Ayətullah Xamenei 2024-cü il Paris Olimpiya Oyunlarında İranın idman komandasının işinin başa çatması münasibətilə Milli Olimpiya Komitəsinin rəhbərinin hesabatı üzrə verdiyi mesajda ölkənin idmançılarına, federasiya rəhbərlərinə və məşqçilərinə təşəkkür edib.
İslam İnqilabı Rəhbərinin mesajının mətni belədir:
Uca Allahın adı ilə
Son yarışlarda ölkəyə idman sahəsində sevinc və qürur bəxş edən əziz, xoş əhval-ruhiyyəli və əzmkar idmançılara, federasiya rəhbərlərinə və məşqçilərə, Milli Olimpiya Komitəsinə səmimi minnətdarlığımı bildirirəm.
Seyid Əli Xamenei
12.08.2024