13/09/2023
Sistan, Bəlucistan və Cənubi Xorasan məntəqəsindən minlərlə əhali 11.09.2023-cü il tarixdə bazar ertəsi günü İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
11/09/2023
Düşmən düşmənçiliyində və plan tökməyində ciddidir, biz də düşmənlə qarşıdurmada çox ciddiyik.
13/08/2023
İmam Hüseyn (ə) bütün dünyanın zülm və sitəmin qaranlığına büründüyü və məhkum olduğu halda, həqiqəti bəyan etməyə heç kəsin cürəti çatmadığı bir zamanda belə bir dünyanın müqabilində ayaqları əsmədi, ürəyi titrəmədi və zəiflik hiss etmədi, şübhəyə düşmədi və təkbaşına meydanın ortasına gəldi. Hadisənin əzəməti budur. İmam Həsənin (ə) şəhadətə çatdığı vaxtdan öz şəhadətinə qədər təqribən on ildən artıq  fasilə var və bu on ildə siz görün İmam Hüseyn (ə) nələr edirdi. Təhrifə qarşı  mübarizə edirdi və o gün İslam üçün ən böyük mənəvi bəla təhrif idi. Elə bir dövran idi ki, o günün İslam şəhərlərinə, müsəlman ölkə və millətlərinə göstəriş verilirdi ki, İslamın ən böyük şəxsiyyətinə lənət desinlər. Əgər kimsə Əmirəlmöminin Əlinin (ə) imamət və vilayət xəttində olmaqla ittiham olunsaydı, təqibə məruz qalırdı. Təhrif baş verən bir cəmiyyətdə qeyd etdiyimiz kimi, təhrif elə bir həddə çatır ki, bununla İslamın əsasının təhrif olunma təhlükəsi qabağa gəlir, bu zaman Allah tərəfindən bir vəzifə vardır, təbii ki, Allah insanı heç bir zaman heç bir hadisə qarşısında vəzifəsiz qoymur. İnhiraf (təhrif) baş verdi, buna görə ki Müaviyyədən sonra elə bir şəxs hökumətə gəldi ki, hətta zahirdə belə İslama riayət etmirdi. Belə bir şəxs o cür fəsadla Müaviyyədən sonra müsəlmanların xəlifəsi olmuşdu, Peyğəmbər (s) xəlifəsi olmuşdu. Yaxşı, Bundan da böyük təhrif?! İmam Hüseyn (ə) belə bir vəziyyət qarşısında mübarizə edirdi. Həqiqəti bəyan etmək və bunu bütün tarix boyu aydınlaşdırmaq üçün ən əziz yaxınlarını götürüb meydana gətirir. İmam Hüseyn (ə) bu hərəkəti yerinə yetirməli idi və bununla göstərməli idi ki,  belə bir şəraitdə müsəlmanlar üçün vəzifə  nədən ibarətdir. Sonrakı əsrlərin müsəlmanları üçün bir proqram təqdim etdi. Lakin Hüseyn ibn Əlinin (ə) proqramı təkcə boş iddia, yəni "Göstəriş ver, özün də otur" şəklində deyildi. Praktiki bir proqram idi. Bu, müsəlmanlar üçün qiyamətə qədər bir dərsdir. İlahi bir rənglə İslam tarixinin alnına yazıldı, fəryad etdi və bu günə qədər də nəticə verdi. Hüseyn ibn Əlinin (ə) gördüyü həmin işi, yəni İslamı öz cihadının bərəkəti sayəsində diriltdiyi bu işi bu gün siz də o böyük şəxsiyyəti yad etməklə, onun adını anmaqla və o böyük şəxsiyyətin minbəri ilə İslam həqiqətlərini bəyan edin. İmam Hüseyn (ə) əzadarlığı bu hədəfləri güdməlidir: bəyan etmənin, aydınlaşdırmağın, agah etmənin vüsət tapması, xalqın imanının möhkəmləndirilməsi, dindarlıq ruhiyyəsini insanlarda çoxaltmaq, şücaət və dini qeyrəti insanlarda artırmaq, xalqda olan laqeydlik, məstlik və süstlüyü aradan qaldırmaq. Bunlardır, Hüseynin (ə) qiyamı və  əzadarlığının anılmasının mənası."Həqiqətən, mən bu məclisləri sevirəm". Bizə aid məsələləri diri saxlayın. İmam Sadiqin o dövrdə (ə) buyurduğu, "Əhyu əmrəna" yəni Əhli-beytin (ə) işlərini diri saxlamaq ən çətin və ən təhlükəli işlərdən biri idi, böyük bir cihad idi. Heyət aydınlaşdırma cihadının məkanıdır, bəyan etmək yeridir, İslam və Ələvi maarifinin ən mühüm məfhumlarını bəyan etmək məkanıdır.
27/07/2023
Qurani-Məcidə hörmətsizlik edən şəxsə ən ağır cəzanın tətbiq olunması bütün İslam alimlərinin yekdil nəzəridir.İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə müqəddəs Qurani-Məcidə olunan hörmətsizliyi acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisə adlandırdı və təkid olaraq buyurdu: "Bu cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsi bütün İslam alimlərinin yekdil nəzəridir. İsveç hökümətinin vəzifəsi Quranın yandırılmasına səbəb olan şəxsi İslam ölkələrinin ədliyyə orqanlarına təhvil verməkdir.
24/07/2023
Heyət Əhli-beyt (ə) məhəbbəti əsasında təşkil olunan vahid və ictimai bir toplumdur. Bu kiçik ya böyük olan toplumun mehvəri Əhli-beytə (ə) məhəbbət və onların hədəflərinə doğru hidayətdir. Heyətin həqiqət və mahiyyəti budur. Bu hadisənin (heyətin) kökü də imamların (ə) vaxtına qayıdır və dünənin, yaxud da bu günün məsələsi deyil. Heyəti təşkil edən və başladan imamların səhabələri olmuşlar. Onlar Kərbəla vaqiəsindən sonra bir yerə toplaşardılar. İmam Sadiq (ə) ravidən (hədisi nəql edəndən) soruşur: تَجلِسونَ وَ تُحَدِّثون؟   "Bir yerə toplaşıb danışır, söhbət edirsinizmi? Yəni bizim məsələlərimizi bəyan edirsinizmi?" Ravi bəli cavabını verərək toplaşdıqlarını bildirir. Bu həmin heyətlər toplusudur. Sonra İmam (ə) buyurur: اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها؛ “Mən bu məclisləri sevirəm”. Elə qəlbə fəda (olum)! اِنَّ تِلکَ المَجالِسَ‌ اُحِبُّها و اَحیوا اَمرَنا؛   İmam (ə) buyurur: "Sizin məclisləri sevirəm. Bizim əmrlərimizi diri saxlayın". Hədisdə işlənən (əmrəna) “Əmrlərimiz” kəlməsi  imamların kəlamlarında çox təkrarlanmışdır, yəni bizim işlərimizi (onun əsasında hərəkət etdiyimiz önəmli və əsaslı mövzuya əmr (iş) deyilir). İndi günümüzün dili ilə desək, baxmayaraq ki, əsas və həqiqi mənasından bir qədər azalmış olur, belə deyə bilərik ki, əmrəna, yəni bizim yolumuz, bizim məktəbimiz. “Bizim iş və əmrlərimizi dirildin”, yəni bizim yolumuzu diri saxlayın, bizim məktəbimizi diri saxlayın. 
16/07/2023
Təbriz ruhaniləri Məşhədə gələrkən ağanın görüşünə gələrdilər və bu bir adət idi. Nəcəf dövründən bunların ağa ilə dostcasına əlaqələri var idi, özləri də azəridilli idilər və bu da təsirsiz deyildi. Cənab Təbətəbai hər dəfə Məşhədə gələndə gözləmirdi ki, atam onun görüşünə gedə və özü bizim evə, yəni atamın evinə gələrdi. Əvvəllər ki cənab Təbətəbainin halı yaxşı idi, bir dəfə (Məşhədə) çatarkən gələrdi və bir dəfə də qayıtmaq istəyərkən gələrdi. Güman edirəm ki, bu zarafatı özündən eşitmişəm. Dedi ki, bu bizim görüş idi, o biri isə baş çəkmək. Atamın xüsusiyyətlərindən biri də çoxlu dostları, ünsiyyətdə olduğu dostlarının olması idi. Çünki vəfalı bir insan idi. Atam çox vəfalı, çox məhəbbət göstərən və mənəvi cəhətdən sağlam idi. Yəni ümumiyyətlə, hiylə və bu kimi işlərin əhli deyildi. Çoxlu dostları var idi.Məşhədə gələn şəxslərdən biri də Cənab Qazi idi. O, atamı görməyə gəldi, oturdu və dedi ki, mən qırx il öncə atamla ağanı görməyə gəlmişdim. Həmin ev idi, həmin pilləkənlər və həmin otaq. Ağa indi harda oturubsa, onda da həmin yerdə oturmuşdu. Mənim indi oturduğum yerdə də atam oturmuşdu. Heç bir şey fərq etməyibdir. O demək istəyirdi ki, ağa zöhd sahibi idi və həqiqətdə də o cür idi. Onun xüsusiyyətlərindən biri də dünya həyatında zöhdünün olması idi. O, həqiqətən də, yaşayışını yaxşılaşdıracaq və yaşayışında zərrə qədər dəbdəbənin hiss olunacağına səbəb olan bütün şeylərdən qaçırdı.
11/07/2023
Məclisdən bir iş üçün çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi namazların tətil olunması haqda qərara gəlinib. Ayətullah Seyid Cavad Xamenei camaatla Pəhləvi rejimi arasında olan problemdə açıq-aşkar mövqe tutmuşdu. SAVAK-ın (Şah zamanı Hüquq-Mühafizə orqanları) hesabatlarında o, Şaha zidd olan ruhanilərdən biri kimi tanınırdı. Pəhləvi rejimi öz hökumətini qanuni göstərməkdən ötrü mütamadi olaraq məzhəbi və mədəni mərasimlər keçirirdi. Atamız Məşhədin tanınmış əksər ruhanilərinin əksinə olaraq, bir dəfə də olsun, dövlətin rəsmi məclislərində iştirak etmədi. Bir dəfə də olsun, hətta onların yeməklərini, şam və naharlarını yemədi. Yəni haradan dövlət və rejimlə azacıq əlaqə şübhəsi olsa və iyi gəlsəydi, o, mütləq orada iştirak etməzdi. Babamız mərhum Seyid Haşim də o şəxslərdən idi. Bəlkə də Məşhəd alimləri içərisində iki-üç nəfər belə şəxslər var idilər ki, heç vaxt onların məclislərinə ayaq belə qoymamışdılar. Hamı bilirdi ki, Ayətullah Seyid Cavad Xamenei Şah və onun tərəfdarlarını rəsmi olaraq tanımırdı. Bir zaman o mənə deyirdi ki, əgər İmam Xomeyni xuruc (qiyam) etsə (xuruc keçmiş terminoloji mənasında), onunla ilk beyət edən şəxs mən olacağam. Bunu o özü deyirdi. Əlbəttə, onun İmam Xomeyni ilə əvvəldən əlaqə və dostluğu var idi, bir-birilərinə yaxın idilər və bunun da təsiri var idi. O, İmam Xomeynini çox istəyirdi. 1964-cü ildə Pəhləvi rejimi İmam Xomeynini Türkiyəyə sürgün etdikdə cənab Seyid Cavad bu hərəkətə etiraz olaraq Siddiqlər məscidində öz camaat namazını tətil edir. Heç vaxt bu namaz tətil olmamışdı. Cənab Quminin evində bir məclis təşkil olundu və qərara gəlindi ki, namazlar tətil olunsun. O məclisdə alimlər var idi və bütün alimlər orada idilər. Lakin o məclisin aparıcı qüvvələri mən, cənab Təbəsi, mərhum Haşimi Nejad, mərhum Seyid Mahmud Müctəhidi, cənab Muhami və başqa üç-dörd nəfər biz cavanlar idik. Biz orada dedik ki, namazlar tətil olunmalıdır. Bir neçə qərara gəldik və onlardan biri də namazların tətil olunması idi. Sonra mən bir iş üçün məclisdən çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi qərara gəlindi ki, namazlar tətil olsun, siz də namaza getməyin və o da qayıtdı. Ayətullah Seyid Əli Xamenei mübarizə illərinin ən şiddətli vaxtında atasının tutduğu mövqeni belə izah edir: "Alimlərin olduğu məclislərdə iştirak edirdi. Məşhəddə o məclisləri idarə edən mən idim və bəzən mənə deyirdi ki, sən mənim əvəzimə ona səs ver və de ki, mən də varam və bu işlə müvafiqəm”. Cənab Seyid Cavad qocalıq səbəbindən övladlarının yanında olmasına və köməklərinə ehtiyac duyurdu, amma siyasi mübarizələrin çətinliklərinə xatir bunları qəbul edirdi və çətinliklərinə qatlaşırdı. Hətta dörd oğlundan üçü eyni zamanda rejimin zindanında olduğu dövrdə belə. Mən, hətta bir dəfə də olsun, görmədim ki, o mənə etiraz olaraq desin ki, niyə zindana getməyinə səbəb olacaq işlər görürsən? Xeyr, heç vaxt. Atam nəinki narahat deyildi, hətta baş vermiş hərəkətlərin bu çətinlikləri yaradan səbəblərlə yanaşı olmasına baxmayaraq, atam sonradan bizimlə görüşmək üçün yanımıza da gəldi. Onun Pəhləvi hökuməti və səltənətinə qarşı münasibəti çox pis idi və bu da dini maraqlarına görə idi, siyasi və bu kimi cəhətlərdən deyil. Bunlar (hökumət) onun nəzərində dinsiz, fasiq, açıq-aşkar fəsad edən, zalım və bu qəbildən idilər. O, (Şah rejiminə) nifrət edirdi.
10/07/2023
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
07/07/2023
“Həyat buradadır” kitabının təqdimatı münasibətilə KHAMENEI.IR-in Azərbaycan bölməsi mediası İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin atası Ayətullah Seyid Cavad Xameneinin (r.ə) həyatının xülasəsi olaraq "İftixarla dolu bir tarixin nəqli" klipini təqdim edir. Həzrət Ayətullah Xamenei: “Təbriz və Azərbaycan məntəqəsi iki sabit və daimi kimliyə malik olubdur: biri İslam və İslami dindarlığa dərin bağlılıq və ikincisi isə İrana qarşı şiddətli qeyrət xüsusiyyəti. 17.02.2021
05/07/2023
Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər? Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
29/06/2023
Ali Məhkəmənin sədri və məsulları ilə görüşdə Ayətullah Xameneinin çıxışının nəzərdən keçirilməsi
29/06/2023
Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim. mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox. O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi.
27/06/2023
İnqilab Rəhbərinin dəyərli şəhid ailələri ilə görüşündəki çıxışının nəzərdən keçirilməsi Bir qrup şəhid ailəsi bu gün səhər 25.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
21/06/2023
    İnqilab Rəhbərinin Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə görüşdə verdiyi açıqlamaların nəzərdən keçirilməsi Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında 21.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb söhbət edib.
19/06/2023
Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam saatlarında (bazar günü) 18.06.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüb söhbət edib.
13/06/2023
Həclə bağlı hər birinin özünün xas mövzusu olmaqla Quranda çox ayə vardır, amma burada danışmaq üçün Həccin mənafeyinə aid iki ayə qeyd etmişəm. Bu ayələrdən biri mübarək "Maidə" surəsindədir və ayədə belə buyurur: "Allah Kəbəni – o möhtərəm evi insanların (din və dünyasının) dayaq vasitəsi etdi". Allah Kəbə evini cəmiyyətin söykənəcək yeri bilir və bu, çox mühümdür. "Qiyamən linnasi" (insanlar üçün dayaq vasitəsi), yəni əgər Həcc mövcud olmasa, yaxud gerçəkləşməsə, İslam ümməti və İslam cəmiyyəti məhv olacaqdır. Buna görə də fəqihlər deyirlər ki, bəzi məqamlarda Həcc "vacibi-kifayi" hökmündədir. Yəni əgər siz bir gün görsəniz ki, (Allah eləsin ki, o gün gəlməsin) dünyanın heç bir yerindən bir dənə də hacı yoxdur, o zaman hətta 10 dəfə də Həccə getmiş olsanız belə, Həcc ziyarəti sizə vacib olacaqdır. Heç vaxt bu ev, bu əsil qərargah və bu əsas mərkəz boş qalmamalıdır. "Qiyamən linnasi", bu, çox mühüm bir təbirdir.
01/06/2023
Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.
13/05/2023
Bu ölkənin övladlarında iranlı olmaq, İslami və milli kimlik hissini dirçəltmək siz əziz və möhtərəm müəllimlərdən olan gözləntilərdən biridir. Dil məsələsi mühümdür, milliyyət məsələsi mühümdür, bayraq məsələsi mühümdür. (Şagird) Gərək ürək bağlasın. Bunlar zəruri və əsas məsələlərdir. Gərək bu agahlıq, milli kimlik və şəxsi kimlik ilə tanışlığı şagirddə dirçəldəsiniz. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir.
22/04/2023
İslam dünyasının Fələstinlə bağlı bugünkü strategiyası Fələstinin daxilindəki müqavimət qüvvələrinə yardım etmək olmalıdır. Müqavimət cəbhəsi harada olmaqlarından asılı olmayaraq təlaşları, təbii ki, dəyərlidir; eynilə Fələstin məsələsi üzərində möhkəm dayanmış olan bizim kimi. Müqavimət cəbhəsinin səyləri qiymətlidir. Bu səylər Fələstinin daxilində mübarizə edən, canlarını təhlükəyə atan və təhlükəni gözə alanların gücləndirilməsinə yönəldilməlidir.
22/04/2023
Bu gün Allaha şükürlər olsun ki, qəsbkar rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq. Bunu dünyada hamı görür. Qəsbkar rejim tədricən tənəzzülə uğrayır. Tənəzzül sürəti günü-gündən artır. Bu tənəzzül bir neçə ildir ki, başlayıb, lakin son vaxtlar onun sürəti daha da artıb. Bu, çox böyük bir fürsətdir.
18/04/2023
(Deyirlər ki) Xalqın sözünə qulaq asılmalıdır. Yaxşı, bu sözdə başa düşülən nədir? Xalqın hər bir məsələdə nəzəri yoxdur ki. (Bu arada) Xalq vahid bir fikrə sahib deyil. (Xalq) düşünməli, mütaliə etməlidir. Xalqın sözünün başa düşülməsində bir üslub vardır. Xalqın sözü hal-hazırda mövcud olandır. Yəni bir nəfəri prezident ünvanında seçirlər. Bu, xalqın sözü deməkdir. Bir qrupu parlamentə deputat seçirlər. Bu elə xalqın sözü deməkdir. Xalqın sözünü bu yolla başa düşmək olar.   İndi qardaşlardan biri referendum haqqında bir söz dedi. Dedi ki, ilk gündən qarşıya çıxan müxtəlif məsələlərlə bağlı referendum keçirsəydiniz, indi referendum üzərində bu qədər həssasiyyət olmazdı. Dünyanın harasında (qarşıya çıxan hər məsələ üçün) bu işi görürlər? Məgər ölkənin hər bir məsələsi referenduma çıxarıla bilər? Məgər referendumda iştirak etməyi gərəkən və iştirak edən xalqın hər bir məsələdə təhlil qabiliyyəti vardır? Bu, nə sözdür? Təbliğat edilməsi mümkün olan və hər tərəfdən müxtəlif fikirlər səsləndiriləcək məsələlərdə necə referendum keçirmək olar? Ümumiyyətlə, bir məsələ ilə bağlı referendum keçiriliməsi üçün ölkəni altı ay ərzində bəhs, cədəl, müzakirə və qütbləşmə ilə məşğul edirlər. Hər bir məsələ üçün referendum keçirməliyik? Yəni məsələlər üzərindən bu rahatlıqla keçiriləsi qədər sadə deyil.
17/04/2023
Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq. Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür. Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
17/04/2023
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan daha zəif idi, Trampın Amerikası Obamanın Amerikasından daha zəif idi, bunun (Baydenin) Amerikası da Trampın Amerikasından daha zəifdir. Niyə deyirik zəifdir? Əvvəla, iki-üç il əvvəl Amerikada seçkilər zamanı ikiqütblülük yarandı. Bu ikiqütblülük hələ də şiddətli şəkildə öz gücündə qalır.Təbii ki, bu da zəiflikdir. Bu mətləb çox mühümdür. Bir neçə ay öncəki konqresdəki son seçkilərdə də məlum oldu ki, bu ikiqütblülük hələ də güclü şəkildə mövcuddur.
14/04/2023
İsrail nəinki bir ölkə, əksinə, Fələstin xalqına və digər müsəlman xalqlarına qarşı olan terror bazasıdır. Mən qətiyyətlə deyirəm bu səylər heç bir nəticə verməyəcək. Bu düşmən sionist rejiminin uçuruma doğru və pisləşən hərəkəti başlayıb və dayanmayacaq. Allahın adı ilə irəli gedin və bilin: “Allah ona kömək edənlərə kömək edər”. (Həcc/40)
13/04/2023
Mən, əmim Həmzə, qardaşım Cəfər və əmim oğlu Ubeydə bir iş barəsində Allah-təala ilə əhd bağlamışdıq. Əmirəlmöminin bu əmi (və digər iki nəfər) ilə bir məsələdə əhd bağlayıblar. O məsələ, adətən, “Şəhadətə yetişənə qədər cihad etmək”dir. Yəni bu yolda, bu hərəkatda şəhadət anına qədər qorxu olmadan gedəcəyik. Sonra Həzrət dedi ki, bu yoldaşlar—bu üç nəfər məndən qabağa düşdülər, "Onlardan sonraya qaldım". Onlardan geridə qalıb şəhid olmamağım mənə çox ağır gəldi. Bizim dövrümüzdə olan fədakar insanlar Əmirəlmömininə iqtida etdilər. Onun ardınca getdilər. Şəhadət aşiqi idilər və onun ardınca idilər.Sanki Əmirəlmöminin Əlinin (əleyhissalam) fəryadı tarixin əbədi səhnəsində hələ də səslənir. O belə deyir: Düşmənlə vuruşmağa çağırılanlar və həvəslə, aşiqanə və şövqlə icabət edənlər haradadırlar? Özümüzə giriftar olduqda heç bir iş görə bilmərik. Bunu bizə o 20 və ya 25 yaşlı döyüşçü öyrədib. Əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə gərək öz nəfsinin tikanlı məftilindən keçməlisən.Şəhidlər sizin və mənim kimi onlara qoşulmayanlara müjdə verir. (Bu ticarətdə) Mal candan ibarətdir, bu malı sizdən alırlar ki, müqabilində cənnət versinlər.Bu, ilahi vəddir, Allah sizə vəd edir, şəhadət belə bir şeydir.
04/04/2023
Öz hakimiyyət orqanları mütəmadi olaraq xəbərdarlıq edirlər ki, aradan getmələri çox yaxındır. Bunu həm prezidentləri deyir, həm sabiq baş nazirlərii deyir, həm təhlükəsizlik nazirləri deyir, həm də müdafiə nazirləri deyir. Deyirlər ki, bizim dağılıb aradan getməyimiz çox yaxındır, biz (ölkənin) 80 illiyinə çata bilməyəcəyik.Biz bir neçə il əvvəl demişdik ki, sionist rejim 25 il sonranı görməyəcək. Onlar tələsdilər və daha tez getmək istəyirlər.
18/03/2023
Müqavimət ruhiyyəsi uşaqlıqdan aşılanmalıdır. Ona görə də bu ruhiyyə məktəb illərindən uşaqlarda köklənməlidir. Bu işdə müəllimlərin əziyyəti olsa da, əsas məsuliyyət Təhsil Nazirliyinin öhdəsinə düşür.
03/03/2023
Millətlərin kimliyini onların istiqamət və müqaviməti təyin edir. İstiqamət isə insanın tapdığı düz olan xətti davam etdirməsidir. Millətlər haqq yoldan sapmamalıdırlar. Haqq yolda naümid olmamaq, düşməndən qorxmamaq lazımdır. Meydanda qalsaq düşmən məğlub olacaqdır.
25/02/2023
Rəhbərin toxunduğu bir məsələni araşdırm İnqilab Rəhbərinin Şərqi Azərbaycan xalqı ilə görüşündə söylədiyi fikirlər əsasında hazırlanan “Azərbaycan və bir əsr azadlıq” klipi 100 saniyəlik Azərbaycan və Təbriz xalqının möhkəm dayanış və müqavimət tarixinə nəzər saldı.
25/02/2023
17/02/2023
"22 Bəhmən" şənbə günü tarixi bir gün idi 
15/02/2023
Şərqi Azərbaycan əhalisinin İslam İnqilabının Rəhbəri ilə görüşündəki məclisin əvvəlində oxuduqları surud 15.02.2023
09/02/2023
Suriya və Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan dünyadan köçənlərinə rəhmət, əza sahiblərinə də səbr diləyirik.