İslam İnqilabının Rəhbəri 01.08.2024-cü il tarixdə cümə axşamı günü Tehran Universitetində HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid İsmayıl Haniyə üçün cənazə namazı qılacaqdır.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 01.08.2024-cü il tarixdə cümə axşamı günü səhər saat 08:30-da Tehran Universitetində Fələstin müqavimətinin görkəmli mücahidi şəhid İsmayıl Haniyə üçün cənazə namazı qılacaqdır.
İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən mücahid şəhid İsmayıl Haniyə 30.07.2024-cü il tarixdə çərşənbə axşamı günü səhər saatlarında İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Seyid Əli Xamenei ilə görüşdü və həmin gün günorta saatlarından sonra andiçmə mərasimində iştirak etdi. Şəhid İsmayıl Haniyə daha sonra Tehranın şimalında qalacağı məkana getdi və nəhayət, 31.08.2024-cü il tarixdə sübh çağına yaxın təqribən saat 02:00 radələrində mühafizəçilərindən biri ilə birlikdə qaldığı məkanda atılan mərmi nəticəsində şəhadətə yetişdi.