27/07/2023
Hüseyn ibn Əli (ə) hər kəsə bu dərsi verdi ki, əgər şərəf, azadlıq, insanın ideal hədəfləri və müsəlmanlar üçün onların dini xətərə düşərsə, ən çətin şəraitdə dinin müdafiəsi İslami və insani bir vəzifədir. (Kimlərsə) Deməsinlər ki, şərait ağırdır, mümkün deyil, xeyr, mümkündür. Möhkəm əzm, fədakarlıq və şəhadət tələblik ruhiyyəsi ilə dini müdafiə etmək həmişə mümkündür.
27/07/2023
İmam Hüseynin (ə) hadisəsi təkcə bir millətə nicat vermədi, bir ümmətə nicat vermədi, əksinə, bir tarixə nicat verdi. İmam Hüseyn (ə), bacısı Zeynəb (ə), o cümlədən səhabələri və dostları bu hərəkətlə tarixə nicat verdilər.
26/07/2023
Kərbəla hadisəsindən sonra xütbə oxuyan təkcə Zeynəblə Əli ibn Hüseyn (İmam Səccad) deyildilər, əksinə, Ümmü Gülsüm, Səkinə bint Hüseyn və Fatimə bint Hüseyn də xütbə oxudular. Mən və sən "Qadın demə, dövranı dəyişən kişi de", sözünü eşidərkən dərhal göz yaşı axıdıb, lakin (bu söz) üzərində düşünməməyə adət etmişik. Güman edirəm, Əgər Yezid əvvəlcədən bilsəydi ki, (əsir etdiyi qadınlar) bu qədər başağrısı yaradacaqlar, Ömər Sədə və Şimrə qadınların hamısını birlikdə orada qətlə yetirmək göstərişini verərdi.
23/07/2023
İmam Hüseyn (ə) vəzifəni icra etməkdən ötrü hərəkət etdi. Lakin vəzifəni yerinə yetirmək yolunda bir ehtimal insanın qüdrətə yetişməsi, bir ehtimal da insanın şəhid olmasıdır. Məqsəd budur ki, biz bu əməli yerinə yetirə bilək.
22/07/2023
Aşura hadisəsi Allah yolunda cihad, fədakarlıq və şəhadət zirvəsinin göstəricisidir.
22/07/2023
Peyğəmbərin (s) öz əli ilə düzəltdiyi, hazırladığı, islah etdiyi, (bu yolda) bütün incəlikləri ortaya qoyduğu və öz dilimizlə desək, yaratdığı almaz kimi (qiymətli) kəslər elə o cür də qaldılar. Necə ki, siz onların son nəsillərini Kərbəla səhrasında görürsünüz. Həbib ibn Məzahirlər, Müslim ibn Ovsəcələr və Cabir ibn Əbdullah Ənsarilər imtahandan üzü ağ çıxmağı bacaran kəslər idilər.
20/07/2023
Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.  
19/07/2023
Bu bir-iki ildə keçən Məhərrəmlik bizim minillik Məhərrəmlik tariximizdə ən dolğun mənalı və ən həyacan dolu Məhərrəmlikdir. Bizim Məhərrəmliyimiz mesaj ötürən, cihad və müqavimət ocağı olan Məhərrəmlikdir. Şiə məntiqində və İslam mədəniyyətində Məhərrəmliyin mənası ideal olan haqq yolda öz qanından keçməyin, şəhid olmağın və qiyam etməyin bütün bəşəriyyət və insanlıq üçün dəyərli olmasıdır.
19/07/2023
İnsanın bəşəriyyətin tərəqqisi üçün bir addım daha artıq məşəqqətlərə qatlaşmaq istəyinin dəyəri vardır. Məsələn, İmam Hüseynin (ə) şəhadətə çatdığı həmin o hədəf kimi. Bundan daha üstün bir şey yoxdur ki, İmam Hüseyn (ə) o qədər zəhmət çəkdi. Məgər İmam Hüseyn (ə) öz evində otura bilməzdi?
19/07/2023
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.
11/07/2023
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
10/07/2023
İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
05/07/2023
Qədir-Xum hadisəsi və Əmirəlmömininin (ə) dəyərli İslam Peyğəmbəri (s) tərəfindən İslam ümmətinin Əmr sahibi ünvanında təyin olunması böyük və dolğun mənalı bir hadisədir. Bu, həqiqətdə əziz Peyğəmbərin (s) camiənin idarəçilik məsələsinə dəxalət etməsidir. Hicrətin onuncu ili Zihəccə ayının on səkkizi baş verən bu hərəkətin mənası İslamın camiənin idarəçilik məsələsinə əhəmiyyət verməsidir. Bu cür deyil ki, İslam nizamında və İslam camiəsində idarəçilik işləri öz başına buraxılsın və buna etinasız yanaşılsın. Səbəb budur ki, bir cəmiyyətin idarə olunması məsələsi həmin cəmiyyətdə olan ən təsirli məsələlərdən biridir.
05/07/2023
İmam Hadi və digər imamların (əleyhimussəlam) hamısı Allah hakimiyyətini və İlahi qanunları cəmiyyətlər üzərində bərqərar etmək xətti üzrə hərəkət ediblər. (Bu yolda) Səylər göstərildi, cihadlar edildi, əziyyətlər çəkildi. Bu yolda zindanlara, sürgünlərə, səmərəli və mənfəət dolu şəhidliklərə təhəmmül edilmişdir.
19/06/2023
Səkkizinci İmam Əli ibn Musa Rza (əleyhissəlam) oğlu İmam Cavada (ə) məktub yazdı: "Oğlum, Allah yolunda infaq elə və Allahın səni çətinlik və yoxsulluqda saxlayacağından qorxma".
Plakat

Nifaq xətti

28/07/1980
İmam Həsənin (əleyhissalam) üslubu nifaq xəttini ifşa etmək idi.