti səviyyəsində yaratdığı dəyişikliklə İslam dünyasının ilk məsələsinə çevrildi. Bu gün Fələstin məsələsi İslam dünyasının ilk məsələsi sayılır.
İmam Xomeyni dünya miqyasında bir dəyişiklik yaratdı. İmam Xomeyni mənəviyyat fəzasını və mənəviyyata diqqəti dünyada və hətta qeyri-İslami ölkələrdə diriltdi. Mənəviyyat materialist siyasətlərin və mənəviyyata zidd olanların tapdağı altında aradan getmişdi.
İmam Xomeyni üç böyük dəyişiklik yaratdı. Bunlardan biri İran səviyyəsində, biri İslam ümməti səviyyəsində və biri də ümumdünya səviyyəsində idi. Bu üç dəyişiklikdən heç biri keçmişdə baş verməyib və bəlkə də gələcəkdə də oxşarları olmayacaq.
İmam Xomeyni hərəkatının İmam Hüseyn hərəkatı ilə bir çox oxşar cəhətləri var və demək olar ki, İmam Hüseyn hərəkatından örnək götürülüb... Hər iki hərəkatda qabarıq şəkildə özünü göstərən xüsusiyyətlərdən biri də "İstiqamət" (mübarizə yolunda səbr) mövzusudur.