Bu görüşdə Ayətullah Xamenei şəhidlərin düşmənin yaratdığı psixoloji müharibəni zərərsizləşdirdiyini qeyd etdi:
"Düşmənlər İslam İnqilabının qələbəsinin əvvəlindən müxtəlif yollarla millətimizə təlqin edirdilər ki, Amerika, İngiltərə və sionistlərdən qorxmalısınız. Şəhidlər öz fədakarlıqları ilə bu psixoloji savaşı zərərsizləşdirdilər".
Daha sonra o Həzrət düşmənin psixoloji müharibədən olan hədəfini belə açıqladı:
"Düşmənin hərbi meydanda yaratdığı psixoloji müharibədən məqsədi qorxu yaratmaq və geri otuzdurmaqdır. Qurani-Kərimin təbirinə görə, istənilən hərbi, siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə İlahi qəzəblə nəticələnəcəkdir".
İnqilab Rəhbəri düşmənin gücünü qabartmağın səbəbinin nədən ibarət olduğunu bildirdi:
"Zəiflik və küncə qısılmaq hissi, həmçinin düşmənin istəkləri müqabilində təslim olmaq siyasi ərsədə onun gücünü qabartmağın təsirlərindəndir".

Ayətullah Xamenei xalqın öz daxili gücünə inandığını vurğuladı:
"Xalqımız daxili gücünə arxalanaraq böyük işlər görməyə qadir olduğunu hiss etdi və düşmənin əlində isə zahirdə göstərdiyi qədərincə bir şey yoxdur".