İranın bir qrup sünni alimi və böyük şəxsiyyətləri Vəhdət Həftəsinin başlanması münasibətilə 16.09.2024-cü il tarixdə İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei "İslam ümməti" kimliyini qorumağın zəruriliyinə toxundu:
"İslam ümməti" mövzusu heç bir vəchlə yaddan çıxmamalıdır. "İslam ümməti" kimliyini qorumaq zəruri bir məsələdir. İslam ümmətinin kimliyi məsələsi əsaslı və milliyyət hüdudundan kənar bir məsələdir. Coğrafi sərhədlər İslam ümmətinin həqiqət və kimliyini dəyişdirmir".
O Həzrət dünyanın müxtəlif yerlərində olan müsəlmanların əzab-əziyyətindən qəflət etməməyi vurğuladı:
"İslam düşmənlərinin cəhdi bizi İslam ümməti adlı vahid kimliyə biganə etmək olmuşdur. Olmaz ki, mən özümü müsəlman hesab edəm və eyni zamanda Myanmada, Qəzzada, Hindistanda və ya filan yerdə bir müsəlmanın çəkdiyi əzab-əziyyətdən xəbərsiz olam və buna laqeyd yanaşam".
nqilab Rəhbəri dini ixtilafları keçmiş zamanlardan bədxahların yaratdığına toxunaraq buyurdu:
"İslam dünyasında, xüsusən də İranda bədxahlar tərəfindən dini ixtilafların təhrik edilməsi keçmiş zamanlardan mövcuddur".
O Həzrət sözlərinin davamında ixtilafın həlli yolunun vəhdətdə olduğunu bildirdi:
"Bədxahlar fikri, təbliğat xarakterli və iqtisadi vasitələrdən istifadə etməklə ölkəmizdə və digər müsəlman məntəqələrində şiə və sünni arasına ayrılıq salmaq ardıncadırlar və hər iki tərəfdən bəzi şəxsləri söyüş söymək, inadkarlıq etmək və ixtilaf salmaq kimi fəaliyyətlərə vadar edirlər. Bu fitnələr qarşında olan həll yolu vəhdətdir".
"Vəhdət mövzusu taktiki bir mövzu deyil, əksinə, Quranın bir prinsipidir", – deyə toxundu.
Ayətullah Xamenei İranın sünni cəmiyyətinin fitnələrin qarşısında dayandığını bildirdi və buyurdu:
"Çoxlu fitnələrlə şiə və sünni vəhdətinə xələl gətirmək üçün İran əhli-sünnə cəmiyyəti düşmənçilik xarakterli maraqlarla mübarizə etdi və Müqəddəs Müdafiə illərində on beş min əhli-sünnənin şəhid verməsi, o cümlədən haqq və inqilab yolunda çoxlu sayda əhli-sünnə alimlərinin şəhadəti buna şahiddir".
İnqilab Rəhbəri hər kəsin Fələstinə görə sorğu-sual olunacağını qeyd etdi:
"İslam ümmətinin izzəti olan mühüm hədəfə yiyələnmək vəhdətdən başqa bir yolla mümkün deyil. Bu gün qəti vaciblərdən biri Qəzza və Fələstinin məzlumlarını dəstəkləməkdir və əgər kimsə bu vəzifədən boyun qaçırsa, mütləq, Allah yanında sorğu-sual olunacaqdır".