Həzrət Ayətullah Xamenei idmançılara səmimi təşəkkürünü bildirərək belə buyurdu:
"Xalqı sevindirdiniz, İran millətində qürur hissi yaratdınız, bütün olimpiya mükafatçılarına, idmançılara, məşqçilərə və İdman Nazirliyinə səmimi qəlbdən təşəkkür edirəm, idman işinə ciddi yanaşdınız və düzü də elə budur".

O Həzrət idmançılara idmanda xalqın mənəvi gücü göstərməli olduqlarını qeyd etdi:
"Beynəlxalq idmanda dünya idman meydançalarında göstərilən təkcə fiziki güc və idman bacarıqları deyildir. İran xalqının mənəvi gücü və özünəinamı da bədxahların qarşısında sərgilənir. Bu çox mühüm məsələdir".

İnqilab Rəhbəri medalı Fələstinli uşaqlara bağışlamağın dünyada çox məna daşıdığını bildirdi:
"Bu əziz qızımızın, məsələn, medalını Qəzza və ya Fələstinin uşaqlarına bağışlaması dünyada çox məna daşıyır".

İdmançıların Fələstin bayrağı ilə şəkil çəkdirməsinin əhəmiyyətinə toxunan o Həzrət belə buyurdu:
"İdmançımız gəlib öz dostları ilə əlində Fələstin bayrağını tutur və sizin dilinizlə desək, selfi çəkdirir. Bunlar çox dəyərlidir və çox əhəmiyyət kəsb edir".

İnqilab Rəhbəri beynəlxalq idman meydanına ikili standartın hakim olduğunu vurğulayaraq bildirdi:
"Beynəlxalq idman məsələlərinə hakim olan ölkələrin rəftarında ikili standart siyasəti hökm sürür. Hər hansı ölkəni filan yerdə döyüş başlatdığı üçün məhrum edirlər, lakin içərisində minlərlə uşaq olmaqla 41 min nəfəri qətlə yetirən sionist rejimi məhrum etmirlər".