Bağışlayan və mehriban Allahın adı ilə

Bu gün hərbi təhsil müddətini başa vuran İran millətinin gözünün nuru olan əziz gəncləri məzun olduqları münasibətilə və həmçinin bu gün hərbi universitetə daxil olan gəncləri hərbi universitetə qəbul olduqları və yenicə zabit rütbəsi aldıqları münasibətilə təbrik edir və salam göndərirəm. Əziz qardaşların və möhtərəm komandirlərin verdikləri hesabatlara görə onlara və oxuduğunuz dini mahnıya görə sizlərə təşəkkürümü bildirirəm.

Bu gün siz əziz gənclərə demək istədiyim  birinci məqam budur ki, siz Silahlı Qüvvələrdə yeni peşəyə yiyələndiniz və bu sahəni seçdiniz. Bu sizin üçün böyük bir iftixardır. Hərbi ixtisaslar (istər ordunun müxtəlif qüvvələri, istər İslam İnqilabı Keşikçiləri Korpusunun müxtəlif mərkəzləri və istərsə də ölkənin Hüquq-Mühafizə Orqanları) ölkənin mühüm məsuliyyətlərinin və milli vəzifələrinin başında yer alan ixtisaslardan hesab olunur. Siz bu məsuliyyəti qəbul etdiniz, bu iftixarı Silahlı Qüvvələrin müxtəlif sahələrində iştirak etməklə özünüz və ailəniz üçün səbt etdiniz. Silahlı Qüvvələr milli təhlükəsizlik üçün polad sipər rolunu oynayır (Milli təhlükəsizliyin polad sipəri!). Milli təhlükəsizlik ölkə inkişafında rolu olan bütün .....-ın infrastrukturudur. Təhlükəsizlik olmazsa, heç nə olmaz. Əgər bir ölkə öz təhlükəsizliyini qorumaq qüdrətinə malik olmasa, özünü digər qüdrətlərin əli altında təsəvvür etməkdən başqa çarəsi yoxdur. Özünü hər hansı bir qüdrətə bağlamağa, yəni öz milli izzətini girov qoymağa məcburdur. Əgər bu işi yerinə yetirməzsə, yəni öz milli izzətini xərcləməsə, şübhəsiz, onun siyasi sözünün dünyada bir etibarı olmaz. Əgər iqtisadi inkişafı olsa da, bu iqtisadi inkişafın davamlılığına hər hansı bir zərurət və ya zəmanət yoxdur. Görün ki, təhlükəsizlik nə qədər də mühümdür! Bu gün siz belə bir ərsəyə daxil olmusunuz. Beləliklə də, sözün həqiqi mənasında sizə təbrik deməyin yeri vardır.

Əlhəmdulillah, Silahlı Qüvvələrimiz imtahanlardan da yaxşı keçdilər. Bəzən Silahlı Qüvvələr təkcə hərbi geyim, rütbə və hərbi düzülüşdən ibarətdir, xeyr, bizdə isə belə deyil. Silahlı Qüvvələrimiz meydanda imtahan verdilər və başıuca çıxdılar. Mühüm imtahanlardan keçdilər və alnıaçıq bu imtahanların öhdəsindən gəldilər. Bunlardan ən mühümü səkkiz illik "Təhmili" müharibə idi (İran-İraq müharibəsində İraq İranı səkkiz il məcburi müharibəyə sürükləmişdi). Bizim ölkədə məcburi müharibə tətbiq etdilər. Bu müharibə də sözün həqiqi mənasında qlobal müharibə idi. Bunlardan axırncısı isə (əlbəttə, bu günə qədər də davam etməkdədir) İŞİD fitnəsi ilə mübarizə idi və bu da çox mühüm idi. Təhmili döyüşdə bizim Silahlı Qüvvələrimiz ölkələrinin qarış-qarış (bütün) torpaqlarını və əziz İslam hakimiyyətlərini müdafiə etdilər. O günün Qərblə Şərqin birgə məkrli planlarını puça çıxardılar. Silahlı Qüvvələrimiz bu işləri gördülər. O gün dünyanın Şərq və Qərbinin siyasi və hərbi qüdrətlərinin hər bir bir formada təcavüzkar Səddamı himayə edirdilər. Silahlı Qüvvələr ölkə torpaqlarını, müqəddəs və əziz İslam hakimiyyətini müdafiə etməyi və bunun öhdəsindən gəlməyi bacara bildilər. Amerika tərəfindən məqsədyönlü planlaşdırılmış İŞİD fitnəsində (İŞİD-i Amerikalılar özləri yaratdılar ki, bu bölgənin sabitliyini aradan aparsınlar və əlbəttə, son hədəfləri İslami İran idi) bizim Silahlı Qüvvələrimiz yenə də hücuma məruz qalmış ölkələrin Silahlı Qüvvələri ilə birgə bu fitnəyə qalib gələ və bu planı puça çıxara bildilər. Bunlar iftixardır, bunlar  İslam Respublikasının Silahlı Qüvvələrinin sinələrindəki qalın qızıl medallardır. Əzizlərim! Öz qədrinizi bilin, bu məsuliyyətin qədrini bilin, Silahlı Qüvvələrin keçmişi ilə iftixar edin, gələcək sizin xitiyarınızda, sizin əlinizdədir. Bütün vücudunuzla düşünün və onun üçün sərmayə yatırın.

Hərbi universitetlər agah, şücaətli və işə yarayan insani qüvvələr yetişdirmənin (üstün) dəyərə sahib olan mərkəzidir; agah, şücaətli və işə yarayan. Bu insani qüvvələr bu əhəmiyyətli xüsusiyyətlərlə bizim hərbi universitetlərdə yetişdirilir və inkişaf olunurlar. Mən universitetlərə çoxlu tövsiyələr etmişəm və bu gün də bir neçə tövsiyə edəcəyəm ki, bəziləri keçmişdəkilərin təkrarıdır. Birinci (tövsiyəm) elm və yetişdirmənin gücləndirilməsidir, hər nə qədər bacarırsınız, universitetləri elm və yetişdirmə cəhətindən zəngin edin. Sonrakı (tövsiyəm) ruhiyyə, dindarlıq və əxlaqın tərəqqisidir. Bu da mənim sonrakı təkidlə etdiyim tövsiyədir. Verilən məlumatlarda bu zəminlərdə inkişaf etməyiniz qeyd olunub. Mən bunu qəbul edirəm, lakin təkid edirəm ki, bu yol elə bu cür də davamlı olsun. Bizim hərbi universitet tələbələrimizin ruhiyyələri, dindarlıq və əxlaqları Silahlı Qüvvələrin hər bir təşkilatında günbəgün inkişaf etməlidir. Növbəti tövsiyə tələbələrin təhsil aldığı  və yaşadığı mühiti qaydaya salmaqdır. Silahlı Qüvvələrin əziz məsulları buna diqqət etsinlər. İş yerləri, siniflər, tələbələrin qaldığı mərkəzlər yaşayışa aidiyyatı olan hazırlıqlar baxımından günbəgün inkişaf etməlidir. (Universitetlərə) Yeni daxil olanların savad səviyyəsinə əhəmiyyət verməyə diqqət edilməlidir. Bəzən məlumat çatır ki, bəzi universitetlərdə universitetə daxil olanlar elmi və zehni cəhətdən çatışmazlığa düçar olub. Başqa həmişəki tövsiyələr də həmçinin. Bu, universitetlərlə bağlı tövsiyələr idi.

Bu bir neçə gündə bir siyasi və hərbi hadisə dünyanın diqqətini özünə cəlb etdi və o da hələ tarixdə bənzəri olmayan əziz Fələstin hadisəsidir. Biz bu baş verənlərə, bu mühüm hadisələrə münasibətdə laqeyd qala və üzərindən (asanlıqla) keçə bilmərik. Xoşbəxtlikdən, məsullar düzgün və yaxşı mövqe sərgilədilər. Mən bu haqda bir neçə qeyd siz əzizlərimizə, İran millətinə və bütün İslam ölkələrində yaşayan qardaşlarımıza buyurmaq istəyirəm.

Birinci məqam bu bir neçə gün ərzində edilən təhlilərdə mövcuddur və o da bu 7 oktyabrda və ondan bu tərəfə baş verən hadisədə sionist rejimin bərpa olunmaz bir hərbi və kəşfiyyat məğlubiyyətininə uğramasıdır. Məğlubiyyəti hər kəs dedi, lakin mənim təkid etdiyim məsələ "Bərpa olunmaz" məsələsidir. Mən deyirəm ki, bu dağıdıcı zəlzələ qəsbkar rejimin bəzi əsas strukturlarını viran edə bildi və bu strukturların yenidən inşası belə asanlıqla mümkün deyildir. Çətin məsələdir ki, qəsbkar sionist rejim etdiyi bütün hay-küylərlə, bu gün dünyada qərblilər tərəfindən onun bu qədər  dəstəklənməsi ilə o strukturları bərpa edə bilsin. Mən qeyd edirəm ki, oktyabrın yeddisindən (artıq) sionist rejim əvvəlki sionist rejim deyil və aldığı zərbə də bu asanlıqla təlafi olunacaq deyildir.

Mənim nəzərimə görə mühüm olan ikinci məqam budur ki, sionistlərin öz əməlləri bu bəlanı başlarına gətirdi. Zülm və cinayət həddi aşarsa və yırtıcılıq son həddinə çatarsa, tufanı gözləmək gərəkdir. Siz Fələstin millətinə qarşı nə etdiniz? Fələstinlilərin şücaətli və fədakarcasına addımları illərlə davam edən cinayətə bir cavab idi və (bu cinayət) son aylarda daha şiddətli olmuşdu. (Bu hadisədə isə) Müqəssir, hazırkı qəsbkar sionist rejiminə hakim olanlardır. Dünyanın yeni tarixində (Yəni dünyanın bu axır dönəmində, (yəni) bu son 100 il, yadaha çox bizim xəbərimiz olan vaxtlarda) müsəlman millətlərdən heç biri bu gün fələstinlilərin üzləşdiyi düşmənçiliklə nə keçmişdə, nə də hazırda üzləşibdir. Bu qədər pislik, xəbislik, rəhimsizlik və qaniçənliklə yanaşı olan düşmənçiliklə heç vaxt müsəlman millətlər və İslam ölkələri üzləşməyibdir. Millətlər çox zaman məzlum oldular, lakin onların düşməni bu qədər həyasız, bu qədər xəbis və bu qədər rəhimsiz olmayıb. Heç bir müsəlman milləti Fələstin milləti kimi təzyiqdə, mühasirədə və çatışmazlıq içərisində qalmayıb və indi də qalmır. Nə bu gün (belə bir şeydən) sorağımız var, nə də ki gözümüz önündə olan bu tarixi dönəmlərdə. Qərblilər, məxsusən də ABŞ və İngiltərə heç bir dövləti bu qondarma, zalım sionist və qaniçən dövləti himayə etdiyi qədər, himayə etməyib, ona kömək etməyibdir. Əvvəl ingilislər, sonra da amerikalılar və onların kənarında da müxtəlif dövlətlərin (dünyada Şərq bloku, keçmiş Sovet İttifaqı və digərləri mövcud olan zamanda) hamısı bu zalım rejimə kömək edirdilər. Bu rejimin rəftarı bu idi ki, bu rejim fələstinli qadın, kişi, uşaq və qocaya rəhm etməyib, Məscdil-Əqsanın hörmətini saxlamayıb, şəhər sakinlərini quduz it kimi fələstinlilərin canına salıb, namaz qılanları ayaq altda əzibdir. Yaxşı, bu qədər zülm və cinayətin müqabilində bir millət nə etməlidir? Qeyrətli bir millət, qədim bir millət (Fələstin milləti bu günün, ya dünənin milləti deyildir, neçə minillik bir millətdir) bu qədər zülm qarşısında necə reaksiya göstərməlidir?  Bəs, məlumdur ki, tufan qopardacaqdır, fürsət taparsa, tufan edəcəkdir. Ey zalım sionist! Təqsirkar özünüzsünüz, bu fırtınanın səbəbkarı sizsiniz, özünüz bəlanı öz başınıza gətirdiniz. Bir millətin belə bir düşmənçilik müqabilində qeyrətli və şücaətli reaksiya göstərməkdən başqa yolu yoxdur.

Üçüncü məqam: bu xəbis və zalım düşmən bir şillə yeyib və məzlumanə bir siyasət yürüdüb, başqaları da ona kömək edirlər. Hegemon dünya mediaları onu məzlum göstərməkdən ötrü kömək edirlər. Əlbəttə, bunun özü də yanlış bir hesablamadır və sonradan qeyd edəcəyəm. Bu özünü məzlumcasına göstərmək yüz faiz həqiqətin əksinə və yalandır. Çünki fələstinli mücahidlər özlərini Qəzza mühasirəsindən çıxarda, xilas edə və sionistlərin hərbi və  mülki mərkəzlərinə çatdıra bildilər. O, məzlumdur? Bu qəsbkar rejim nə olsa da, məzlum deyil; zalımdır, təcavüzkardır, cahildir, boşboğazlıq edəndir və bütün bunların hamısı vardır, lakin məzlum deyil, əksinə, zalımdır. Heç kəs bu divxislət canavardan məzlum çöhrə düzəldə bilməz.

Dördüncü məqam: bu özünü məzlumluğa vurmağı işğalçı rejim bəhanə qərar verdi ki, öz ikiqat zülmünü davam etdirə bilsin. Bu özünü məzlum göstərmə Qəzzaya, xalqın evlərinə, mülki şəxslərə edilən hücum, Qəzza əhalisinin kütləvi qırğını kimi öz cinayətlərinə bəhanə gətirmək üçündür. Özünü məzlum göstərməklə bu cinayətə don geydirmək istəyir. Qeyd etdim, bu da bir səhv hesablamadır. Sionist rejimin başçıları və havadarları bilsinlər ki, bu iş onların başına daha böyük bir bəla gətirəcəkdir. Bilsinlər ki, bu zülmlərin əks-təsiri onların çirkin sifətinə vurulacaq daha ağır bir şillə olacaqdır. Fələstinli cavanların şücaətli əzmi, Fələstinin öz canlarından keçən (fədakarların) iradəsi bu cinayətlərlə daha da möhkəm olacaqdır. Bu gün elə bu cürdür.

Daha keçdi o gün ki bəziləri gəlib, bəlkə, dillə, ya zalımla oturub-durmaqla özləri üçün Fələstində bir mövqe yarada bilsinlər. O gün keçdi artıq. Bu gün fələstinlilər ayıqdırlar, cavanlar oyaqdırlar, fələstinli (döyüş hücumu taktikası) planlaşdıranlar tam məharətlə iş başındadırlar. Beləliklə, düşmənin öz cinayət xarakterli hücumunu davam etdirə bilməsi üçün özünü məzlumluğa vurmaq hesabatı səhvdir. Əlbəttə, İslam dünyası bu cinayətlərin qarşısında sakit dayanmamalı, reaksiya göstərməlidir.

Axırıncı məqam: rejimin havadarları və xəbis rejimin bəzi şəxslərin bu iki-üç gündə davamlı şəkildə boşboğazlıq etdikləri məsələ bu hərəkətin arxasında İranın dayandığını deməkləridir. Səhv edilərlər. Əlbəttə, biz Fələstini müdafiə edirik, biz mübarizələri dəstəkləyirik, biz bacarıqlı və zəkalı (döyüş taktikası üçün) layihə verənlərin və fələstinli cavanların alınlarından və güclü biləklərindən öpür, həmçinin onlarla iftixar edirik. Bütün bunlar vardır, lakin son hadisələrin qeyir-fələstinlilərin işi olduğunu deyib boşboğazlıq edənlər Fələstini tanımıblar, Fələstinə sadə baxıblar və səhvləri də elə burasındadır. Burada da səhv hesablama aparırlar. Əlbəttə, bütün İslam dünyasının vəzifəsidir ki, fələstinliləri himayə etsin və Allahın izni ilə himayə edəcəklər. Lakin bu iş fələstinlilərin öz işləridir. Zəkalı plan hazırlayanlar, şücaətli cavanlar, öz canlarından keçmiş fəallar bu hadisəni yarada bildilər və bu hadisə fələstinlilərin nicatı üçün böyük bir addım olacaqdır.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.