Bu gün 10 oktyabr 2023-cü il tarixdə çərşənbə axşamı günü səhər saatlarında Ali Baş Komandanın iştirakı ilə İmam Əli (ə) adına Hərbi Universitetdə Silahlı Qüvvələrin Hərbi Universitet tələbələrinin birgə buraxılış mərasimi keçirilib.
Bağışlayan və mehriban Allahın adı ilə
Bugünkü məclis çox ali, şirin və arzu olunan bir məclis idi. Əlhəmdulillah, öz ölkəmiz və qardaş ölkələrdən olan möhtərəm Quran qarisi və tilavət edənlər proqram icra etdilər və biz də bəhrələndik. Ümidvaram ki, Quran nurundan yararlanmağa və Quran maarifinin dərkinə meyl göstərmək günbəgün xalqımız və bütün İslam dünyası və ümməti arasında rəvac tapsın. Bizim buna ehtiyacımız vardır.
Quranın nurundan bəhrələnmək məsələsi haqda bir cümlə qeyd edim. Sizin bu tilavəti etdiyiniz Quran hidayət kitabıdır.
اِنَّ هٰذَا القُرآنَ یَهدی لِلَّتی هِیَ اَقوَم؛
Hamımızın hidayətə ehtiyacımız vardır. Quran zikr (yada salmaq) kitabıdır, zikr, yəni qəfləti aradan aparmaq. Biz, adətən, qəflətə düçar oluruq. Bəşər, adətən, öz bildikləri məlumatları unudur və qəflətə düçar olur. Quran zikr kitabıdır, qəflətə qarşı və onu aradan aparandır. Quran buyurur:
وَ لَقَد یَسَّرنَا القُرآنَ لِلذِّکرِ فَهَل مِن مُدَّکِر
Quran xəbərdarlıq kitabıdır:
وَ اوحِیَ اِلَیَّ هٰذَا القُرآنُ لِاُنذِرَکُم
Bizim xəbərdar olunmağa ehtiyacımız vardır ki,(bu xəbərdarlıq) həm bu dünyada, həm də həqiqi həyat olan axirətdə bəşəri təhdid edən təhlükələrə diqqət yönəldir. Bəşər dərdlərinə dərman bir kitabdır; həm mənəvi, ruhi və fikri cəhətdən olan bəşər fərdlərinin dərdlərinə, həm də müharibələr, zülmlər, ədalətsizliklər kimi bəşər cəmiyyətlərinin dərdlərinə dərmandır. Quran bunların dərmanıdır.
وَ نُنَزِّلُ مِنَ القُرآنِ ما هُوَ شِفاءٌ وَ رَحمَةٌ لِلمُؤمِنین
Quran hikmət kitabıdır: bəs "Vəl Quranil həkim" ayəsində hikmət, yəni insanın ehtiyac duyduğu yaşayış həqiqətlərinin bəyanı anlamındadır. Quran aydınlaşdırma və şübhə və cəhalətləri aradan qaldıran kitabdır.
تِلکَ آیاتُ الکِتابِ المُبین
cümləsi dəfələrlə Quranda təkrar olunub. Məcid kitabıdır, kərim kitabıdır, nur və möhkəm dəlil kitabıdır. Bəli, bu, Qurandır. Bunlar Quranın özündə olan Quranın səciyyələridir. Quranı Quranın özü bizə tanıdır və izah edir.
Quranın və İslam Peyğəmbərinin görkəmli şagirdi olan Əmirəlmöminin Əlinin (ə) Nəhcül-bəlağədəki kəlamları arasında Quran barədə ali mətləblər vardır. " Rəbiul-qulub", yəni (Quran) qəlblərin baharıdır. Necə ki, baharda aləm və yer canlanır, Quran da qəlbləri (o cür) dirildir, ruhun ölməsindən, stress və geriləməkdən nicat verir.
رَبیعُ القُلوبِ؛ شِفاءُ الصُّدور؛ فیهِ عِلمَ ما یَأتی؛ دَواءَ دَائِکُم وَ نَظمَ ما بَینَکُم
Bunlar Nəhcül-bəlağənin Quran barədə olan təbirlərdir. Yəni bəşərin ehtiyac duyduğu tükənməyəcək maarif Quranda mövcuddur. Burada həm bəşərin fərd olaraq ehtiyac duyduğu və həm də bir cəmiyyət olaraq ehtiyac duyduğu maarif nəzərdə tutulur. Nəhcül-bəlağədən oxuduğumuz bu "İlmə ma yəti", yəni bütün bəşərin və gələcəkdəkilərin ehtiyac duyduqlarını gətirən deməkdir. Bəşərin Yer kürəsində yaşadığı bütün dövrlərdə Quran onun ehtiyaclarını təmin edir və cavab verir. "İlmə ma yəti", yəni bu. Bəşər cəmiyyətlərinin böyük dərdlərinə dərmandır.
وَ نَظمَ ما بَینَکُم
İctimai nizam, insanlar arası əlaqələr, cəmiyyətlər arası rabitələr–bunların hamısı Quranda vardır. Quranı tanıyaq.
Təəssüf ki, İslam dünyasının özündə bir dəstə olub və indi də vardır ki, Quranın təkcə qəlblər üçün, məbədlərin künc-bucaqlarına aid olduğunu, insanların Allaha şəxsi ehtiyac və rabitə yaratmaqları üçün olduğunu təsəvvür edir və buna inanırlar. (Belə düşünürlər ki) İslam cəmiyyətlərin ehtiyaclarına cavab verməyi, siyasəti və İslam nizamını təşkil etməyi qəbul etmir. Bu, Quranın özünü elə Quranla aydınlaşdırdığının və Əmirəlmöminin Əlinin (ə) Quran haqda saydığı sifətlərin tam əksinədir.
Bəs, bunlar Quran maaridir. Bu maarifi necə ələ gətirək? Quranla ünsiyyət qurmaqla, Quran üzərində dərin təfəkkür etməklə, evlərində Quran nazil olan şəxslərə, yəni Allah Rəsulunun əhli-beytinə müraciət etməklə. Bunlardan istifadə etməklə bu maarifi ələ gətirmək, onlardan istifadə etmək və həyatı onun əsasında qurmaq olar. Sizin tilavətiniz (Quransevərlər arasında olan bu iş İslami ölkələrdə və əlhəmdulillah, bizim ölkədə də rəvac tapıb) Quranla ünsiyyət və Quran maarifinin dərki üçün effektiv addımlardan biridir. Quran tilavətinin yüksək dəyəri bundadır ki, dinləyicinizi Quran ayələri və məfhumları üzərində dərindən təfəkkür etməyə vadar edir, Quran maarifini onun üçün aydın edir. Əlbəttə, şərti budur ki, bu tilavət Quranı göstərmək niyyəti ilə olsun, nəinki özünü göstərmək. Mən qabaq da bunu əziz qarilərimizə demişdim. Tilavətdə olan bu hünərlər (yaxşı səs, yaxşı avaz, tilavət fonları, dayandırmaq, birləşdirmək, qalxıb-enmə) hamısı Quran maarifinin dərkinə xidmət etsin. Elə tənzim edin, elə tilavət edin, elə dayandırıb, birləşdirin və elə təkrar edin ki, Quran qəlblərdə əvəz olunsun. Bu gün bizim buna ehtiyacımız vardır. Təəssüf ki, İslam dünyasında bir çoxlarının Quranla ünsiyyətləri yoxdur. Allah Rəsulunun (s) Allah-təalaya etdiyi bu şikayət
وَ قالَ الرَّسولُ یا رَبِّ اِنَّ قَومِی اتَّخَذوا هٰذَا القُرآنَ مَهجورًا
bu gün İslam dünyasının bir çox yerlərində həyata keçib və acı bir həqiqətdir.
Bu gün İslam dünyasının böyük problemi Qəzza məsələsidir. Biz İslam ölkələrinin başçıları və rəsmilərinin Qəzza barəsində Quran təlimi və Quran mərifətinə əməl etdiklərini müşahidə edirikmi? Quran bizə buyurur: " Möminlər kafirləri möminlərin yerinə başçı götürməməlidirlər". Qəzza barəsində bu ayəyə əməl olunurmu? Nə üçün müsəlman ölkə başçıları kafir, qatil və xəbis sionist rejimə qarşı olduqlarını, bu rejimlə öz əlaqələrini kəsməyi, onlara köməklik və dəstəklərini dayandırmağı aşkar şəkildə elan etmirlər? Quran bu haqda buyurur: "Mənim və özünüzün düşmənləriniz özünüzə dost tutmayın". Bu gün dünyada bu ayəyə əməl olunurmu? Quran buyurur: "Kafirlərə qarşı şiddətli olarlar". Bu kəskin reaksiya sionist rejim müqabilində (zahirdə) göstərilirmi? Bunlar bu gün İslam dünyasının böyük dərdləridir. Allah-təala müsəlman xalqların hər birini öz hökumətlərinə təzyiq etməməkləri və müsəlman hökumətlərini də
اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم
əməl etmədikləri üçün sorğu-sual edəcəkdir.
اِنَّما یَنهاکُمُ اللهُ عَنِ الَّذینَ قاتَلوکُم فِی الدّینِ وَ اَخرَجوکُم مِن دِیارِکُم ... اَن تَوَلَّوهُم
Bunların hamısı Quran maarifidir. Bunlar bizim tilavət edərkən daha qabarıq şəkildə oxumağımız, bir-birimizin yadına salmağımız, vəzifələrimizi öz aramızda bəyan etməyimiz, (bir-birimizə) haqqı (qəbul etməyi) tövsiyə etməyimiz gərəkən ayələrdir. Bizim bu tilavət məclisimizin nəticə və faydası bunlar olmalıdır.
Əlbəttə, bu mətləbin başqa bir tərəfi də vardır. Bu gün Qəzza və Fələstin daxilində müqavimət qüvvələri Qurana əməl edir. Müqavimət Qəzza daxilində düşmən müqabilində müqavimət halındadır.
اُذِنَ لِلَّذینَ یُقاتَلونَ بِاَنَّهُم ظُلِموا وَ اِنَّ اللَهَ عَلیٰ نَصرِهِم لَقَدیر
Mütəal Allah onlara, inşallah, kömək edəcəkdir. Şübhəsiz, bu gün İslam dünyası Qəzzaya görə əzadardır. Qəzza əhalisi o kəslərin zülmünə məruz qalıb ki, onların insanlıqdan zərrə qədər payları yoxdur. Şübhəsiz, ən böyük vəzifə Fələstin və Qəzzada məzlum xalqı müdafiə etmək, şücaətli və fədakar müqavimət qüvvələrinə və onlara kömək edən bütün İslam dünyası ətrafında olanlara dəstək verməkdir. Fələstin xalqı məzlumdur. Təkcə İslam dünyası deyil, əksinə, azadlıqsevər qeyri -müsəlmanlar da bu gün Qəzza əhalisinə görə əzadardır. Lakin həmin xalq Fələstin müqavimətini tərifləyir, onlara əhsən deyir.
Biz ümidvarıq və ümidimiz Allahın lütfü və köməyi ilə tükənməz. Həmin mübarək ayədə buyurulur:
وَ اِنَّ اللَهَ عَلیٰ نَصرِهِم لَقَدیر
Başqa bir ayədə də belə buyurulur:
وَ لَیَنصُرَنَّ اللَهُ مَن یَنصُرُه
Bu, Allahın təkidlə vurğuladığıdır. Allahın nüsrəti (köməyi), inşallah, Fələstin xalqına şamil olacaq və İslam dünyası Allahın lütfü ilə sionist xərçəng vəzinin məhv olub aradan getməsini öz gözləri ilə müşahidə edəcəklər. Biz o günün intizarındayıq. O gün, inşallah, gələcəkdir, o gün, mütləq, gələcəkdir və bu bizim hamımızın vəzifəsini, məxsusədə İslam ölkələri başçılarının vəzifəsini artırır. Hamının səy göstərməsi lazımdır. Bu gün ən zəruri iş budur ki, qəsbkar sionist rejimə dəstək dayandırılsın və Qəzza əhalisi, Fələstin xalqı və Fələstin müqavimətinə mümkün olan hər növ dəstək və köməklik olunsun. Ümid edirəm ki, Allah-təala bizim hamımızı bu yolda müvəfəq etsin.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.