31/08/2023
Qısa müddət ərzində iki mühüm beynəlxalq müqaviləyə (BRICS və Şanxay) üzv olmaq böyük uğur idi. Bu onu göstərir ki, ölkə elə bir vəziyyətdədir ki, bu beynəlxalq müqavilələrin təsisçilərinin ölkəmizin onların üzvü olmağı üçün meyil və israrları vardır.
31/08/2023
İslam Respublikasında hazırkı dövlətin (Rəisi) qonşularla münaqişələrin həlli, ölkələrlə və qitələrlə, o cümlədən Cənubi Amerika, Şərqi Asiya və Afrika ilə çoxsaylı və müxtəlif əlaqələrlə bağlı siyasəti çox yaxşı və doğru siyasətdir.
31/08/2023
Xətəri gözə almadan böyük işlərin altına girmək mümkün deyildir.
31/08/2023
Sanksiyaların əksəriyyəti insanların dolanışığını hədəf almaq məqsədi daşıyır. (BƏRCAM-ı diriltmək üçün) Danışıqlarla yanaşı, sanksiyalar zərərsizləşdirilməlidir. Sanksiyaların zərərsizləşdirilməsinin ən mühüm göstəricisi inflyasiyanın azalmasıdır.
20/08/2023
Bir məsələ "Əksinə (şəhidlər) Allah yanında ruzilərdən bəhrələnirlər" ayəsinin şəhidlərin məqamına işarə etməsidir, digər bir məsələ isə onların verdiyi mesajdır; "Arxalarınca (hələ gəlib) onlara qoşulmamış kəslərə müjdə verərlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar". Bu yolda heç bir qəm-qüssə yoxdur. Bu yol fərəh, fərəc, şadlıq və ürəkoxşayan bir yoldur. Budur, şəhidlərin mesajı. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca siz də gəlin.
20/08/2023
"Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan qarşılığında cənnət verməklə alıb". Ayə göstərir ki, bu, Allahla müamilə etməkdir. "Allah yolunda vuruşurlar və beləliklə, öldürürlər və öldürülürlər". Hər ikisi – həm düşməni məhv etmək, həm də bu yolda öldürülmək dəyərdir və bu, Allah ilə olunan müamilədir. Şəhid öz canını verib və varlıq aləminin ən üstün dəyərlərindən olan İlahi razılığı kəsb edibdir. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca sizlər də gəlin.
20/08/2023
Mühüm olan budur ki, bizlər şəhidlərin yolunu təqib edək, şəhidlərin verdiyi dərsləri öyrənək və əməl edək. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələri haqqında danışmağa acizdir.
20/08/2023
Səfəvilərin ölkədə etdikləri böyük xidmət Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqları idi. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beytdən (ə) aldığımız dərs onların bərəkətinə görədir.
20/08/2023
Ərdəbillilər İran üçün iki böyük iş gördülər; bunlardan biri milli və digəri də məzhəbi iş idi. Milli iş ölkənin vəhdətindən ibarət idi, yəni İranda gördüyünüz bu birlik və vəhdət Səfəvilərin gördükləri işdir. Məzhəbi iş də Əhli-beyt (ə) məzhəbinin yayılması idi. Əlbəttə, İranlıların qədimdən Əhli-beytə ehtiram və məhəbbətləri var idi, lakin Əhli-beytin məzhəbi vüsət tapmamışdı, qürbətdə idi.
20/08/2023
Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.
19/08/2023
İslam tarixinin ən böyük faciələrindən biri Məhərrəm ayının on birinci günü baş verdi. Peyğəmbər (s) ailəsindən əsir düşənlər İslam tarixinin ən əziz və ən şərafətli insanlarından idilər. Əsirlər arasında elə qadınlar küçə və bazarlarda gəzdirildilər ki, o günün İslam cəmiyyəti arasında onların ləyaqət və şərəf baxımından bənzərləri yox idi. Bu əziz insanları əsir götürənlər İslamdan zərrə qədər payları olmayan, (ümumiyyətlə) İslamla əlaqələri olmayan, habelə öz zamanlarının ən xəbis və ən səviyyəsiz insanları idilər.
19/08/2023
Diqqətli olmalı və düşməni tanımaqda səhvə yol verməməliyik. İmam Xomeyni (r.ə) o "Bəsirət gözü" ilə dedi ki, nə qədər bacarırsınız, Amerika üzərinə fəryad edin.
19/08/2023
Fransa və Sovet Bolşevik inqilabında bir sıra qruplar inqilab tərəfdarı ünvanında ayağa qalxdılar. Onlar əsaslı prinsiplərə bağlı olmayan dağıdıcı (qruplar) idilər. Lakin SEPAH İslam İnqilabının əvvəlində təşkil olunduğu ilk gündən bir təşkilat kimi fədakarlıq kimi dəyərlərə sahib idi.
19/08/2023
Bu gün SEPAH dünyada ən böyük antiterror təşkilatıdır. Hərbi cəhətdən təchiz olunmuş bir təşkilatdır. Bu təşkilat dünyada bir çox böyük orduların edə bilmədiyi işləri görə bilən yararlı və müstəqil bir təşkilatdır.
17/08/2023
Quran məntiqinə əsasən, qaradərili insanın başqa insanlardan heç bir fərqi yoxdur. Beləliklə, irqi ayrı-seçkilik məntiqini biabırçı şəkildə yayıb və indi də yaymaqda olan qərblilər, məgər İslam hökuməti ilə mehriban ola bilərlərmi?
17/08/2023
İslam hökuməti hər bir ölkənin, hətta müxalifçilik etməyən və bizimlə həmfikir olmayan ölkələrin də sözünü qəbul edir, lakin əgər qarşı tərəfin hiyləgərliyi, yalançılığı və arxadan bıçaqlamaq üçün hazırlıq gördüyünü bilərsə, İslam hökuməti heç vaxt onun sözünü qəbul etməyəcək və əhdi pozmaq müqabilində də eyni rəftarı görəcəkdir.
07/08/2023
86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti təhlükəsizlik təmin edən bir hərəkət idi. Sizin okeanın uzaq nöqtələrində, Sakit, Atlantik okeanı və s. ucqar nöqtələrində olmağınız ölkənin təhlükəsizliyinə bir töhfə idi.
06/08/2023
Böyük bir missiyanı yerinə yetirmiş və dünyanı uğurla dövr etmiş sizlərə– 86-cı Hərbi Donanmanın hər bir üzvünə və həmçinin ailələrinizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin etdiyiniz iş böyük bir iftixardır. Bu bizim ölkənin dənizçilik tarixində görünməmiş bir işdir.
06/08/2023
Bu gün dünya ticarətinin 90 faizi dəniz yolu ilə həyata keçirilir. Dəniz yolu ilə yükdaşıma və nəqliyyat ən əhəmiyyətli beynəlxalq yükdaşıma və nəqliyyatın bir hissəsidir. Biz də xoşbəxtlikdən bir neçə min km dəniz sərhədinə sahib ölkələrdən biriyik. Ölkənin şimalında dəniz varımızdır, ölkənin cənubunda dəniz və okean varımızdır. Bunlardan (bu imkanlardan) çox istifadə etməliyik.
06/08/2023
365 nəfərlik bir qrupun dünya ətrafında 65000 km yol qət etməsi və 8 ay müddətində su üzərində qalması dünyada böyük və nadir bir işdir. Üç okeanı səhayət etdiniz və başıuca şəkildə Vətənə qayıtdınız.
06/08/2023
86-cı Hərbi Dəniz Donanmasının dünya ətrafında çətin boğazlardan və su yollarından keçməsi "Nə qədər bacarırsınız, hazırlıqlı olun" ayəsinin bir nümunəsi idi. Sizin gördüyünüz iş zehinlərdə "Biz bacarırıq" şüarını gücləndirdi. Düşmən bunu görəndə özünü yığışdırmağa məcbur olur.
06/08/2023
Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bu gün amerikalılar neft tankerlərinə təcavüz edir, dəniz qaçaqmalçılığı ilə məşğul olan qruplara kömək edirlər.
06/08/2023
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur.
06/08/2023
Hamımız bilməliyik ki, bəşəriyyətin müvəffəqiyyəti, böyük kamilliyi, müxtəlif inkişafı, gerçəkləşən ümidi- bütün bunların hamısı təlaş və çətinliklərin bətnindən doğulur. Rahat tələblik, çəkilib bir küncdə oturmaq, tamaşa etmək, həsrət və ah çəkmək və bəzən də deyinmək işləri qabağa aparmır. Müvəffəqiyyətə çatmaq üçün çətinliklərə dözmək lazımdır, çalışmaq və iş görmək gərəkdir.
06/08/2023
Düşməni hücuma təşviq edən amillərdən biri qarşı tərəfin passiv, zəif və tərəddüddə olmasını hiss etməsidir. Bu, düşməni hərəkətə keçməyə sövq edir. Lakin görəndə ki, xeyr, sizlər oyaqsınız, hazırsınız, bacarıqlısınız, biliklisiniz, təbii olaraq öz ölçülərini götürürlər.
06/08/2023
İkinci dərs inqilabdır. Bu biliyi, bacarığı və özünəinamı inqilab bizə öyrətdi. Bu himməti və belə bir böyük iş üçün hərəkətə keçmək cəsarətini inqilab bizlərə öyrətdi. İnqilabdan qabaq bunlardan əsər-əlamət yox idi. İnqilab dənizçiliyi tətil olmaqdan çıxardı, dənizçiliyi unudulmaqdan xilas etdi.
06/08/2023
Sizin bu dənizçilik sahəsində bir neçə dərs vardır və bunlardan birincisi tövhid dərsidir. Dəniz Allahın bariz nişanələrindən biridir. Dənizin əzəməti, okeanların sonsuzluğu, dəniz mənzərələrinin müxtəlif gözəllikləri, bəzi yerlərdə dənizin qəzəbi, bəzi yerlərdə lütfü, dənizin heyrətamiz varlıqları–bütün bunlar İlahi nişanələrdir, Allah nişanələridir.
04/08/2023
Nə oldu ki, qərblilər, xüsusən də ingilislər bu məsələdə (məşrutə inqilabında) uğur qazandılar? Uğur qazanmaq üçün hansı üslubdan istifadə etdilər? Halbuki (bu işdə) əsas sayılan xalq alimlərin ixtiyarında ola bilərdi və Şeyx Fəzlullahın bu xalqın gözü qarşısında edam olunmasına imkan verilməzdi. (Əslində) İş belə olmalı idi. Məncə, problem ondan irəli gəldi ki, onlar ədalət tələb cinahının bəzi üzvlərini, yəni dindarları və əsasən də, alimləri aldadaraq həqiqəti onlardan gizlədə, ixtilaf yarada bildilər...İnsan görür ki, (düşmən) onların inhirafa (sapmağa) qarşı həssaslığını azaldıb. Amma mərhum cənab Şeyx Fəzlullah kimi bəzi insanlar öz həssaslığını itirmədilər. Eyni cinahdan olan başqa bir qrup isə bu həssaslığı itirərək nikbinliyə, hüsnü-zənnə qapıldı və bəlkə də, bir növ özünü görməzliyə vurdu. Təbii ki, insan təxmin edir ki, (bu işdə) bəzi şəxsiyyət və əxlaqi baxımdan zəifliklər və həvayi-nəfs təsirsiz deyildi.
03/08/2023
Məhərrəm ayı İmam Hüseynin (ə) ayıdır, Hüseynə aid bir aydır, Seyyidüş- Şühədanın vücudunda təcəlli edən, parlayan dəyərlər ayıdır. (Məhərrəm) Şəhadət, cihad, ixlas, vəfa, güzəşt, dinin hifz olunmasına əhəmiyyət, Allah dini, habelə dinlə müxalif qüdrətlərin müqabilində dayanan müqavimət ayıdır.
28/07/2023
Mərhum şəhid Mütəhhəri fəryad edir ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək. Biz Yezid və Ubeydullaha lənəti ona görə göndəririk ki, tağut hakimiyyətinə, Yezid xislətli hakimiyyətlərə, eyş-işrət hakimiyyətinə və dünyada möminlərə olunan zülmə qarşı mübarizə edək. Hüseyn ibn Əlinin (ə) qiyamı bunun üçün idi ki, İslami, insani və İlahi dəyərlərin əleyhinə olan hakimiyyətlərin burnunu yerə sürtsün və aradan aparsın. Bu işi də İmam Hüseyn (ə) öz qiyamı ilə yerinə yetirdi.
28/07/2023
Şübhəsiz, şiə cəmiyyətinin başqa müsəlman cəmiyyətlərə nisbətdə olan imtiyazı Aşuranı yad etməkdən yararlanmasıdır.
28/07/2023
Aşura təkcə tarixi bir hadisə deyildi; Aşura bir mədəniyyət, davamlı bir cərəyan və İslam ümməti üçün həmişəlik bir örnək idi.
27/07/2023
Hüseyn ibn Əli (ə) hər kəsə bu dərsi verdi ki, əgər şərəf, azadlıq, insanın ideal hədəfləri və müsəlmanlar üçün onların dini xətərə düşərsə, ən çətin şəraitdə dinin müdafiəsi İslami və insani bir vəzifədir. (Kimlərsə) Deməsinlər ki, şərait ağırdır, mümkün deyil, xeyr, mümkündür. Möhkəm əzm, fədakarlıq və şəhadət tələblik ruhiyyəsi ilə dini müdafiə etmək həmişə mümkündür.
27/07/2023
İmam Hüseynin (ə) hadisəsi təkcə bir millətə nicat vermədi, bir ümmətə nicat vermədi, əksinə, bir tarixə nicat verdi. İmam Hüseyn (ə), bacısı Zeynəb (ə), o cümlədən səhabələri və dostları bu hərəkətlə tarixə nicat verdilər.
26/07/2023
Kərbəla hadisəsindən sonra xütbə oxuyan təkcə Zeynəblə Əli ibn Hüseyn (İmam Səccad) deyildilər, əksinə, Ümmü Gülsüm, Səkinə bint Hüseyn və Fatimə bint Hüseyn də xütbə oxudular. Mən və sən "Qadın demə, dövranı dəyişən kişi de", sözünü eşidərkən dərhal göz yaşı axıdıb, lakin (bu söz) üzərində düşünməməyə adət etmişik. Güman edirəm, Əgər Yezid əvvəlcədən bilsəydi ki, (əsir etdiyi qadınlar) bu qədər başağrısı yaradacaqlar, Ömər Sədə və Şimrə qadınların hamısını birlikdə orada qətlə yetirmək göstərişini verərdi.
23/07/2023
İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
22/07/2023
Aşura hadisəsi Allah yolunda cihad, fədakarlıq və şəhadət zirvəsinin göstəricisidir.
22/07/2023
Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
22/07/2023
Pərdə arxasındakı hiyləgərlər bilməlidirlər ki, Qurani-Kərimin hörməti günü-gündən artacaq və onun hidayət nurları daha da parlaq olacaqdır. Bu hiyləgərliyi edənlər və onun icraçıları getdikcə artmaqda olan Quranın parlaqlığının qarşısını ala bilməyəcək qədər cılızdırlar. Allah öz işinə qalibdir.
22/07/2023
İsveç hökumətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.