Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar.
Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır.
Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkatin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir.
Fələstində son günlərdə baş verən hadisələr, məxsusən də bombardmanlar və qadın, uşaq və kişilərin şəhadəti insanın qəlbini yaralayır, lakin bu hadisənin digər tərəfi isə İslamın Fələstində inanılmaz qüdrətinin nişanəsidir və Allah-təalanın lütfü sayəsində Fələstində başlanan bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcəkdir.
Cənab Şeyx Zəkzaki, sizinlə və ailənizlə görüşmək çox sevindirici bir haldır. Siz Allah yolunda həqiqi mücahidlik edənin nümunəsisiniz və ümid edirəm ki, öz mücahidliyinizi davam etdirəcəksiniz.
Əqsa tufanı fələstinlilərin şücaətli və fədakarcasına addımları olmaqla yanaşı, illərlə davam edən cinayətə bir cavab idi və (bu cinayət) son aylarda daha şiddətli olmuşdu. (Bu hadisədə isə) Müqəssir, hazırkı qəsbkar sionist rejiminə hakim olanlardır.
Sionist rejimlə münasibəti normallaşdırmaq qumarını özləri üçün örnək və iş metodu hesab edən dövlətlər zərər görəcəklər və onları uduzmaq gözləyir, səhv edirlər. Avropalıların dili ilə desək, uduzan atın üzərində mərc edirlər. Bu gün sionist rejimin vəziyyəti elə bir vəziyyət deyil ki, ona yaxınlaşmağa (hansısa) maraq mövcud olsun. Bu səhvi gərək etməsinlər. Qəsbkar rejim getmək üzrədir. Bu gün Fələstin hərəkatı bu 70-80 il ərzində olduğundan daha gümrahdır.
Biz bacarıqlı və zəkalı (döyüş taktikası üçün) layihə verənlərin və fələstinli cavanların alınlarından və güclü biləklərindən öpür, həmçinin onlarla iftixar edirik, lakin son hadisələrin qeyir-fələstinlilərin işi olduğunu deyib boşboğazlıq edənlər səhv hesablama aparıblar.
Sionist rejim özünü məzlum göstərməklə Qəzza əhalisinin kütləvi qırğınına don geyindirmək istəyir. Qəsbkar rejimin başçıları bilsinlər ki, bu zülmlərin əks-təsiri onların çirkin sifətinə vurulacaq daha ağır bir şillə olacaqdır.
Müsəlman millətlərdən heç biri bu gün fələstinlilərin üzləşdiyi düşmənçiliklə üzləşməyibdir. Bu qədər pislik, xəbislik, rəhimsizlik və qaniçənliklə yanaşı olan düşmənçiliklə heç vaxt müsəlman millətlər və İslam ölkələri üzləşməyibdir.
Qərblilər, məxsusən də ABŞ və İngiltərə heç bir dövləti bu qondarma sionist və qaniçən dövləti himayə etdiyi qədər himayə etməyibdir. Bu rejim fələstinli qadın, kişi, uşaq və qocaya rəhm etməyibdir. Şəhər sakinlərini quduz it kimi fələstinlilərin canına salıb. Bu zülmün müqabilində bir millət necə reaksiya verməlidir? Bəs, məlumdur ki, tufan qopardacaqdır.
Şəhidlər təbii olaraq həmişəyaşardırlar və həmişəyaşarlıq şərti şəhidlərdə mövcuddur, lakin bizim də vəzifəmiz vardır. Biz şəhidlərin adlarını diri saxlamalıyıq, biz gərək şəhidlik məfhumundan və şəhidlərin mesajlarından düzgün yaşayışı gözəlləşdirmək üçün istifadə edək. Bizim öz cəmiyyətimizdə və dünya cəmiyyətində ictimai yaşayışı qaydaya salmağa ehtiyacımız vardır. Şəhidlərin və onların xatirələrinin köməyi ilə bu işi yerinə yetirmək mümkündür.
Bu gün sionist rejim kin və qəzəblə doludur və Quran buyurur: "Acığınızdan ölün". Allahın köməyi ilə Quranın bu "De, acığınızdan ölün" ayəsi sionist rejim barəsində həyata keçməkdədir.
İnqilab Rəhbərinin xərçəng sionist rejiminin müqavimət və Fələstin xalqının əli ilə kökünün kəsilməsinə təkid etməsi
Qəsbkar rejim getmək üzrədir
Bu gün fələstinli cavanlar və Fələstin hərəkatı həmişəkindən daha coşqulu və daha hazırlıqlıdır
İslam Respublikasının qəti nəzəri budur: Sionist rejimlə münasibətləri normallaşdırmaq qumarı uduzan ata mərc etmək kimi uduzmağa məhkumdur. Çünki bu gün Fələstin hərəkatı həmişəkindən daha canlı və daha hazırlıqlıdır və qəsbkar rejim aradan getməkdə və ölmək üzrədir.
İnşallah, Fələstin hərəkatı nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrinin əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir.
Birləşək və bu birləşməyimiz Amerikanın müharibə odunu alovlandırmasının qarşısını alsın. Onlar müharibə odunu alovlandırırlar. Region daxilindəki bu müharibələrin xarici bir amili vardır. Bu sərhəd ixtilafları və bu kimi məsələlər belə bir münaqişələri yarada bilməz və biz bunları bu bir neçə il müddətində bu məntəqədə müşahidə etdik. Təhrik edib müdaxilə etdilər, pul xərclədilər, şər insanları hərbçi olmayan məzlum xalqın müqabilində hərkətə vadar etdilər.
Şübhəsiz, heç bir ölkə xarici bir qüdrətin onun işlərinə qarışmasını istəməz, lakin məcbur qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əgər birləşsək, Amerika zorakılıq və oğurluq etməyə, habelə bizim daxili işlərimizə qarışmağa cürət edə bilməyəcəkdir. Ölkə başçıları və xüsusi istedada malik şəxslər bu məsələ üzərində düşünsünlər və eyni zamanda da mənfəətlərini də hesablasınlar.
"Söz azadlığı" bəhanəsi və bu təkrar olunan yalan sözlərlə Qurana edilən təhqirə haqq qazandırlanlar öz abırlarını dünya xalqlarının gözü qarşısında aradan aparırlar. Görəsən, Quranın təhqir edilməsinə icazə verilən ölkələrdə sionist simvolları ilə müxalifətçiliyə icazə verirlərmi?
Bu gün qərblilərin İslamla düşmənçiliyi hər zamankındən daha açıq-aşkar görünür. Buna misal Qurani-Kərimə olan təhqirdir. Axmaq və cahil olan biri bir iş görür və hər hansı bir Qərb dövləti onu himayə edir. Quranı zəiflədə biləcəklərini düşünürlər, amma səhv edirlər. Bu işləri ilə özlərini zay edirlər.
Əgər İslam ölkələri birləşsələr hansı ölkə daha zorakılıq və oğurluq edə bilməyəcəkdir? Amerika. Əgər İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir və İordaniya kimi ölkələr öz əsas məsələlərində vahid bir xətlə hərəkət etməyi qəbul etsələr, zorakı qüdrətlər onların işlərinə dəxalət edə bilməyəcəklər.
Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
İslamın əzəmətli Peyğəmbərinin, varlıq aləminin parlayan bu günəşinin bəşəriyyətin hər bir üzvünün boynunda haqqı vardır. Sözün həqiqi mənasında bəşəriyyətin hər bir fərdi o alicənab şəxsə borcludur. Əzəmətli Peyğəmbər (s) bəşəriyyətin bütün əsas dərdlərinin dərman reseptini bəşərə təqdim etdi.
Müqavimət dedikdə kimin müqabilində müqavimət etmək nəzərdə tutulur? Bizim region– bu Qərbi Asiya məntəqəsi müxtəlif dəlillərə əsasən, dünyanın qüdrət ardınca olanlarının gözlərini dikdiyi məntəqələr sırasındadır. Təbii sərvətlərinə, coğrafi mövqeyinə görə, İslamın mərkəzi olduğuna və başqa müxtəlif dəlillərə görə böyük qüdrətlərin diqqət mərkəzində olub və dəxalət etmək istəyiblər. İndi də görürsünüz ki, dünya qüdrətləri harada bacarsalar oranı caynağına keçirir, dəxalət edirlər. Bunların müqabilində müqavimət göstərmək nəzərdə tutulur. Bu məntəqədə olmarına heç bir haqqı olmayan quldur qüdrətlərin müqabilində müqavimət mədəniyyəti geniş vüsət tapıbdır.
Müqəddəs Müdafiə illəri ölkəni ehtimal olunan hərbi hücumlardan bir çox həddə təhlükəsizliyini təmin etdi. Daimən deyirdilər ki, hərbi əməliyyat (variantı) da masanın üzərindədir, lakin masanın üzərində də qaldı (həyata keçmədi). Çünki bilirdilər ki, əgər meydana daxil olsalar, başlanğıcı onlar tərəfindən olsa da, sonu onlarlıq olmayacaqdır. Bunu Müqəddəs Müdafiə illəri göstərdi.
Müqəddəs Müdafiə illəri sərhədlərimizi genişləndirdi. Coğrafi sərhədləri nəzərdə tutmuram. Biz nə o gün, nə də bu gün coğrafi sərhədlərimizi genişləndirməyin ardınca olmamışıq. Başqa sərhədləri, məsələn, müqavimət sərhədini genişləndirdi. Bu gün müqavimət həm məfhum olaraq zehnlərdə yer alıb və həm də zahirdə öz yerini tutub. Fələstində müqavimət vardır, Qərbi Asiyada müqavimət vardır, müxtəlif ölkələrdə, o cümlədən İraqda, İranda və başqa yerlərdə müqavimət mövcuddur. Bu müqavimət anlayışını Müqəddəs Müdafiə illəri dünyada gündəmə gətirdi, inkişaf etdirdi və dünyanın bir çox yerlərində bərqərar etdi.
Tarix boyu bizə belə deyilmişdi və bizimlə belə rəftar olunmuşdu: "Siz bacarmazsınız, siz heç kim deyilsiniz və dünya qüdrətləri sizi bir işarə ilə yer üzündən silə bilərlər". Müqəddəs Müdafiə illəri göstərdi ki, xeyr, belə deyil. Bəzilərinin həyat və ümidlərinin bağlı olduqarı kəslərin hamısı əl-ələ verib bir millətin əleyhinə hərəkətə keçirlər və heç bir qələt də edə bilmirlər. (Müqəddəs Müdafiə illəri) Bunu İran millətinə göstərdi.
Burada bir hədis qeyd edim: "Bəlaları istiğfar etməklə (özünüzdən) uzaqlaşdırın". Bəla qapılarını istiğfar etməklə bağlayın. Bu oxuduğumuz "... Sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin" ayəsində də mövcuddur, yəni həyatın gözəl bəhrəsi Uca Allahdan bağışlanma və tövbə diləməklə əldə ediləcəkdir.
Əgər ürəkdən istiğfar diləyə bilsəniz, əzm göstərib hərəkət etsəniz, bilin ki, İlahi tövfiq və diqqət halınıza şamil olur, sizi (mənəvi aləmə tərəf) cəzb edirlər və (özlərinə tərəf) çəkirlər.