Bu görüşdə Ayətullah Xamenei İran və Türkmənistan əlaqələrinin genişləndirilməsini qeyd etdi:
"İran və Türkmənistan əlaqələrinin genişləndirilməsinin bir çox üstünlükləri vardır. Bu əlaqələr son illərdə yaxşı formada genişlənib, lakin daha çox əməkdaşlıqlar üçün bir çox imkanlar da mövcuddur ki, onlardan istifadə olunmalıdır".

O Həzrət daha sonra iki ölkə arasındakı inkişaf layihələrinin daha da artırılmasını vurğuladı:
"İki ölkə arasında Cənub-Şimal avtomobil yolu və Türkmənistan qaz kəmərinin inkişafı kimi layihələr iranlı ekspert və mütəxəssislərin iştirakı ilə İran və Türkmənistan arasındakı səmimi dostluq əlaqələrini öncəkindən daha da gücləndirəcəkdir".